Yeni tikilən stansiyalarda işlər davam etdirilir.
Bu sözləri Bakı metropoliteni QSC sədri Zaur Hüseynov Operativ Qərargahın brifinqində deyib:
“Yaxın zamanlarda yeni stansiyalar istifadəyə veriləcək. Metropolitenin tikintisində istifadə olunan avadanlıqlar ölkəyə gətirilib. İnşaat işləri bitib”.
O əlavə edib ki, insanların maska taxmaması metro səlahiyyətlərinə daxil deyil:
“Biz sərnişinlərə maska taxmaları ilə bağlı xəbərdarlıq etmişik. Metropoliten 25 stansiyadan ibarətdir və 15-də aptek var. Əlavə olaraq metropolitendə səyyar maska satışı həyata keçiriləcək. Biz “Zeytun” aptekə də müraciət etdik, apteklər səhər saat 6-da açılsın. Eyni zamanda, sərnişinlərin maska əldə etməsində çətinlik yaranmaması üçün tapşırıqlar verilib”.