23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Müxalifət qarayaxma ilə məşğuldur” – Natiq Cəfərli

20 May 2020, 16:10
Siyasət
A A
“Müxalifət qarayaxma ilə məşğuldur” – Natiq Cəfərli

“Hökumət uzun illərdir sivil toplumu təhlükə kimi görür, halbuki QHT sektoru ilə normal iş qurulsa, doğru və işlək qanunlar qəbul olunsa, sivil toplum istənilən hökumətin pulsuz məsləhətçisinə, həmçinin sosial, ekoloji, hüquqi problemlərin həllində ciddi rol oynayan instituta çevrilə bilər”.

Reportyor.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspert qeyd edib ki, hökumət uzun illərdir ki, sivil toplumu düşmən kimi alqılayır, qrant almağı aşağılıq kimi təqdim edir:

“Nə qədər qəribədir ki, müxalifətin bir hissəsi də öz rəqiblərinə, opponentlərinə eyni ritorika və kafa ilə qara yaxırlar, digər müxalif qurumlara ləkə vurmaq üçün “qrant” kartını işə salırlar, zatən hökumətlə müxalifətin həmin hissəsi eyni “dalğadadılar”, eyni düşüncə və dünya görüşünə malikdirlər, sadəcə hökumətdə olanlar əlində olan alətlərlə əməldə sivil toplumu əzir, müxalifətin bir kəsmi isə əlində səlahiyyət yoxdur deyə ancaq qarayaxma ilə məşğuldular. Onlar da qrantı əskiklik, pis, yaramaz, qara bir iş kimi görürlər”.

Natiq Cəfərli hesab edir ki, hökumətin səhv siyasətinə görə sivil toplum siyasiləşib, halbuki QHT-lərin əsas işi siyasi fəaliyyət yox, sənədlərin hazırlanması, təkliflərin verilməsi, problemlərə institutlaşmış və sistemli yanaşmanın ortalığa çıxarılması olmalıdır:

“Bu səhv yol idi. Sivil toplum öz məqsədlərindən kənarda qalıb. Bu gün dünyanın inkişaf etmiş ölkələrində pandemiyanın gətirdiyi çətinliklərin dəf edilməsində sivil toplum çox önəmli rol oynayır – yardımlar paylayır, aztəminatlı ailələrə kömək edir, hökumətlərə təkliflər hazırlayır.

Bu sahədə onminlərlə insan çalışır, bu, həm könül işi, həm də maaş mənbəyinə dönür, yeni iş yerləri yaradır. Azərbaycanda son 27 ildə fədakarcasına sivil toplum üçün çalışan, sistem yaradan insanlar olub, ortalığa ciddi araşdırmalar, sənədlər qoyan insanlarımız var , onların istənilən araşdırması ağıllı hökumətlər üçün yol xəritəsidir, amma 27 ildir ki, QHT sektorunu könül işi kimi deyil də, biznes kimi görən insanlarımız olub, onların nə topluma, nə ölkəyə bir xeyri dəyməyib, əksinə sivil toplumun əsl niyyətinin və hədəfinin kənarda qalmasına səbəb olublar.

Məmləkət indi yol ayrıcındadır, ölkənin qarşısında ciddi çağırışlar, problemlər var, əsl sivil toplum fəlsəfəsi kənarda qalır. Hökumət mütləq bu sahəyə baxışını dəyişdirməli, qanunvericiliyə ciddi dəyişikliklər etməli, QHT-lərin fəaliyyətinə tam imkan yaratmalıdır. Sivil toplum da öz mahiyyəti üzrə fəaliyyət göstərməli, hər hansı xarici-daxili çevrələrin oyuncağına çevrilməməlidir”.

 

Əvvəlki yazı

İki dövlət rüsumu ləğv edilir – YENİLİK

Sonrakı yazı

“Din xadimlərindən koronavirusa yoluxan yoxdur” – Komitə

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.