07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Tərtər məhvərindən qopur: icra başçısına ağır ittihamlar – qara maskalı təcili gəlməsə…

26 May 2020, 12:47
Cəmiyyət, Araşdırma
A A
Tərtər məhvərindən qopur: icra başçısına ağır ittihamlar – qara maskalı təcili gəlməsə…

Tərtər məhvərindən qopmağa başlayır. Düşmənlə üzbəüzdə yaşayan qəhrəman camaatın əyaləti indi məmur tapdağı altında inildəməkdədir.
Prezident Tərtərə icra başçısı təyin edəndə özəlliklə tapşırmışdı ki, düşmənlə sərhəd rayonun əhalisinə qayğı, diqqət olmalıdır, heç kəs incidilməməlidir.
Ancaq bir müddət sonra icra başçısı Müstəqim Məmmədov əndazəni aşmağa, qanunları pozmağa başladı.
Elmar Vəliyevin adamı kimi tanınan, onun təqdimatı ilə bu rayona rəhbər gələn Müstəqim Məmmədovun fəaliyyətindən narazılıqlar son həftələrdə yüksəlib.
Reportyor.info-nun verdiyi xəbərə görə, onun Tərtərdə gərginliyə səbəb olan addımları mətbuatın diqqət mərkəzinə düşməkdədir.
M.Məmmədov həlqəsini elə daraldır ki, tezliklə qara maskalı oğlanın gəlişini sürətləndirsin. Son dövrlərdə İH-lərin fəaliyyətinə nəzarət güclənməsinə, antikorrupsiya həbsləri aparılmasına baxmayaraq, Tərtərin icra başçısı tarana getməkdədir.
Onun bu riskli hərəkətlərini heç cür analiz etmək olmur ki, məqsədi nədən ibarətdir. Məsələn, Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb.
Liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir. Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görünməsin.
Liseydə kəlbəcərli məcburi köçkünlər məskunlaşıb. İcra başçısnın yaşadığı ev dövlət əmlakı olub. İcra başçısı onu özəlləşdirərək özünə ev edib.
Amma onun əməlləri bununla bitmir. Tərtər özünümüdafiə batalyonunun sabiq komandanı, rayonun icra başçısı olmuş mərhum Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadə onun qanunsuz işlərini ifşa etməkdədir.
Onun sözlərinə görə, Müstəqim Məmmədov katibəsinin anası Məmmədova Svetlana Mövsüm qızının adına 250 hektar torpaq verib:
“Niyə? Bəs Sərdar Həmidovun qapısındakı torpağa niyə göz dikib? Tərtər batalyonunun komandiri Sərdar Həmidovun həyət torpağını 3-5 sot sata-sata Ermənistanın hansı məmurunu sevindirmək istəyir? Buyurun araşdırın”.
Ş.Məcidzadə qeyd edib ki, icra başçısı YAP-ın qərargahını özü üçün villa edib: “Müstəqim Məmmədov üzvü olduğu partiyanın qərargahını maddi mənafeyə görə mənimsəyib.
Siyasi mənsubiyyət seçmək, partiya üzvü olmaq bir insan üçün əqidə deməkdir. Əqidəsini maddi mənafeyə görə pula çevirən adam Azərbaycanı nə edər, satmaz?”
S.Həmidovun oğlu deyib ki, Tərtərdə yoxlamalar başlanıb: “Yuxarılarda deyəcək ki, düz edib bağçaların həyətini yemisən, düz edib dövlətdən subsidiya almaq üçün yalan -palanla əkin sahələrini sənədləşdirib təqdim etmisən.
Düz edib insanları staja görə işlə təmin edib, maaşlarına əl qoymusan. O 190 manat maddi yardım məsələsində Prezidentə işsizlərin yalan siyahısı təqdim etmişdilər ki, sonradan işsizlərin sayı birdən 600.000 çatdı. Bax o “xidmətlər” Müstəqim Məmmədov kimi adamların xidmətləridir”.
Reportyor.info qeyd edir ki, icra başçısı Həmidovlara məxsus əraziyə əl qoyub və məsələ böyüdükcə onun Tərtərdəki digər qanunsuz fəaliyyətləri də üzə çıxarılır.
Elə bu yaxınlarda Tərtərin Səhləbad kənd sakini, aprel döyüşçüsü Mahmudov Ziya Mehrac oğlu bildirmişdi ki, şəhidlər parkı gizli şəkildə hərraca çıxarılaraq mənimsənilib.
