11-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Mübariz Mənsimovun erməni şərikinə işləyən FTB agenti həbs olundu

26 Aprel 2020, 18:08
Dünya
A A
Mübariz Mənsimovun erməni şərikinə işləyən FTB agenti həbs olundu

ABŞ-ın Ədliyyə Nazirliyinin Kaliforniya dairəsinin mərkəzi vəkil ofisinin açıqlamasına əsasən Federal Təhqiqat Bürosunda (FTB) iyirmi ildən çox xüsusi agent kimi çalışmış Babak Brumand Birləşmiş Ştatların xüsusi hüquq-mühafizə məlumatını təqdim etmək müqabilində ermənilərdən ibarət mütəşəkkil cinayətkarla əlaqədə olan vəkil tərəfindən 200 000 ABŞ dollarından çox pul, rüşvət və hədiyyə qəbul etdiyi üçün həbs olunub.

“Report” xəbər verir ki, yanvar ayından etibarən təqaüdə çıxan Brumand rüşvət alaraq, dövlət məmuru adından sui istifadədə ittiham olunur. İttihama əsasən San-Fransisko sahə ofisinə təyinat alan, milli təhlükəsizlik və məxfi mənbələrlə məşğul olan FTB agenti vəkil tərəfindən mütəmadi olaraq rüşvət və hədiyyələr alıb.

2015 və 2017-ci illər ərzində əldə edilmiş razılığa əsasən, Brumandın hər ay orta hesabla 10 000 ABŞ dollarına yaxın rüşvət aldığı iddia edilir. Bu rüşvət 2016-cı ildə lisenziyalı vəkil statusunu alan şəxs (daha sonra sifarşçi kimi qeyd olunur-red) tərəfindən mütəmadi əsaslarda ödənilib. Onun Brumandın hesabına bu müddət ərzində ümumilikdə 200 min ABŞ dollarından çox vəsait köçürdüyü bildirilir.

Rüşvət əməliyyatları başlayandan bir müddət sonra vəkil Brumanddan erməni mütəşəkkil cinayət fiquru olan Levon Termendzyanın FTB informasiya bazasında yoxlanmasını xahiş edib. Bu əməliyyatın üstü açılıb və Brumandın 2015-ci ilin yanvarında dəfələrlə Termendzyanla bağlı FTB-nin konfidensial cinayət işi materiallarına baxması ortaya çıxıb.

Bəs cinayət işində adı keçən Levon Termendzyan kimdir?

Qeyd edək ki, hələ fevral ayında ABŞ-ın Yuta ştatında külli miqdarda vəsaitin mənimsənildiyi fırıldaqçılıq işində ittiham edilən erməni əsilli Levon Termendzyanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. “Lev Aslan Dermen” kimi tanınan Levon Termencyan “Washakie Renewable Energy LLC” şirkətinin rəhbəri Ceykob Kinqton və və maliyyə direktoru İsaey Kinqstonla birlikdə ittiham edilir.

Onlar saxta ticarət hesabatlarının köməyi ilə 500 milyon ABŞ dollarından çox vergi subsidiyalarının israfçılığında, habelə digər cinayətlərdə təqsirləndirilirlər.

Bu, həmin Termendzyandır ki, onun FETÖ ilə əlaqədar həbs edilən biznesmen Mübariz Mənsimovun erməni ortağı olduğu aşkarlanıb. Levon Termendzyana ABŞ Xəzinəsini 1 milyard ABŞ dolları aldatdığı səbəbilə 130 il həbs cəzası istənilib.

Yanvarın 27-də Yuta ştatının paytaxtı Solt-Leyk-Sitidə məhkəmə qarşısına çıxan Termendzyana 10 ayrı-ayrı cinayətə görə 130 ilədək, cinayəti boynuna almış Kinqston qardaşları üçün isə 30 ilədək həbs cəzası tələb edilib. 7 həftə çəkən proses nəticəsində onların cinayətkar olduğu məhkəmə tərəfindən təsdiqlənib.

Halbuki Mübariz Mənsimov Levonla olan əlaqələrini inkar edir. M.Mənsimov L.Termendzyanla ortaq olduğu xəbərlər haqqında “Heç bir erməni mənə yaxın dura da bilməz. Bu cür iddialar erməni diasporasının iftiralarıdır”, – deyib.

Lakin istintaq materialları bu iddiaların həqiqətə uyğun olmadığını, habelə tərəflərin əlaqələrində şübhəli məqamların mövcudluğunu deməyə əsas verir.

“Mübariz Mənsimov bizim partnyorumuz olub. Mansimov ilə 2016-cı ildə atamın təlimatı ilə Kaliforniya mərkəzi “Palmali USA LLC” adlı şirkət qurmuşduq. Mübarizin söylədikləri yalandır”, – deyə L.Termendzyanın oğlu Corc Termendzyan məhkəmədə bildirib.

