08-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Həkim karantin dövründə maaşının kəsildiyini deyir: 5280 manat yerinə 842 manat?

05 May 2020, 20:02
Cəmiyyət
A A
Həkim karantin dövründə maaşının kəsildiyini deyir: 5280 manat yerinə 842 manat?
əkim koronavirusa görə maaşının düz hesablanmadığını iddia edir
Nazirlər Kabineti martın 25-də “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib.
Qərara əsasən tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aylıq maaşının üç  misli, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, laboratoriya, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə aylıq maaşının dörd misli, pasientlərə stasionar tibbi xidmət göstərən işçilərə isə aylıq maaşının beş misli məbləğində əmək haqqı ödənilməlidir.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım üzrə həkimi Şaiq Məmmədov Toplum TV-yə deyir ki, onun maaşı almalı olduğu məbləğdən azdır:
“Mənim aylıq vəzifə maaşım 750 manatdır, eləcə də gecə növbəsi üçün əlavə 130 manat olmaqla, cəmi 880 manatdır. Stansiyada həkim çatışmazlığı olduğu üçün əlavə iş yüküm var. Bu isə o deməkdir ki, mənim aylıq vəzifə maaşım 1320 manatdır. Müvafiq sərəncama əsasən mənim maaşıma 5280 manat əlavə olunmalıydı. Ancaq TƏBİB tərəfindən mart ayı üçün mənim maaşıma 842 manat əlavə olunub”.
“Heç olmasa bunu demə, biz xəyal qurmayaq”
Həkim üzünü rəsmi qurumlara tutaraq deyir: “Heç olmasa bunu demə, biz xəyal qurmayaq. Deyək, bu bizim işimizdir, deyək ölkə adına nəsə etdik. Sözdə “həkimlərin yanındayıq” deyirlər, sözü təsdiq edən də əməldir. Sən də əməldə bunu göstərmirsən. Bu, sadəcə bizimlə məzələnməkdir”.
Şaiq Məmmədov fevralda məzuniyyət üçün müraciət etdiyini, amma Səhiyyə Nazirliyinin əmrinə əsasən bütün həkimlərin məzuniyyətinin ləğv olunduğunu, özünün də 15 aydır fasiləsiz işlədiyini bildirir.
Şaiq Məmmədov
Həkim koronavirusa yoluxmuş xəstələrlə işləməyin təhlükəliliyindən və əmək haqqının ona uyğun olmadığından şikayətlənir: “Koronaviruslu bir xəstə ilə 20 santimetr məsafədən təmasda olmaq çox risklidir. Digər xarici ölkələrdə, məsələn, Amerikada vətəndaşlıq verirlər, yüksək əmək haqqı verirlər, ev, maşın. Verdiyiniz maaş göz qabağındadır. Siz oturmusuz orda, amma biz hər an ölümlə üz-üzəyik. Nə qədər risk, nə qədər stress, durmadan çalışmaq… İlk vaxtlar lap ağır oldu, sonradan nisbətən azaldı. Sizin etdiyiniz dilənçi kimi bizimlə alay etməkdir. “Azərbaycan həkimi igiddir, qəhrəmandır, beləyik, yanındayıq”, bəs nə oldu?”
“President.az-a yazacağam”
Həkim Ş. Məmmədovun iddiasına görə, digər xəstəxana və poliklinikalarda da işçilərin maaşı az verilir.
“Poliklinakadakı həkimlər ümumiyyətlə 70 manat aldıqlarını deyirlər. Çox gülünc vəziyyətdir. Hər ay üçün sadəcə 12 milyon manat lazımdır. 2,5 milyard ayrımısan, on iki milyona gücün çatmır?”
Şaiq Məmmədov əmək haqqının az verilməsi ilə bağlı prezidentə müraciət edəcəyini deyir: “Prezident.az saytına yazacam, birbaşa prezidentin özünə müraciət edəcəm. Yazacam ki, sizin sərəncamınız yerinə yetirilmir. Həmçinin istəyirəm media vasitəsilə ictiamiyyətə də çatdırım”.
Şikayətçi bu məsələnin məhkəmə vasitəsi ilə həll olunacağına isə inanmır: “Əslində normal sivil toplumda TƏBİB-i verirsən məhkəməyə, deyirsən ki, mən xəyal qurmuşdum sən buna zərbə vurdun, sən həm mənim pulumu, həm də təzminat ödəyirsən. Amma bizdə bu mümkün deyil və məhkəmədə uduzacaqsan. Avropa Məhkəməsinə (Avropa İnsan Hüquqları Məhkəməsi –red.) versən, bu üç il, beş il uzanacaq”.
Cavabdeh kimdir?
Toplum TV həkimin dedikləri ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib. Qurumun mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, buna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cavabdehdir.
Dövlət Agentliyinə iki gün ard-arda zəng vursaq da, sualımıza cavab almaq mümkün olmayıb.
Arzu Çinarlı
Əvvəlki yazı

Statistika ümidverici deyil, yeni qərarlar olacaq – Məmmədov

Sonrakı yazı

Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait yığılıb? (MƏBLƏĞ)

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.