Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Reportyor.info bildirir ki, məlumatı Türkiyə KİV-ləri yayıb.
Bildirilir ki, prezidentlər telefon danışığı zamanı ikitərəfli münasibətləri, regional prosesləri, eləcə də koronavirusla mübarizə və onun iqtisadiyyata təsiri məsələlərini müzakirə ediblər.
İki ölkə lideri virusla mübarizədə birgə addımlar atmağın vacibliyini vurğulayıblar.