13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Palmali” rəsmən müflis olur

12 May 2018, 11:14
Cəmiyyət
A A
“Palmali” rəsmən müflis olur

Rusiyanın Rostov vilayətinin Arbitraj məhkəməsi “Palmali Shipping” şirkətlər qrupunun törəmə şirkəti olan “Palmali” MMC-yə qarşı müflisləşmə prosedurunu başladıb. Virtualaz.org xəbər verir ki, məhkəmə müflisləşmə prosedurunun başlanğıcı olaraq şirkət üzərində müşahidə tətbiq edib. “Palmali” MMC-nin müflis elan edilməsinə dair iddianı “Lukoil” şirkətinin Sankt-Peterburqdakı törəmə şirkəti “Lukoul-Bunker” qaldırıb. İddiaçının təklifi ilə məhkəmə “Palmali” MMC-yə kənar idarəçi qismində Ravil Latıpovu təyin edib.

“Lukoil” şirkəti “Palmali”nin ən iri kontragentlərindən biri olub. Mübariz Mənsimovun şirkətinin gəmiləri “Lukoil”un neft məhsullarının Qara dəniz və Baltik dənizi üzərindən daşımalarını həyata keçirib. Lakin son illər tərəfdaşlar arasında münaqişə yaranıb və bu münaqişə artıq mətbuata çıxıb. “Palmali” London Yüksək məhkəməsində “Lukoil”a qarşı 2 milyard dollarlıq təzminat iddiası qaldırıb. İddiaçı bildirir ki, “Lukoil” “Palmali” ilə neft və neft məhsullarının daşınmasına dair müqavilənin şərtlərini pozub. Bu günlərdə isə məlum olmuşdu ki, “Lukoil”un törəmə şirkəti olan “Litasco” “Palmali”nin iki tankerinə bunker hesablarının ödənilməməsinə görə həbs qoydurub.

238620_srcRusiya mənbələri bildirir ki, “Palmali” üçün ilk həyacan zəngi 2014-cü ildə çalınıb. Rusiyanın vergi orqanları “Palmali” MMC-ni vəsaitləri qanunsuz yollarla offşora çıxardığı üçün 6 milyard rubl məbləğində cərimələyib.

Məhkəmə çəkişmələri zamanı şirkət cərimə məbləğinin 1.7 milyard rubla qədər azaldılmasına, habelə Apellyasiya instansiyasında cərimənin ödənilməsinin üç il təxirə salınması barədə qərar çıxarılmasına nail olub. Şirkət bunu belə əsaslandırıb ki, cərimənin hamısını birdən ödəsə müflis olacaq. Beləliklə, “Palmali” həmin məbləği 2018-ci ilin dekabrına qədər ödəməlidir.

 

238621_src

Arbitraj məhkəməsinin sənədlərinə əsasən “Palmali” MMC-nin 51 gəmisi var. Lakin həmin gəmilərin az qala hamısı vergi orqanları ilə məhkəmə çəkişməsi başlayandan bəri “Sberbank”da girovdur. Gəmilərin balans dəyəri cəmi 16 milyard rubl qiymətləndirilir.

“Palmali” MMC 2013-2014-cü illərdə  aşağıdakı məbləğlərdə kreditlər alıb: illik 6.7 faiz olmaqla 54 milyon dollar, illik 7 faiz olmaqla 104 milyon dollar, illik 6 faiz olmaqla 60 milyon dollar. İlk iki kreditin ödənilməsi üçün 134 ay, sonuncu üçün 130 ay vaxt qoyulub. Habelə məhkəmə sənədlərinə görə “Palmali” MMC-nin “Lukoil-Bunker”, “Rostovtormet-Yuq” (Taqanroq), “Baltik Turbo” (Sankt-Peterburq), “Priçal ASB” (Həştərxan), “Rusbunker” (Rostov) da daxil olmaqla daha bir neçə müəssisəyə borcları var. 1.7 milyard rubl vergi cəriməsi  də hesaba alınmaqla hazırda “Palmali” MMC-nin borcu 18 milyard rubla yaxındır. Bu da şirkətin donanmasının balans dəyərindən yuxarıdır və deməli “Palmali” müflis durumdadır.

 

238622_src

Lakin “Lukoil-Bunker”in iddiası təmin olunarsa şirkətin donanmasının az qala bütün gəmiləri “Sberbank”da girov olduğuna görə iddiaçı tərəf heç nə əldə etməyə bilər. Çünki gəmilər bankın girovluğunda olduğu üçün onların hərracda satılıb vəsaitin iddiaçıya ödənilməsi mümkün olmayacaq. “Sberbank” məsələni şərh etmək istəməyib.

 

238623_srcRusiya mətbuatı qeyd edir ki, Mübariz Mənsimovun donanmasının “batması” onun Rusiyada vergi orqanları ilə münaqişəsindən sonra sürətlənib. Həmin dövrlər beynəlxalq mətbuatda “Palmali”nin adı İŞİD-in Suriya və İraqdan hasil etdiyi neftin daşınmasında hallanıb. Daha sonra “Lukoil” “Palmali” ilə əməkdaşlığı dayandırıb, Mənsimov London məhkəməsində iddia qaldırıb. Mənsimov bildirir ki, 2005-2010-cu illərdə “Lukoil” şirkəti ilə “məhsuldar əməkdaşlıq” edib. 2010-cu ildə onlar müqaviləni daha 10 illiyə uzadıblar. “Biz bu müqaviləyə əsasən əlavə gəmiər aldıq, ancaq qarşı tərəf öhdəliklərini yerinə yetirmədi”-Mənsimov “Hürriyet”ə müsahibəsində demişdi.

 

Qeyd edək ki, “Lukoil” şirkəti ilə yanaşı “Palmali” ilə SOCAR arasında da münaqişənin yarandığı məlumdur. SOCAR bildirmişdi ki, “Palmali”nin  onlara “külli miqdarda” borcu var.

“Palmali Shipping”in donanmasında cəmi 100-ə yaxın gəmi var. Həmin gəmilərin 51-i Rusiyadadır və göründüyü kimi “Sberbank”da girovdur. “Palmali”nin 14 tankeri isə SOCAR tərəfindən alınmışdı.

Əvvəlki yazı

DAHA BİR DÖVLƏT QURUMUNDA TALAN AŞKARLANDI – “1 milyard manat ortalıqda yoxdur”

Sonrakı yazı

Nazirin oğlu hüquq məsləhətxanasının rəhbəri seçilib

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.