QAZAX RAYON İCRA BAŞCISI RƏCƏB BABAŞOVUN APARDIĞI UĞURLU İSLAHATLARA GÖRƏ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Azərbaycan Respublikasının Birinci
Vitse-Prezidenti Mehriban Xanım
Əliyevaya
İctimai fəal Səfərov Orxan Omar oğlu tərəfindən
TƏŞƏKKÜR MƏKTUBU
Hörmətli Cənab Prezident və Birinci Vitse-Prezident Mehriban Xanım!
Sizin yüksək dünya görüşünüzə, sağlam düşüncənizə, ciddi nəzəri və praktiki təhlil qabiliyyətinizə, böyük siyasi təcrübənizə, dərin təfəkkürünüzə əsaslanan qərarlarınız, xalqımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində atdığınız addımlar qabaqlayıcı və təxirəsalınmaz tədbirlər artıq öz nəticəsini verməkdədir. Ümumibəşəri bəla olan koranavirus pandemiyası ilə mübarizə dünyanın inkişaf etmiş dövlətlərinin belə aciz qaldığı vaxtda Sizin vaxtında qabaqlayıcı tədbirlər görməyiniz nəticəsində minimum ziyanla çıxacağımıza ümid bəsləyirik. Əmin ola bilərsiniz ki, “Biz birlikdə güclüyük” çağırışınızı biz Qazaxlılar bir şüara çevirmişik və Azərbaycan xalqının etibarlı və firəvan gələcəyinə və sosial rifahına hesablanmış uzaqgörən siyasətinizi daim dəstəkləyirik.
Hörmətli Cənab Prezident və Birinci Vitse-Prezident Mehriban Xanım!
Mən ictimai fəal olaraq hər zaman gedən daxili siyasi prosesləri izləyirəm və sizində bu il könüllülər ili etməyinizdən istifadə edərək hər zaman müsbət siyasi addımları və çatışmamazlıqları lazımı qurumlara çatdırmağa özümüzə borc bilirəm. Pandemiya ilə əlaqədar Qazax rayonunda da çox yüksək səviyyədə təxirəsalınmaz tədbirlər həyata keçirildi. Qazax Rayon İcra Hakimiyyəti cənab Rəcəb Babaşov bu ağır və çətin şəraitdə bütün sahələri əhatə edən problemləri operativ şəkildə həll etdi. Tibbi sahələrdə, sosial təminat baxımdan həsas təbəqələrin, sərhəd bölgəsində yaşayan kənd sakinlərinin, şəhid ailələrinin, qaçqınların və məcburi köçkünlərin və qayğıya ehtiyac olan ahıl insanların sosial ehtiyaclarını yüksək səviyyədə qarşılamaqdadır.
Ümumiyyətlə Qazax Rayon İcra Hakimiyyəti başçısı cənab Rəcəb Babaşov gələn gündən Sizin siyasi islahatlarınıza, vətəndaş maraqlarının qorunması yolunda atdığınız addımlara və verdiyiniz qərarlara hər zaman sadiq olub. Ziyalılar mərkəzi olan Qazaxda bütün problemlərin həllində camaatla çiyin-çiyinə verərək rayonumuzun gözəlləşməsində, problemlərin həllində müstəsna xidmətləri var. Qazax Rayon İcra Hakimiyyəti haqqında yazılan həqiqəti özündə əks etdirməyən yazılar cənab başçının siyasi nüfuzuna xələl gətirmək məqsədi güdür. Çünki keçmiş icra başçılarının vaxtında rüşvətə, özbaşınalığa, vətəndaş saymamazlığına öyrənmiş bəzi maraqlı qüvvələrə sərf etmir.
Hörmətli Cənab Prezident və Birinci Vitse-Prezident Mehriban Xanım!
Sizə bir gənc ictimai fəal olaraq Qazaxlılar adından dərin təşəkkürümüzü bildiririk ki, bizim rayona Rəcəb Babaşov cənabları kimi sözün həqiqi mənasında öz ölkə rəhbərinə sadiq, vətənini sevən, xalqı üçün hər bir əziyyətə qatlaşan belə bir başçı göndərmisiniz.