Azərbaycanın Asiya Parlament Assambleyasında nümayəndə heyətinin tərkibi təsdiqlənib. Reportyor.info-nun məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri seçilib.
Nümayəndə heyətinə Anar Məmmədov, İlham Məmmədov, Aydın Hüseynov daxildir. Qənirə Paşayeva faktı təsdiqləyib. O bu etimad üçün parlament rəhbərliyinə təşəkkür edib. “Ölkəmizi bu beynəlxalq təşkilatda layiqincə təmsil etmək üçün var gücümüzlə çalışacağıq”, – deyə Q. Paşayeva bildirib.