Onun sözlərinə görə, dəfələrlə icra başçısı Müstəqim Məmmədova şikayət etsə də, problem həll olunmayıb.
Bir müddət əvvəl isə Tərtərin Qaradağlı kənd sakini İbrahimova Zinyət Yusif qızı bildirirdi ki, onun şəhid qardaşı İbrahimov Qaraş Yusif oğlunun adı Tərtər Peşə Liseyindən müəmmalı şəkildə götürülüb.
İcra başçısı xalqın övladlarına peşə öyrədən liseyi bağladıb, binasını satışa çıxarıb. Şəhidin bacısının dediyinə görə, binaya əməlli-başlı qiymət qoyulub.
Şəhid bacısı dəfələrlə başçı Müstəqim Məmmədovun qəbulunda da olub. Başçı isə hər dəfə, “get hara istəyirsən şikayət et, rayonun yiyəsi mənəm, prezident bu rayonu mənə etibar edib, məndə nə istəsəm edərəm.
Mənə şəhid nağılı danışma, liseyin adında Tərtər sözü varsa, deməli tabeliyimdədir, istəsəm saxlayar, istəsəm bağladaram. Unutma, arxamda Elmar Vəliyev kimi dağ var” kimi xoşagəlməz ifadələr işlədib.
M.Məmmədov özünü sakinlərə işləyən məmur kimi göstərsə də, Tərtərdə hansı biznesə sahib olduğunu bilməyən yoxdur. Onun obyektləri Tərtərin girişindən başlayır axıra qədər…
Müstəqim Məmmədovun Yevlaxda inşaat materialları satış mərkəzləri fəaliyyət göstərir. İH başçısı da daşa-divara hörülən büdcə pullarını öz sexlərinə, mağazalarına yönəldir.Tərtərdə parklara vurulan tamet üzlük daşlarının istehsalçısı Yevlaxdakı sexdir.
Xatırladaq ki, bir müddət əvvəl Tərtərin icra başçısı Müstəqim Məmmədov qaynanası Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx kəndində buğda əkini üçün 150 hektara görə 13 500 manat, Çaylı kəndində isə 46 hektar buğda və çəltik əkini üçün 2860 manat subsidiya alıb.
Tərtərin Qaraağacı kənd sakini, 1-ci qrup Qarabağ qazisi Hüseynov Cəfər Əli oğlun və Tərtər sakini Məmmədov Elçin Saleh oğlu rayonun Şıxarx adlanan ərazisindən taxıl əkini üçün torpaq sahəsini icarəyə götürmək istəsə də, icra hakimiyyətinin rəsmisi Füzuli Əliyev onlardan 30 hektar torpaq müqabilində 27000 (iyirmi yeddi min) manat rüşvət istəyibmiş.
Məlumatlarda Tərtər Rayon İcra Hakimiyyətinin başçısının Tərtər Şəhəri Üzrə Nümayəndəliyi ilə “Borard-55” MMC-nin Tərtər şəhər Körpələr evi uşaq bağçalarına müxtəlif malların alınması ilə bağlı əməkdaşlığından bəhs olunur.
Belə ki, Müstəqim Məmmədovun nümayəndəliyi rayon mərkəzindəki Uşaq Bağçalarına müxtəlif malların alınması ilə bağlı “Borard-55” MMC ilə 19.12.2019-cu il tarixdə üç müqvilə bağlayıb.
Birinci yumşaq invertarların alınması ilə bağlı 8052 manat, ikinci bərk invertarların alınması ilə bağlı 6402 manat, üçüncü isə maşın və avadanlıqların alınması ilə bağlı 5786 manat dəyərində müqavilələrdir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısının Tərtər Şəhəri Üzrə Nümayəndəliyinin bir gündə 3 lot üzrə “Borard-55” MMC ilə müqavilə bağlamasında ilk baxışdan qeyri-adi bir nəsnə yoxdur.
“Borard-55” MMC-nin nəinki hansısa ünvanı, gərəkən bazası yoxdur, ümumiyyətlə Tərtərdə bu şirkətin adını eşidib, “gördüm deyən” yoxdur.
Biz “Borard-55” MMC ilə həm internet üzərindən, həm də digər vasitələrlə əlaqə yaratmağa cəhd etsək də alınmadı.
Bütün bu faktlar, ittihamlar göstərir ki, Tərtərdə vəziyyət heç yaxşı deyil. Tezliklə bura xüsusi komissiya gəlməlidir.

REPORTYOR.info

Əvvəlki yazı

“Arvadı qardaşımın qətlinə susur” – Aktrisa

Sonrakı yazı

Ronaldo: “Məndən yoxdur”

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.