Türkiyədən gətirilərək Naxçıvandakı Duzdağda və kazarmalarda yerləşdirilənlərin çoxu tələbədir. Bu gün Bakıya gətiriliblər. Bakıda onlara deyiblər ki, iki həftə də karantində qalacaqsınız, Naxçıvandakı sayılmır.
Reportyor.info-nun xəbərinə görə, bu barədə jurnalist Aygün Muradxanlı yazıb.
Onun sözlərinə görə, ilk gündən yazırdıq – 150 nəfəri bir yerdə saxlayırlar, 100 nəfərə 1 tualet düşür, hamam yoxdur, karantin adı ilə saxlananlardan analiz götürülməyib, yalnız qızdırmaları ölçülür, qarğa-quzğunlar tökülüşdü üstümüzə…
“Bakıdan Naxçıvana “göz ağardılandan” sonra suyu, yeməyi bol elədilər, 10 gündən sonra karantindəkiləri hamama apardılar. Dünən – 14 günün tamamında “hələ burda 25-nə qədər qalacaqsınız” deyiləndən sonra etirazlar başlamışdı. Onlarla tələbə aclıq aksiyasına başlamışdı.
2 həftə belə çıxır boş yerə saxlananlar demişdilər ki, karantində deyiliksə, niyə həkim müayinəsindən başqa karantinin bütün şərtləri bizə aid edilir?
Səs-küydən sonra “sabah 9-da hava limanındasız” cavabı alınmışdı. Bu gün səhər 7-dən qrupları Naxçıvan hava limanına, ordan da Bakıya gətiriblər. Sonrakı marşrut hara olacaq – məsuliyyətsiz və insan həyatını heçə sayanların kefi bilir”.