11-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Xalqdan karantində üz çevirən bivec deputatlar – Siyahı

08 Aprel 2020, 10:16
Siyasət, Manşet
A A
Xalqdan karantində üz çevirən bivec deputatlar – Siyahı

Yeni parlamentə də bir “quş”

Fransada sol fikirli gənclər ibrətamiz və kreativ şüarla çıxış ediblər: Bizim qəzəbimiz karantində qalmayacaq…
Bu plakatı azərbaycanlı seçicilər də karantindən sonra Milli Məclisin üzvlərinin qarşısında qaldıra bilərlər.

İslahatçı və yeniçəri parlament adlandırılan, 80-dən çox üzvü köhnələrdən təşəkkül tapmış yeni MM-ə də bir “quş” söyləmək olar. Pandemiya dövründə xüsusi karantin rejimi ilə bağlı yaranmış mənzərə, insanların küçəyə çıxmaq qadağası hazırkı parlament üçün bir sınaq idi.

Deputatlar seçicilərinə qarşı necə canıyanan, rəhmli, qayğılarına qalan olduqlarını göstərmək üçün ən azı imtiyasiya edə bilərdilər.

Amma bir neçə millət vəkili istisna olmaqla, heç biri nə kasıb seçicisinə ərzaq, nə tibbi ləvazimat daşıdı, nə maaşından Koronavirusla Mübarizə Dəstək Fonduna bağışladı.

Anaxeber.info yazır ki, deputatlar bu dəfə də xalqdan olmadıqlarını, bivec, etinasız, laqeyd bir varlığa çevrildiklərini nümayiş etdirdilər. Parlament kreslosunun dadını yeni bilənlər, heç 2 ay üst-üstə Milli Məclisdə çıxış edə bilməyən deputatlar ən azı seçicilərinə yaxın olduqlarını göstərməliydilər.

Amma biz onların evdən çölə çıxdığını görmürük. Bu gün hər bir seçki dairəsində çörəyə möhtac, işsiz, övladının ehtiyaclarını qarşılaya bilməyən, yoxsul və səfalət içində yaşayan, kredit və kirayə borcunu ödəmək imkanı olmayan, sərt karantin rejimi ucbatından evdən çıxıb üç-beş manat qazanmağa gedə bilməyən yüzlərlə seçici var.

Parlamentin istərsə biznesmen, istərsə deputatlıq fəaliyyətində debüt edən üzvləri həmin ailələrin qapısına açıb maraqlanmırlar ki, onlar necə dolanırlar. Ən azı maaşlarından həmin ailələrə ərzaq ala bilərdilər.

Bu, həm xalqa, həm də dövlətə dəstək olardı. Təkcə prezident və mütəlif qurumlar deyil, millət vəkilləri də çətin vəziyyətdə əhaliyə kömək etməliydi.

Amma iqtidar deputatlarının etməli olduğunu məsələn, 35 saylı Xətai III seçki dairəsindən qalib çıxmış Ümid Partiyasının sədri İqbal Ağazadə etməkdədir.

Ümid Partiyasının üzvləri kasıb, ehtiyacı olan ailələrə yardım paylayıblar. Bax, parlamentə bu cür namizədlər düşməliydi.

Söhbət təkcə İ.Ağazadədən getmir, ümumiyyətlə, xalqa yaxın, ondan uzaq gəzməyən siyasətçilər Milli Məclisdə təmsil olunmalıydılar.

Ancaq diqqət edin, üst-üstə az qala 30 ildən çoxdur ki, deputat olan milyonçu Hacı Madər Musayev, Yasamaldan ilk dəfə deputat olan “Kontakt home” mağazalar şəbəkəsinin rəhbəri Elnur Allahverdiyev, geniş biznesi olan Eldar Quliyev, seçki kampaniyası dövründə insanların az qala başına dolanan Könül Nurullayeva, Nigar Arpadarai kimi gənc parlamentarilər pandemiya dönəmində bir seçicinin qapısını döyməyiblər.

Bu siyahını çox uzatmaq olar: hanı – Naqif Həmzəyev, Şeyxin qudasının oğlu Əliabbbas Salahzadə, Hicran Hüseynova, biznes adamı İltizam Yusifov, Kərəm Həsənovun qardaşı Malik Həsənov, Novruzəli Aslanov?

