14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Şabran sakini icra başçısından narazıdır

29 May 2020, 12:26
Uncategorized
A A
Şabran sakini icra başçısından narazıdır

Şabranın Çölquşçu kənd sakini Ədalət Əmiraslanov 14 il əvvəl daun sindromu ilə doğulub. Anası Xatirə Rəsulova onu həyatda saxlamaq üçün vargücü ilə mübarizə aparır. DİA.AZ bildirir ki, 54 yaşlı qadın taleyindən danışır.

Dediyinə görə, ailəsi Şabrana 1988-ci ildə Gədəbəydən gəlib: “Başkəndə yaxın qalırdıq. Ermənilər imkan vermədi yaşamağa. Anam şabranlı idi deyə, elə bu rayona gəldik. Atam Çölquşçu kənd məktəbində işləməyə başladı“.

Xatirə Rəsulova gec ailə həyatı qurduğunu, evlənəndə özünün də xəstə olduğunu xatırlayır: “Bu uşaq da gəlib belə doğuldu. Müalicəsi yoxdu. Mən bunu bilmirdim. Bizi aldatdılar. Nə qədər xərc çəkdik. Sağalmayacaqdısa, gərək mənə düzünü deyəydilər. Bir gün ayıldım. İndi harası ağrıyırsa, yalnız onun dalınca gedirik. Məsələn, ödü, bağırsağı…”

Əslində, Ədalətin ağrıyan yeri çoxdur. Revmatizmdən əziyyət çəkir, ürəyindən müalicə alır. Üstəlik, psixiatr yanına getməlidir…

Xatirə Rəsulova həyat yoldaşını üç ildir itirib. Onun müalicəsi üçün də az mübarizə aparmayıb: “2009-dan xəstə idi. İllərlə pul xərclədik, çoxlu borca girdik. Nə qədər qızılım vardısa, hamısını satdım”.

Ailənin illərlə yığılan borcları pandemiya dövründə azalıb. Xəstəlikdən əziyyət çəkən yeniyetmə və ananın ağır vəziyyətdə olduğunu görən tanışlar bu haqda sosial şəbəkələrdə yazmağa başlayıblar.

Xeyli yardım toplanıb. Kömək etmək istəyənlər yığışıb Çölquşçuda ailəyə birotaqlı koma da qaraldıb: “Borclar o insanların sayəsində azaldı. İndi cəmi 1700 manat qalıb”.

Xatirə xanım deyir ki, Ədalətin müalicəsinə çox pul lazım olur. Ailəyə isə cəmi 200 manat müavinət verilir. Qadın bu pulla xəstəxana xərclərini ödəməyin mümkünsüzlüyünü bildirir.

“Dövlət xəstəxanalarında da pulunuz çıxır?” sualına qadın pəjmürdə cavab verir: “Bəs necə?! Pulsuz kim üzümüzə baxar? Özəl klinikalara üz tutursan, giriş azı 50 manat. Xəstə uşaqdı, qorxur, imkan vermir dırnağını tutmağa. Bir ildir dırnaqları uzanır. O gün təkcə narkozla dırnağını tutdurmağa 50 manat vermişəm”.

Xatirə xanım ailənin xərclərini ödəmək üçün işləməyə hazırdır. Amma Ədalətə onsuz baxan olmayacaq. Heç pandemiya dövründə iş tapması da inandırıcı görünmür. Xərclər isə az deyil. Qadın deyir ki, ayda təkcə oğlunun pampersinə 100 manat xərcləyir.

Ədalət müavinət alır deyə ailə karantin günlərində işsizlərə verilən 190 manatdan məhrum olub. Xatirə Rəsulova sosial yardım almaq üçün bütün sənədləri hazırladığını söyləyir. İndi gözü yoldadır.

“Gözləyirik. Elə bilməyin ki, həmişə əlimi yana salmışam, çalışmamışam. Müraciət etmədiyim yer qalmayıb. Ev üçün nə qədər getmişəm. Rayonun deputatı olmuş Tahir Süleymanovu heç cür tapa bilmədim.

İllərlə seçilirdi, ortada görünmürdü. Deputatsan, heç olmasa, dərdimizə qulaq as. Azərbaycan varlı dövlətdi, amma xəstə nə vəziyyətdə yaşayır. İcra Hakimiyyətinə nə qədər getmək, yazmaq olar? Yorulmuşam artıq”, – qadın danışır.

Xatirə Rəsulova Şabranın yeni deputatı Sadiq Qurbanovla görüşə biləcəyinə çox ümid bəsləmir, amma onu da axtaracaq…

Əvvəlki yazı

Jurnalistin anası koronavirusdan vəfaf etdi

Sonrakı yazı

Sabah Bakıda küçəyə çıxmayın – Xəbərdarlıq

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.