12-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hacı İbrahim tikinti biznesini qoyunçuluğa dəyişdi – ekspert “milyonlar var” deyir

24 Aprel 2020, 10:35
Cəmiyyət
A A
Hacı İbrahim tikinti biznesini qoyunçuluğa dəyişdi – ekspert “milyonlar var” deyir

“Kreditlə maşın almaq olmaz. Eləcə də heyvandarlıq kimi sahələrdə də kreditlə iş görmək olmaz. Kreditlə bu işləri görürsənsə, axırı olmur. Tikintidən başqa kredit götürməklə digər işləri qurmaq çətindir. Misal üçün, qoyunu satıb, kreditə vermək olmaz” – “Xəzər Adaları” utopik layihəsinin müəllifi Hacı İbrahim Nehrəmlinin sözləridir. 

O, bu sözləri 2017-ci ildə oğlunun istifadəsində olan və bank krediti hesabına alınması iddia olunan maşının kreditinin ödənməməsi ilə bağlı suala cavab olaraq demişdi. Həmin vaxt Hacı İbrahimin qoyun-quzudan danışması yersiz görünsə də, bu gün aydın olur ki, bu əbəs deyilmiş.

Vaxtı ikən “Xəzər adaları” layihəsini az qala dünya qəzetlərinin manşetlərinə daşıyan, Türkiyədə məşhur iş adamı Əli Ağaoğlundan tutmuş Küveyt, Qətər şeyxləri ilə investisiya sazişləri bağlamasına qədər hər bir addımını detallı danışan, Ələtdəki bu şəhərciyin layihəsini təyyarədə dizi üstə yazdığını deyən məşhur biznesmenin imperiyası alınmaz qalanı xatırladırdı.

Bir müddət ötdü və məlum oldu ki, “Xəzər adaları” Beynəlxalq Bankdan götürülən astronomik kreditlər hesabına var olmalı imiş. Olmadı, Hacı İbrahimovun özünü də aparıb yarısı dövlətə məxsus olan bankdan alınan kreditləri qaytarmaq öhdəliyini xatırlatdılar. Hacı İbrahim “Xəzər adaları”nı təhvil verməklə on milyonlarla ölçülən kredit öhdəliklərindən canını qurtardı. O vaxtdan öz hücrəsinə çəkilən iş adamından soraq yox idi.

Hacı İbrahimin "Xəzər adaları", yarımçıq parlament binası, 127 ...

İndi bəlli olur ki, Hacı İbrahim aqrar sektorda da özünü sınamağa qərar verib. Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Hacı İbrahim qoyunçuluqla məşğuldur, eyni zamanda əkinçiliyə də baş vurub. Hacı İbrahimi aradıq. Onun yeni sahə ilə bağlı planlarını öyrənmək, düşüncələri ilə oxucuları tanış etməyə qərar verdik. Telefon zənglərimiz cavabsız qaldı.

Ümumiyyətlə isə Azərbaycanda aqrar sektorda oliqarxların, nazirlərin bir çoxunun böyük biznesləri var. Qoyunçuluq təsərrüfatları, iribuynuzlu mal-heyvan fermaları, eşşək südü istehsalı, balıqçılıq, arıçılıq, ətlik dəvə, toyuq, dəvəquşu broylerləri, zəli biznesi, əkin-biçin, meyvə bağları və s sahələr məmur-oliqarxların ixtiyarındadır.

Varlıların aqrar sektora meyllənməsinin səbəblərindən danışan kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyir ki, son illər bu tendensiya bütün dünyada müşahidə edilir.

“Azərbaycanda da son illər biznesdə olan, biznesin fəlsəfəsini yaxşı mənimsəmiş insanların aqrar sektora investisiya qoyması çox müsbət istiqamətdir. Dövlət başçısı da çıxışlarında daima deyir ki, bu cür insanlar daxili investisiyalara önəm verməlidirlər. Pandemiya dövründə baş verən proseslər də göstərdi ki, biznes sahəsində, iqtisadiyyat sahəsində ən çox özünü doğruldan, aktuallığını artıran, ən çətin dövrlərdə belə insanlara dayaq dura bilən sahə məhz aqrar sektordur. Məhz qida istehsalıdır. Pandemiya bizə çox şeyləri öyrətdi. Onlardan biri də budur ki, hər bir ölkə öz qida təhlükəsizliyinin davamlılığını təmin etməlidir” – deyə, ekspert bildirib.

İntensiv üsul məhsuldarlığı artıracaq, ixrac şaxələnəcək - Nicat Nəsirli

Ekspert deyir ki, bu mənada vaxtilə tikinti və digər sektorlarda özünü müəyyən nailiyyətləri olmuş şəxslərin aqrar sektora meyllənmələri başadüşüləndir: “Bu sahə getdikcə cəlbediciliyini artırır. Bir neçə il əvvələ qədər bu sahə Azərbaycanda diqqətdən kənar qalmışdı. Uzun illər aqrar sektor hörmətdən düşmüş sahəyə çevrilmişdi. Son illər aqrar sektora qoyulan investisiya, yükün ağırlığını görürük. Bu sahəyə iş adamlarının diqqəti heç şübhəsiz ki, sevindirici haldır. Amma bu gedişat həm də özlüyündə yeni vəzifələr ortaya çıxarır. Aqrar sektora investisiya qoyanlar bunu gözüyumulu, başıpozuq bir proses olaraq gerçəkləşdirməməlidir. Bu sektora gələn adamlar aqrar sahənin ciddi statistik, strateji təhlilini aparmalı, investisiyaları elə istiqamətlər üzrə qoymalıdırlar ki, risk amili ilə üz-üzə qalmasınlar. Aqrar sektorda da investisiyanı bir anın içində itirmək olar”.

Ekspert deyir ki, aqrar sektora yeni qədəm basanlar bu sahənin risk-təhlilini aparmalıdırlar: “Strateji yol xəritələrini müəyyən etsinlər. Hamı qoyunçuluğa maraq göstərib milyonlarla pulu bu sahəyə qoysa, bu heç bir effekt verməyəcək. Bu həm də ölkənin aqrar iqtisadiyyatına ciddi zərbə vura bilər. İnvestorlar gedib insanların dövriyyəsində olan torpaqları bazar qiymətinə alıb orada biznes qursalar, torpağı satan insanların məşğulluq məsələsi ortaya çıxacaq. Ona görə də tarazlı siyasət yürüdülməlidir. İnvestisiya qoyulan bölgənin torpaq-iqlim şəraiti, insanların əmək məşğulluğuna yaxın sahə olması nəzərə alınmalıdır. Ənənəvi heyvandarlıqla məşğul olan Beyləqan rayonunda bölgəyə tanış olmayan sahəni gətirmək həm investisiyanı riskə salar, digər tərəfdən də bütünlükdə rayonun iqtisadiyyatına ziyan vura bilər”.

Əvvəlki yazı

Lavrovun “həll planı”: O, nəyi “unudur” və təhrif edir?

Sonrakı yazı

TƏBİB-dən peyvəndləmə ilə bağlı valideynlərə müraciət

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.