Göyçaydan seçilən varlı – karlı Sabir Hacıyev, Bərdədən deputatlığı siftə edən Fatma Yıldırım, Tovuzda direktorlar, müəllimlər hesabına kampaniya aparan Ülviyyə Ağayeva nə üçün seçiciləri arasında ən kasıb 5 ailəyə düyü, qənd, yağ və s. məhsullar aparmırlar? Bir deputat üçün bir ailəyə 100 manatlıq bazarlıq etmək çətindir?

Eyni sözləri Masallıdan deputat olan “Embavud” mebel biznesinin rəhbəri Məşhur Məmmədov, “Avromed”in sahibi Cavanşir Feyziyev, Zəngilandan biznesmen İmamverdi İsmayılov haqda da söyləmək olar.

Əlqərəz, xüsusi karantin rejiminin tətbiqi xalq qarşısında yeni Milli Məclisin bir imtahanı, taleyüklü sınağı oldu.
Bu çətin, ağır, imkansız günlər sübut etdi ki, yeni parlamentin əksər üzvləri də millətin yaralı barmağın bir dərman olmayacaq.

Çünki onları xalq seçməyib, təyin olunduqlarını yaxşı başa düşürlər. Ona görə də bəzi analitiklərin yeni parlamentin ömrünün qısa olacağı barədə proqnozları doğurdan da getdikcə özünü doğrultmaqdadır.

Hakimiyyət və siyasi rəhbərlik belə Milli Məclis görmək istəmirdi. İqtidar islahatlarla ayaqlaşan parlament arzuladığını söyləyəndə mövcud tərkibi nəzərdə tutmurdu. Hazırkı MM heyətinin 80 nəfərdən çoxu əvvəlki deputatlardır. O baxımdan yaxın illərdə növbəti parlament seçkilərinin olacağı istisna deyil.

Əvvəlki yazı

Pandemiya amerikalıları qırıb çatır

Sonrakı yazı

Koronavirus qanla yoluxurmu? –TƏBİB aydınlıq gətirdi

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

11 Avqust 2025, 14:27
Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

11 Avqust 2025, 14:11
Vladimir Feketeyə “Dostluq” ordeni verildi

Vladimir Feketeyə “Dostluq” ordeni verildi

11 Avqust 2025, 13:55
Dövlət başçısından daha bir SƏRƏNCAM

Dövlət başçısından daha bir SƏRƏNCAM

11 Avqust 2025, 13:52
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

11 Avqust 2025, 11:30
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

11 Avqust 2025, 11:25
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

11 Avqust 2025, 11:22
34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

11 Avqust 2025, 11:15
8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

11 Avqust 2025, 11:01
Anasına “pozğun” dediyinə görə 40 yaşlı şəxsi bıçaqlayan məktəbliyə şərti cəza verildi

Anasına “pozğun” dediyinə görə 40 yaşlı şəxsi bıçaqlayan məktəbliyə şərti cəza verildi

11 Avqust 2025, 10:56
Yağıntılı və küləkli hava şəraiti davam edir

Yağıntılı və küləkli hava şəraiti davam edir

11 Avqust 2025, 10:53
Sabah pensiyalar ödəniləcək

Sabah pensiyalar ödəniləcək

11 Avqust 2025, 10:52
Prezident İlham Əliyevin ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verdi – TAM MƏTN – VİDEO – YENİLƏNDİ

Prezident İlham Əliyevin ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verdi – TAM MƏTN – VİDEO – YENİLƏNDİ

09 Avqust 2025, 16:09
Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edildi

Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edildi

09 Avqust 2025, 16:06
NATO Azərbaycan və Ermənistanın sülh yolunda atdığı addımı müsbət qarşılayır

NATO Azərbaycan və Ermənistanın sülh yolunda atdığı addımı müsbət qarşılayır

09 Avqust 2025, 16:04
Paşinyan İlham Əliyevlə foto çəkdirib – Video

Paşinyan İlham Əliyevlə foto çəkdirib – Video

09 Avqust 2025, 13:58
Ağ Ev Trampın Prezident İlham Əliyevi qarşılaması ilə bağlı paylaşım edib – VİDEO

Ağ Ev Trampın Prezident İlham Əliyevi qarşılaması ilə bağlı paylaşım edib – VİDEO

09 Avqust 2025, 13:52
Bitkoin cüzi bahalaşıb

Bitkoin cüzi bahalaşıb

09 Avqust 2025, 13:51
Fransa Azərbaycan-Ermənistan razılaşmasını qətiyyətli irəliləyiş kimi qiymətləndirir

Fransa Azərbaycan-Ermənistan razılaşmasını qətiyyətli irəliləyiş kimi qiymətləndirir

09 Avqust 2025, 13:48
Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?

Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?

09 Avqust 2025, 13:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.