23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Baş infeksionist: “Karantin rejimi uzadılsın” – Detallar

16 Aprel 2020, 13:23
Seçmə, Manşet
A A
Baş infeksionist: “Karantin rejimi uzadılsın” – Detallar

Rəsmi qərara əsasən, 4 gün sonra Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimi başa çatmalıdır.

Lakin gedişat, hökumət mənsublarının verdiyi açıqlamalar, o cümlədən Türkiyə, Rusiyadakı vəziyyət, o cümlədən Avropa dövlətlərinin qərarları ehtimal yaradır ki, aprelin 20-dən sonra da karantin rejimi uzadılacaq. Hətta bu həftəsonu Türkiyədə komendant saatı yenə tətbiq olunacaq, Fransa mayın 11-dək karantin müddətini uzadıb, Azərbaycanda isə tədricən yumşalma olacağı fikirləri səsləndirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bununla bağlı müzakirələr aparıldığı, bu günlərdə qərarın açıqlanacağı söylənilir.

Respublikanın baş infeksionisti, Operativ Qərargahın üzvü Cəlal İsayev Musavat.com-a bildirdi ki, son bir həftə ərzində koronavirusa yoluxmaların sayında azalma müşahidə edilir və bu, müsbət tendensiyadır. Onun sözlərinə görə, lakin təhlükəli dövr geridə qalmayıb. “İnfeksiya özünü bəzən büruzə verməyə bilir, insanlar yüngül keçirir, hətta 30-37 gün orqanizmdə qalır. Bu halda, əgər karantin rejimi qaldırılsa, həmin şəxslər küçəyə çıxacaqlar və digərlərini yoluxdura bilərlər.
Belə bir risk var. İndi isə həmin adamlar evdən çıxmırlar, heç kəslə təmasda olmurlar. Ona görə də karantin rejiminin uzadılması çox vacibdir. Mən tövsiyə edərdim və tərəfdarıyam ki, karantin dövrü artırılsın. Ancaq bu, öz fikrimdir və Operativ Qərargahda olan digər mütəxəssislərlə birgə müzakirələr aparılır, yekunda qərar veriləcək” deyə, C.İsayev qeyd etdi.
Baş infeksionist hesab edir ki, Avropa və Türkiyədəki vəziyyətə də nəzər salmaq lazımdır: “Onların verdiyi qərarlar fikirlərimizi təsdiqləyir. Biz təcrübəsi olan ölkələrin praktikasından istifadə etməliyik. Odur ki, Azərbaycanda karantin müddətinin uzadılması üçün əsaslar var.

Əgər yumşaltsaq, epidemiyanın yeni dalğası gələ bilər. Çünki koronavirus hava-damcı yolu ilə yayılır. Çin bunun öhdəsindən məhz ciddi karantin rejimi tədbirləri ilə gəlməyi bacardı. Gördüyünüz kimi, Çində yoluxma olmur, ölüm qeydə alınmır. Avropada isə bu məsələyə dırnaqarası baxdılar və infeksiya Qərb ölkələri çənginə aldı”.

C.İsayev insanları bir daha karantin rejiminə əməl etməyə çağırdı, ehtiyac olmadığı halda evdən çıxmamağa səslədi. Onun sözlərinə görə, son bir həftədə yoluxmanın azalma səbəbi məhz sosial izolyasiyanın nəticələridir.

Azərbaycanda indiyə qədər 1 253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 404 nəfəri müalicə olunaraq sağalıb.

Azərbaycanda 0-9 yaş arası 66 nəfər, 10-19 yaş arası 60 nəfər, 20-29 yaş arası 175 nəfər, 30-39 yaş arası 214 nəfər, 40-49 yaş arası 198 nəfər, 50-59 yaş arası 248 nəfər, 60-69 yaş arası 157 nəfər, 70-79 nəfər yaş arası isə 56 nəfər virusa yoluxub.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı bildirib ki, virusun yaranma səbəbləri hələlik bəlli deyil.

“Amma şəxsi mülahizələrimə görə təxmini olaraq 1 il müddətinə bu virus gündəmdən çıxmayacaq. Tədricən, zamanla problem öz həllini tapa bilər”.

Əvvəlki yazı

Keşikçidağ məsələsini qızışdıranlar ifşa edildi

Sonrakı yazı

“Kasıba yardım əlimi uzadıramsa, mütləq onu çəkməliyəm?” – Xalq şairi

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.