05-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Razim Məmmədovun korrupsiya sxemi- ŞOK DETALLAR

12 May 2018, 00:20
Manşet
A A
Razim Məmmədovun korrupsiya sxemi- ŞOK DETALLAR

Xətai rayonunu söküb-tikən MMC başçı Razim Məmmədovun bacısının ərinin adına rəsmiləşdirilib

Xətai rayonu Xudu Məmmədov küçəsi 6 saylı binanın həyətində uşaq baxçası tikilir. Baxçanın bir tərəfi binada yaşayan sakinlərin istirahəti üçün nəzərdə tutulan çardağa “qonşudu”. Məhəllə sakinləri baxçanın artıq bir neçə ildir tikildiyini, ancaq inşaata tez-tez fasilə verildiyini deyir.

Tikinti məhəlləni zəbt etdiyi üçün sakinlər şikayətçi olsalar da bu inşaatı dayandıra bilmirlər. Onların şikayətinə heç kim baxmayıb. 100 saylı Mənzil Kommunal İstismar Sahəsi də 6 saylı binada yerləşir. Baxçanın hər məsələdən xəbərdar keşikçisi də həmin binanın sakinidir.

Uşaq baxçasının inşaatı ilə bağlı vurulan məlumat lövhəsində tikintinin sifarişçi və podratçısının “Samir Ağdülü” MMC olduğu qeyd olunub. Tikintinin 2017-ci ilin sentyabrında tamamlanması nəzərdə tutulsa da, bu baş verməyib. “Samir Ağdülü” Xətai rayonunda baxça tikintisi ilə yanaşı bir çox başqa tenderlərə sahiblənib.

Milyonluq tenderlər

2017-ci ildə Xətai Rayon İcra Hakimiyyətinin sifarişlərindən biri – çoxmənzilli yaşayış binalarının əsaslı təmir işlərinin satınalınmasıdır. Həmin müsabiqəni “Samir Ağdülü” MMC əldə edib. Tenderin məbləği 1 941 500 manatdır. Eləcə də həmin il MMC İcra Hakimiyyətinin Mənzil Fondunun əsaslı təmir işləri müsabiqəsindən 246 998 manat qazanıb.

Tender məlumatlarını incələdikdə məlum olur ki, şirkət son illərdə rayon ərazisində çoxsaylı dövlət tenderlərinə sahiblənib. Hələ 2011-ci ildə MMC İcra Hakimiyyətindən 1 990 780 manatlıq təmir-bərpa işlərini və 49 895 manatlıq isə köhnə binanın söküntü işlərini qazanıb.

Bundan əlavə 2013-cü ildə Xətai rayonu Nobel prospekti 12 və Cavanşir küçəsi 38 ünvanlarındakı yaşayış binalarının sökülməsi üçün cəmi 596 164 manat olan iki satınalmanı da bu MMC əldə edib. Beləliklə də cəmi 4 825 627 manat.

MMC icra başçısının ünvanında qeydiyyatdadır

Xətai rayonunu az qala qarış-qarış söküb-tikən “Samir Ağdülü” MMC 2 mart 2007-ci ildə təsis olunub. Hüquqi təmsilçisi Zeynal Cəmil oğlu Həsənovdur. Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 41, mənzil 63 MMC-nin hüquqi ünvanıdır. Həmin mənzildə Həsən Müzəffər oğlu Məmmədov yaşayır. Həsən Məmmədov Sumqayıtda “Azərkimya”nın zavodlarından birində işləyir, sahibkar deyil.

Müəsisənin hüquqi təmsilçisi Zeynal Həsənov eyni zamanda Xətai Rayon İcra Hakimiyyətində baş mütəxəssis işləyir. Sumqayıt şəhəri, 5-ci mikrorayon, bina 34/69, mənzil 9-da qeydiyyatda olan Z.Həsənov icra başçısı Razim Məmmədovun bacısı Alidə Həsənovanın həyat yoldaşıdır.

