23-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Səlim Müslümova daha bir zərbə – korrupsiya ittihamı rəsmiləşdi

11 May 2018, 09:15
Cəmiyyət
A A
Səlim Müslümova daha bir zərbə – korrupsiya ittihamı rəsmiləşdi

Hesablama Palatası sabiq əmək və əhalinin sosial müdafiəsi nazirinin nəzarət etdiyi Pensiya Fondunda ciddi qanunsuzluqlar aşkarlayıb; ölmüş şəxslərə pul “ödənib”, bir adam 2 rayondan pensiya alıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində ciddi qüsurlar aşkarlanıb. Bu barədə Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabatında məlumat verilib.  Sənəddə qeyd olunur ki, 2016-cı ildə ilin əvvəlinə nisbətən sonunda sığortaedənlərin Dövlət Sosial Müdafiə Fonduna borcu 21 milyon 612,2 min manat və ya 6,7 faiz artaraq 342 milyon 877,2 min manat təşkil edib(APA).

Hesabatda bildirilib ki, 2016-cı ili əhatə edən auditin başlanıldığı tarixə 181 halda pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesabların bağlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin eyni zamanda fondun iki müxtəlif yerli orqanından əmək pensiyası aldığı və nəticədə onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat məbləğində vəsait ödənildiyi məlum olub.

2016-cı ildə fondun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsində qeydiyyatda olan müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olan 492 nəfər, İri Sığortaedənlərlə İş İdarəsində isə 416 nəfər fondun müxtəlif şəhər və rayonlarında əlilliyə görə əmək pensiyasını tam məbləğdə alıb, bu səbəbdən artıq ödənilən pensiya məbləği ümumilikdə 1092,6 min manat təşkil edib.

Sığortaolunanların sanatot riya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər üzrə 01.01.2016-cı il tarixə Konfederasiyanın hesabında 662,7 min manat məbləğində qalıq olmasına baxmayaraq həmin vəsait təsdiq olunmuş illik xərclərdə nəzərə alınmayıb, qanunvericilikdə fondun vəsaitlərinin düzgün və məqsədyönlü xərclənməsinin ildə bir dəfədən az olmayaraq yoxlanılması nəzərdə tutulsa da, fond və nazirlik tərəfindən konfederasiyada müvafiq yoxlamalar həyata keçirilməyib.

DSMF ile ilgili görsel sonucu

Hesablama Palatasının bu hesabatı DSMF sistemindəki ciddi maxinasiya mexanizminin açıqlanması deməkdir. Ölmüş şəxslərin adına pensiya ödənməsi, bir nəfərə 2 rayondan pensiya ödənməsi kimi hallar fondun bütün rayonlarında mövcud olan mənimsəmə mexanizminin tərkib hissələridir.

Xatırladaq ki, “Yeni Müsavat” bir müddət öncə DSMF sistemindən uzun illər ərzində 2-2,5 milyard manat vəsaitin yoxa çıxmasına dair məlumat yaymışdı. Hesablama Palatasının bu hesabatı göstərir ki, fond sistemində oturuşmuş korrupsiya sxemi yaradılıb. İşəgötürənlərin işçi sayını, əmək haqqını az göstərmələri, son illərdə isə kütləvi şəkildə işçiləri əmək müqaviləsindən xidməti müqaviləyə keçirmələri kimi neqativ halların çox geniş vüsət almasında bu korrupsiya sxemi ciddi rol oynayıb. 

İddialara görə, korrupsiya mexanizmi bir neçə ay əvvəl fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamalar aparılıb. Nəticə o qədər ilginc olub ki, birbaşa ölkə rəhbərliyi məlumatlandırılıb. İddialara görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yeni kabinetdən kənarda qalmasının ən mühüm səbəbi də məhz bu məsələdir. Xatırladaq ki, DSMF-yə 2002-ci ildən bəri S.Müslümov rəhbərlik edib. Yalnız 2013-2016-cı illər arasında qısamüddətli dövrdə fondun sədri Elman Mehdiyev olub. 2006-cı ildən fond yenidən S.Müslümovun nəzarətinə keçib – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe etdirilib.

DSMF ile ilgili görsel sonucu

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyevin fikrincə, DSMF-nin fəaliyyətindəki qeyri-şəffaflıq və yumşaq desək, nöqsanlar onun bir neçə funksiyanı eyni vaxtda icra etməsindən qaynaqlanır: “Sosial Müdafiə Fondu həm sosial ödənişlərin dərəcələri ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edir, həm sosial ödənişləri toplayır, həm də onların xərclənməsini həyata keçirir. Bu isə əvvəla, normal praktikada yolverilməzdir. İkinci bir tərəfdən, bu halda maraqlar toqquşması deyilən prosesi tənzimləmək mümkün olmur. Elə bir sistem qurulmalıdır ki, bu funksiyaları icra edən qurumların bir-birinə nəzarət imkanı yaransın. Ümumiyyətlə, Azərbaycanda bütün fiskal yığımların bir quruma verilməsi daha düzgün olardı. Məsələn, Vergilər Nazirliyi  bütün vergi və sosial ödənişlərin toplanmasını təmin edə bilər. Daha sonra müvafiq qurumlar onun xərclənməsini həyata keçirər. Bu halda fondun da fəaliyyətində şəffaflığı təmin etmək mümkündür. Əks halda, indiki vəziyyət davam edəcək. Hansı ki, bu vəziyyət toplanan vəsaitlərin gizlədilməsinə, işəgötürənlərlə gizli razılaşmalara gedilməsinə əlverişli imkanlar yaradır. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda qeyri-rəsmi məşğulluq çox yüksək səviyyədədir, işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilələrin imzalanması, real əmək haqqının gizlədilməsi halları geniş yayılıb”.

İlgili resim

A.Mehtiyev deyir ki, DSMF-nin fəaliyyəti ilə bağlı sistemli və detallı məlumatlar açıqlanmır: “Məlumatlar sistemsiz və qeyri-müntəzəm açıqlanır, detallı olmur. Fondun gəlir və xərclərinə dair illik məlumatlar çox ümumi, normal təhlillərin aparılmasına imkan verməyən formadadır. Belə şəraitdə qanunsuzluqların, mənimsəmələrin olması qeyri-adi görünmür”.

Qeyd edək ki,  son aylarda mətbuatda Sosial Müdafiə Fondunun bir neçə şöbəsində Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən yoxlamalar aparıldığına dair məlumatlar da yer alıb.

Dünya SAKİT,
“Yeni Müsavat”

Əvvəlki yazı

“Mən o dəhşətli günləri yaxşı xatırlayıram…” – Prezident İlham Əliyev

Sonrakı yazı

Gömrükçü general ev dustağı edildi – şok gəlişmə

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.