08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Lənkəran Narkoloji Xəstəxanasında özbaşınalıq

28 May 2020, 11:55
Uncategorized
A A
Lənkəran Narkoloji Xəstəxanasında özbaşınalıq

Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında uzun müddətdir yaşanan gərginlik artıq məhkəmə müstəvisində davam edir. Durum elə həddə gəlib ki, baş həkimlə tabeliyində çalışan həkim məhkəmə müstəvisində çəkişir. DİA.AZ-ın məlumatına görə, 36-yaşlı həkim-narkoloq Bəhruz Kazımzadə deyir ki, xəstəxananın baş həkimi Vüqar Əliyev qayda-qanun saymır, ürəyi necə istəyirsə, o cür də hərəkət edir.

Onun sözlərinə görə, özbaşınalıqlara susmadığına görə aralarındakı mübahisələrin birində hətta baş həkim onu vurub. O da polisə şikayət edib: “Komissiya üzvlərinin yanında mənə əl qaldırdığına görə İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə məsuliyyətə cəlb olundu. Sözün düzünü deyirəm deyə, məni nüfuzdan salmaq üçün söz-söhbət yayır ki, guya spirtli içki aludəçisiyəm. Halbuki, mən spirtli içki içmirəm”.

B.Kazımzadə bildirib ki, mübahisələrdən biri də həkimlərin maaşından tutmalara görə olub. 270 manat maaş aldığını söyləyən həkimin sözlərinə görə, bunun da 30 manatı tutulurdu.

O, baş həkimdən Prezident Administrasiyası, Heydər Əliyev Fondu, Dövlət Təhlükəsizliyi Xidməti və başqa orqanlara da şikayət məktubları göndərib. İddia edib ki, V.Əliyev tabeliyində çalışan və onun qanunsuz əmrlərinə tabe olmayanların normal fəaliyyətinə imkan vermir: “Baş həkim olduğu halda, özü növbəyə qalıb, gecələr polislərlə reydlərə çıxır. Saxta sənədlərlə diplom alan baş feldşerə həkim kimi şərait yaradır. Komissiyanın iştirakı olmadan istənilən rəyi yazıb verirlər. Komissiya üzvlərinin əvəzinə özləri imza atırlar. Xəstəxananı bazar kimi idarə edir”.

B.Kazımzadə komissiya təşkil edilməsini, şikayətlərində göstərdiyi faktların araşdırılmasını tələb edir.

Baş həkimdən narazı olan B.Kazımzadə də məhkəmədə qarşılıqlı iddia qaldırıb. V.Əliyevin onun spirtli içki aludəçisi olması, işindəki nöqsanlara görə töhmət alması barədə söylədiklərinin yalan olduğunu vurğulayaraq, buna görə təkzib verməsini, 10 min manat da kompensasiya ödəməsini tələb edib.

Lənkəran Rayon Məhkəməsi B.Kazımzadənin iddiasını rədd edib. Baş həkimin iddia tələbi isə qismən təmin olunub. Məhkəmə qərar verib ki, həkim Baş Prokurorluq, Səhiyyə Nazirliyi, Prezident Administrasiyası və başqa orqanlara əvvəlki şikayətlərinə görə təkzib məktubu göndərsin. Bundan əlavə, baş həkimə mənəvi ziyana görə 500 manat kompensasiya, məhkəmənin ekspertiza xərclərinə görə də 200 manat ödəsin.

B.Kazımzadə bu qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Amma mayın 18-də şikayətə baxan Şirvan Apellyasiya Məhkəməsi qərarı dəyişməyib. Lənkəran Rayon Məhkəməsinin qərarı olduğu kimi qüvvədə saxlanılıb.

Şikayətçi həkim bundan sonra Ali Məhkəməyə üz tutmaq niyyətindədir.

Əvvəlki yazı

Rusiyada korona qurbanları 4 mini keçib

Sonrakı yazı

Taliban 7 hərbçi öldürdü

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.