Həmçinin icra başçısı ilə baş mütəxəssis Sumqayıtda eyni mənzildə qeydiyyatdadırlar. Həmin mənzil kirayə verilib. Sumqayıt şəhəri, 5-ci mikrorayon, bina 34/69, mənzil 9-da kirayədə yaşayan sakin mənzilin Razim Məmmədova məxsus olduğunu söyləyir. Zeynal Həsənovu isə tanımır.

Aşkar korrupsiya

Hüquqşünas Xalid Bağırov deyir ki, “dövlət orqanında sifarişçi kimi iştirak edən şəxsin qohumlarının belə bir müsabiqədə iştirak etməsi artıq qərəzsizlik prinsipinin pozuntusudur. Kifayət qədər şübhələr ola bilər ki, bu şəxs müsabiqədə qərar verərkən öz yaxınına üstünlük verəcək. Buna maraqlar konflikti deyilir. Bu da “Korrupsiya ilə mübarizə haqqında” qanunla qadağan olunan hallardan biridir. Sırf korrupsiya faktıdır”.

Ləğv edilmiş Dövlət Satınalmalar Agentliyinin keçmiş əməkdaşı olan V.Hüseynov deyir ki, yekun protokolda şirkət haqqında ümumi məlumatlar – ünvan, VÖEN, bank hesabının nömrələri olur.

Ekspert deyir ki, həmin informasiyalar agentlik tərəfindən onların imkanları daxilində, məsələn, Vergilər Nazirliyi e-taxes.gov.az saytı vasitəsilə yoxlanıla bilər. “Ancaq bu yoxlaman; aparanların icra başçısının hansı ünvanda qeydiyyatda olması, şirkətin hüquqi ünvanının yerləşdiyi mülkiyyətin kimə məxsus olduğu barədə mələumatları araşdırmaq imkanları yoxdur”, – deyə V.Hüseynov qeyd edir.

Bacıoğlu

“Samir Ağdülü” MMC-nin adı Razim Məmmədovun bacısı oğlunun adı ilə üst-üstə düşür. Samir Həsənov Zeynal Həsənovun oğludur.

V.Hüseynov deyir ki, “Dövlət satınalmaları haqqında” qanunun 13-cü maddəsində maraqlar ziddiyyəti məsələsi nəzərdə tutulub. “Burada satınalan təşkilatdan hüquqi, maliyyə, təşkilati asılılığı olanların tenderlərdə iştirakı və prosesə hansısa bir halda təsiri yolverilməz hesab olunur. Və bu aspektdən qanuni təmsilçinin də, o cümlədən satınalan təşkilatla əlaqədə olması artıq orda müsabiqələrin qanuni prosesə riayət olunmaqla keçirilmədiyinə ciddi əsaslar verir”, – deyə ekspert vurğulayır

Korrupsiya riskləri hesablanmır

Xətai Rayon İcra Hakimiyyətinin humanitar-siyasi məsələlər üzrə şöbə müdiri Pənah İmanovun sözlərinə görə, Zeynal Həsənov həqiqətən də icra hakimiyyətində işləyir. Onun icra başçısı Razim Məmmədovla qohum olub-olmadığını bilmir: “Bu daha çox şəxsi məsələdir. Onun şəxsi işidir. Mən ictimai-siyasi məsələlərə baxıram. Zeynal müəllimi hardan tapım?”

“Bizdə korrupsiya risklərinin hesablanması bu sahədə analizlərin aparılması ümumiyyətlə, həyata keçirilmir. Bunun aparılması özü potensial riskləri müəyyən etməyə imkan verərdi. Siz deyirsiniz ki, filan şirkət ancaq Xətai rayonu ərazisində fəaliyyət göstərir. Bu beynəlxalq təcrübədə artıq hansısa bir korrupsiya riski hesab olunur. Və korrupsiya risklərinin olması da artıq avtomatik hansısa araşdırmaların başlanması üçün əsas verir” – deyən V.Hüseynov bildirir ki, Azərbaycanda ümumiyyətlə bu mexanizm yoxdu.