Hələ bir müddət əvvəl ABŞ-da həbs edilən Termendzyan və Kinqston qardaşları Mübariz Mənsimov ilə birgə 2016-cı ilin oktyabrın 27-də neftdaşıma məqsədilə 201630710161 qeydiyyat nömrəli “Palmali USA LLC” adlı gəmi şirkətini qurublar.

Levon Termendzyan

Kaliforniya ştatının rəhbərliyi tərəfindən 2016-cı ilin 18 noyabr tarixli və 16-499992 nömrəli sənəddə “Palmali USA LLC” şirkətində Levon Termendzyanın oğlu Corcun menecer olaraq təyin edildiyi, şirkət mərkəzinin isə 1234 W Cowles St, Long Beach, CA 90813 ünvanında olduğu qeyd edilib.

FTB-nin keçmiş agentinin həmçinin 2016-cı ilin may ayında Lev Aslan Dermen kimi də tanınan Termendzyanın 1 milyard ABŞ dolları civarında yanacaq vergisi dələduzluğuna görə açılan cinayət işinə müdaxilə etdiyi də aydın olub.

Vəkil başqa müştəri barəsində adının terrorçuluqda keçib-keçməməsi barədə məlumatın yoxlanılmasına görə Brumanda “Dukati” motosikleti və 26 000 min ABŞ dolları məbləğində aksessuarlar hədiyyə edib.

Bu mənfəət qarşılığında vəkil mütəmadi olaraq Brumanda onunla qanuni və qeyri-qanuni işlərdə əlbir olan 20-ə yaxın şəxs barəsində konfidensial məlumatların yoxlanılmasını tələb edib.

Hazırda FTB, Əmək Departamenti və Maliyyə Departamentinin nəzdində Mədaxil Kriminal Tədqiqatı tərəfindən Brumanda qarşı cinayət işinin istintaqı davam edir.

Əvvəlki yazı

Daha 28 nəfər koronavirusa yoluxdu – Qərargah

Sonrakı yazı

Ekspert: “49 mənzili olana da 190 manat düşür…”

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

11 Avqust 2025, 11:30
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

11 Avqust 2025, 11:25
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

11 Avqust 2025, 11:22
34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

11 Avqust 2025, 11:15
8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

11 Avqust 2025, 11:01
Anasına “pozğun” dediyinə görə 40 yaşlı şəxsi bıçaqlayan məktəbliyə şərti cəza verildi

Anasına “pozğun” dediyinə görə 40 yaşlı şəxsi bıçaqlayan məktəbliyə şərti cəza verildi

11 Avqust 2025, 10:56
Yağıntılı və küləkli hava şəraiti davam edir

Yağıntılı və küləkli hava şəraiti davam edir

11 Avqust 2025, 10:53
Sabah pensiyalar ödəniləcək

Sabah pensiyalar ödəniləcək

11 Avqust 2025, 10:52
Prezident İlham Əliyevin ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verdi – TAM MƏTN – VİDEO – YENİLƏNDİ

Prezident İlham Əliyevin ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verdi – TAM MƏTN – VİDEO – YENİLƏNDİ

09 Avqust 2025, 16:09
Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edildi

Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edildi

09 Avqust 2025, 16:06
NATO Azərbaycan və Ermənistanın sülh yolunda atdığı addımı müsbət qarşılayır

NATO Azərbaycan və Ermənistanın sülh yolunda atdığı addımı müsbət qarşılayır

09 Avqust 2025, 16:04
Paşinyan İlham Əliyevlə foto çəkdirib – Video

Paşinyan İlham Əliyevlə foto çəkdirib – Video

09 Avqust 2025, 13:58
Ağ Ev Trampın Prezident İlham Əliyevi qarşılaması ilə bağlı paylaşım edib – VİDEO

Ağ Ev Trampın Prezident İlham Əliyevi qarşılaması ilə bağlı paylaşım edib – VİDEO

09 Avqust 2025, 13:52
Bitkoin cüzi bahalaşıb

Bitkoin cüzi bahalaşıb

09 Avqust 2025, 13:51
Fransa Azərbaycan-Ermənistan razılaşmasını qətiyyətli irəliləyiş kimi qiymətləndirir

Fransa Azərbaycan-Ermənistan razılaşmasını qətiyyətli irəliləyiş kimi qiymətləndirir

09 Avqust 2025, 13:48
Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?

Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?

09 Avqust 2025, 13:46
“Sözün düzü, Tramp məni təəccübləndirdi” – Video

“Sözün düzü, Tramp məni təəccübləndirdi” – Video

09 Avqust 2025, 13:44
30  yaşlı qadın baltalandı – Şübhəli qardaşıdır

30 yaşlı qadın baltalandı – Şübhəli qardaşıdır

08 Avqust 2025, 15:12
“Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram” – Cahangir Əsgərov

“Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram” – Cahangir Əsgərov

08 Avqust 2025, 15:09
Havanın temperaturu ilə bağlı mühüm məlumat

Havanın temperaturu ilə bağlı mühüm məlumat

08 Avqust 2025, 13:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.