22-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Bu vəhşilikdir…” – Vəzirov danışdı

27 May 2020, 09:30
Siyasət
A A
“Bu vəhşilikdir…” – Vəzirov danışdı

“Bu günə qədər ermənilər zəlzələ yerinə xilasedici itlərlə gələn fransızları tərifləyirlər, hamıya təşəkkür edirlər, bir bizdən başqa… Sanki biz orada mövcud olmamışıq. Dəhşətdir. Azərbaycandan gələn traktorların təkərlərini təmizləyirdilər ki, burdan gedən bir toz belə Ermənistana düşməsin. Bu vəhşilikdir. Halbuki bu uşaqlar yüzlərlə insanı xilas etmişdilər”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri  Azərbaycan SSR Kommunist Partiyasının sabiq birinci katibi Əbdürrəhman Vəzirov Rusiyada fəaliyyət göstərən “Paxlava Production” internet televiziyasına verdiyi müsahibədə Ermənistanda 1988-ci ilin dekabrında baş vermiş zəlzələdən, Azərbaycanın ora necə yardım etməsi ilə bağlı danışarkən deyib.

Ə.Vəzirovun sözlərinə görə, Ermənistanda zəlzələ baş verdikdən 1 saat sonra Mərkəzi Komitənin Bürosunun iclasını çağırıb:  “Dedim ki, yardım prosesində iştirak etməliyik.  Daha ora nələr göndərmədik?! Vaqonlarla sement, bitum, taxta… Bərpa üçün nə lazımdır, göndərdik. Elə oradaca mexanizatorlardan ibarət xilasedici dəstə formalaşdırdıq.  Əvəzində nə ilə qarşılaşdıq? Bu günə qədər xilasedici itlərlə gələn fransızları tərifləyirlər, hamıya təşəkkür edirlər, bir bizdən başqa… Sanki biz orada mövcud olmamışıq. Dəhşətdir. Azərbaycandan gələn traktorların təkərlərini təmizləyirdilər ki, burdan gedən bir toz belə Ermənistana düşməsin. Bu vəhşlikdir. Halbuki bu uşaqlar yüzlərlə insanı xilas etmişdilər”.

Ə.Vəzirov deyib ki, Azərbaycan rəhbəri kimi o vaxt Ermənistana gedib: “ABŞ-dan Moskvaya qayıdan Mixail Qorbaçov təyyarədən mənə zəng vurdu.  Dedi “hər şeyi  bilirəm, köməyə görə çox sağ olun”. Daha sonra vurğuladı ki, “düşünürəm, bu hadisə millətçi-separatçı əhvalı silib atacaq, bu adamlar ağıllanacaqlar”. Qorbaçov mənə zəlzələ baş vermiş Leninakana gəlməyi təklif etdi. Mən xüsusi təyyarə ilə Leninakana uçdum, orada bizi qəbul etmədilər”.

Ə.Vəzirov bildirirb ki, oradan Yerevana gəliblər:”Bir saatdan sonra Qorbaçovun təyyarəsi gəldi. Çox isti görüşdü, oturduğu mikroavtobusa mindik. Mən ona olduğum yerdə adamların dediklərini çatdırdım. Hər yerdə “Qarabağ”, ”Qarabağ”… Zəlzələni belə unutmuşdular. Yerevana gəlmiş yüksək sovet rəhbərlərindən bunu tələb edirdilər. Baxın, Leninakanda insanları xilas edirlər, Yerevanda isə Qarabağla bağlı hər gün mitinq gedirdi. Yerevandakı iclasda ilk sözü Mərkəzi Komitənin katibi Qalayana verdilər. O, Qorbaçova dedi ki, siz yarım saatdan sonra Qarabağın Ermənistana verilməsi barədə fərman imzalamalısınız. İndiyə qədər bu, məni heyrətləndirir: insanlar necə belə qədirbilməz ola bilər? Onlar heç olmasa bir dəfə də olsun bu köməyə görə “çox sağ olun” deməyi bacarmadılar. Biz axı orada həm də azərbaycanlı gənclərdən ibarət xilasedicilərin həlak olduğu bir təyyarəni itirdik. Bundan bir kəlmə demədilər. Fransadan gətirilmiş xilasedici itlərin ölümünə görə başsağlığı verdilər, bizə yox! Biz isə vicdanla, bir qonşu və insan kimi davrandıq”.

Əvvəlki yazı

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın müsahibəsi

Sonrakı yazı

Ata 11 yaşlı oğlunu bıçaqladı – FOTO

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.