Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız bəşəriyyəti bürüyən bu bəladan Azərbaycan xalqının xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər. Dövlətimizin başçısına ünvanlanan daha bir məktubu təqdim edirik: YAP Ağstafa rayon təşkilatının könüllüsü Səxavət İsmayılov yazır: “Hörmətli cənab Prezident, bütün dünyanı dəhşətə gətirən COVID-19 pandemiyası ilə əlaqədar həyata keçirdiyiniz tədbirlər xalqımıza olan məhəbbət və sevginizin təzahürüdür. Azərbaycan koronavirusla mübarizədə ağır nəticələrlə üzləşmədi. Bu da Sizin ulu öndər Heydər Əliyev məktəbindən öyrəndiyiniz dərin siyasi, diplomatik biliyiniz və vətənsevərliyiniz sayəsində mümkün oldu. Aztəminatlı ailələrə verilən müavinətlər, koronavirus xəstələrinin dövlət hesabına müalicəsi, əhalinin həssas qrupuna aid olan tələbələrin təhsil haqlarının dövlət hesabına ödənilməsi, kommunal ödənişlərə edilən güzəştlər insanların Sizə inamını daha da artırdı. Sizin və ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xalqa ünvanladığınız müraciətləriniz həqiqətən bizim birlikdə güclü olduğumuzu sübut etdi. Var olasınız, cənab Prezident! Var olasınız ki, Azərbaycanımızın adını həmişə daha yüksəklərə ucaldasınız. Dünyamıza, ölkəmizə, Sizə, ailənizə və doğmalarınıza sağlam həyat diləyirəm. Sizə təşəkkür edirəm”.