27-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Bu həkimə cinayət işi açılmalıdır”

15 May 2020, 14:09
Cəmiyyət
A A
Deputat: “Bu həkimə cinayət işi açılmalıdır”

Artıq 3 gənc xanımın ölümünə səbəb olan iranlı həkim Sirus Qoçxani haqqında həm Səhiyyə Nazirliyi, həm də prokurorluq geniş araşdırma aparmalıdır.

Bu sözləri Axar.az-a millət vəkili, tibb elmləri namizədi Musa Quliyev uzun illərdir Azərbaycanda özəl klinikalarda plastik əməliyyatlar həyata keçirən iranlı həkim Sirus Qoçxaninin artıq 3-cü şəxsin ölümünə səbəb olmasına baxmayaraq, məsuliyyətə cəlb edilməməsi haqda danışarkən deyib.

M.Quliyevin sözlərinə görə, əgər müvafiq dövlət qurumları bu həkimlə bağlı addım atmırlarsa, açıq şəkildə deməlidirlər ki, biz Qoçxanidən qorxuruq, ona gücümüz çatmır, buna görə də Azərbaycanda nə istəyir, edir:

“Bu qədər də olmaz axı! Onun əməliyyatları zamanı neçə cavan, gənc qız dünyasını dəyişib. Gözləyirlər ki, növbəti qurbanlar da olsun, bundan sonra həmin həkimlə bağlı tədbir görülsün?

Sirus Qoçxaninin apardığı əməliyyatlar tibbi göstərişi olmayan əməliyyatlardır. Belə halda insan ölümü, xüsusilə də gənc və sağlam insanların ölümü Səhiyyə Nazirliyini, TƏBİB-i, əməliyyatın baş verdiyi klinikanı, hüquq-mühafizə orqanlarını ciddi düşündürməli, narahat etməlidir”.

Millət vəkili bildirib ki, özəl klinikalara Səhiyyə Nazirliyinin müdaxilə etmək imkanının olmaması yanlışdır:

“Buna imkan yaradılmalıdır. Ölkənin səhiyyə siyasətini bir təşkilat həyata keçirir. Bu baxımdan, dövlət xəstəxanalarına olduğu kimi, nazirliyə özəl klinikalara da müdaxilə imkanı verilməlidir. Klinikanın özəl olması o demək deyil ki, dövlətin qayda-qanunu orada işləməsin”.

Deputat dövlət qurumlarını bu məsələ ilə bağlı araşdırma aparmağa çağırıb:

“Öyrənilməlidir ki, bu insan burada işləməyə hansı sənədlərlə gəlib, hansı müqavilə ilə işləyir?! Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Miqrasiya İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi araşdırma aparmalıdır. Bir həkimin əlində 3 sağlam insanın dünyasını dəyişməsi adi hal deyil.

Xüsusilə gənc qızların son günlər bu kimi plastik əməliyyatlara meyilli olduğunu nəzərə alaraq bir tədbir görülməlidir. Pasiyent çox şey istəyə bilər. Həkim bildirməlidir ki, bu xəstəyə belə əməliyyat olar, ya olmaz. Zərurət olmadıqca belə əməliyyatlara imkan verilməməlidir. Plastik əməliyyatlarla bağlı təlimatlar hazırlanmalıdır”.

Xatırladaq ki, “Baku Medical Plaza” klinikasında iranlı həkim Sirus Qoçxaninin etdiyi plastik əməliyyat zamanı 1996-cı il təvəllüdlü Turanə Musazadə dünyasını dəyişib.

Bundan öncə isə Qoçxaninin həyata keçirdiyi əməliyyat zamanı Elmi-Tədqiqat Ağciyər İnstitutunun həkim-ginekoloqu Sona Gürgün Vəliyeva, 2017-ci ildə isə 22 yaşlı model Leyla Oruclu dünyasını dəyişmişdi.

Əvvəlki yazı

Naxçıvanda 106 nəfər yoluxub, 2 ölü

Sonrakı yazı

Əli Həsənov milyonları bax belə mənimsəyirdi…

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.