Satınalmalar sistemində detallaşdırmağa, aydınlaşdırmağa çox geniş yer olduğunu vurğulayan ekspert bu işlərin xeyli müddətdir ləngidiyini bildirdi: “2001-ci ildə qəbul olunmuş qanunda hələ də ciddi bir dəyişiklik, ciddi detallaşdırma, qərarlarla ya təlimatlarla izahatlar yoxdur. Bu da sui-istifadə halların baş verməsi üçün geniş fürsətlər, əsaslar yaradır. İstənilən sahədə nəzarət yoxdursa risk yüksək olacaq. Hətta nəzarət bilavasitə həyata keçirilməsə belə, o sahədə şəffaflığın yaradılması artıq korrupsiya arzusunda olan şəxslərin müəyyən risklər nəticəsində bu sahədən əl çəkməsinə gətirib çıxara bilər. Amma hazırda elə bir mühit yoxdur”.

Hüquqşünas Xalid Bağırovun fikrincə, bu hallar dövlət əmlakını mənimsəməyə xidmət edir: “Tutaq ki, mən hər hansı icra hakimiyyətinin başçısıyam və icra başçısına pul ayrılıb ki, haradasa tikinti, yəni inşaat işləri aparsın. Mən o pulu həmən təmir-tikinti işini aparacaq şirkətə yox, deyək ki, öz şirkətimə verməklə o pulu özümə mənimsəyirəm. Bu əslində mənimsəmədir. Dövlətin maliyyəsi barədə, büdcəsi barədə sərəncam verməklə o pulu mənimsəmənin yollarından biridir. O baxımdan burada mənimsəmə ilə bağlı Cinayət Məcəlləsinin 179-cu maddəsinin tərkibi kimi baxıla bilər”.

Keşikçiyədək hər kəs bilir…

Xətai Rayon İcra Hakimiyyətinin elektron səhifəsində “Samir Ağdülü” müəssisəsinin rayon ərazisində uşaq baxçası tikdiyi haqda məlumat dərc olunub. Materialda gedən fotolarda icra başçısı rəhbərlik etdiyi orqanın işçiləri ilə bərabər həmin ərazidə əks olunub. Aparatın nümayəndəsi Pənah İmanov da həmin işçilərin arasındadır. Xətaidə az qala yeddidən yetmişə hər kəsin bildiyi gerçəyi isə nə Baş Prokurorluq, nə də Korrupsiya ilə Mübarizə Baş İdarəsi bilir.

Keşikçi ilə danışırıq.

Sual: – Kimin şirkətidir “Samir Ağdülü”?

Cavab: – İcra aparatı, icra başçısı tikdirir

S: – Razim müəllimin?

C: – Bəli… (openazerbaijan.org)

Əvvəlki yazı

Şok! İtkin düşmüş alpinistlər sağdır? – Hər üçü “Whatsapp” qrupundan çıxdı – FOTOFAKT

Sonrakı yazı

Millət vəkilinin Konyada, Meramda Qarabağ parkı açılması təklifini bələdiyyə başqanı dəstəkləyib

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09
Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

03 Sentyabr 2025, 16:07
“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

03 Sentyabr 2025, 16:05
17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

03 Sentyabr 2025, 16:00
Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

03 Sentyabr 2025, 15:57
Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

03 Sentyabr 2025, 15:55
Qaxda yanğın — VİDEO

Qaxda yanğın — VİDEO

03 Sentyabr 2025, 13:41
Azərbaycanda müğənni narkotikə görə həbs edildi

Azərbaycanda müğənni narkotikə görə həbs edildi

03 Sentyabr 2025, 13:04

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.