23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Jurnalistlərlə bağlı qərar etiraz doğurdu – Reaksiyalar

03 Aprel 2020, 19:20
Cəmiyyət
A A
Jurnalistlərlə bağlı qərar etiraz doğurdu – Reaksiyalar

Aprelin 5-dən etibarən koronavirus infesksiyası ilə əlaqədar bir sıra peşə sahibləri istisna olmaqla, digər vətəndaşlar evdən çıxmaq təyin edilən nömrəyə SMS göndərib, müvafiq qaydada icazə alacaqlar. Bu barədə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın qərarı var.  Həmin qərarda istisna edilən peşə sahibləri arasında jurnalistlər də var və bu, ayrıca bənd olaraq açıq şəkildə göstərilib.

Lakin buna baxmayaraq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bu gün keçirilən mətbuat konfransında bildirib ki, mətbuat nümayəndələrinin öz aidiyyatı işləri ilə bağlı yaşadığı yeri tərk edən zaman icazə almaqlarına ehtiyac yoxdur, ancaq həmin şəxslər aptek və ya marketə zəruri ehtiyaclarını ödəmək üçün çıxan zaman icazə almalıdırlar”.

Bu fikirlər jurnalistlər və media ekspertləri arasında birmənalı qarşılanmayıb.

Musavat.com-a açıqlamasında media eksperti Qulu Məhərrəmli bildirib ki, jurnalistlərin fəaliyyəti ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın konkret qərarı var və buna əməl edilməlidir:

“Qurumlar bir-biriləri ilə öz fəaliyyətlərini əlaqələndirməlidirlər. Bir qurum deyən sözə, başqa qurumun əməkdaşı əlavə şərh verirsə, bu zaman anlaşılmazlıq yaranır. Əlbəttə ki, media işçiləri işə gedirlər və işdən çıxan zaman mağazaya da dönə bilirlər. Burada artıq məntiqsizlik var.

Bir şəxs işə gedirsə, tələbatına uyğun olan malları ala bilər. Önəmli olan onun evdən çıxması məsələsidir ki, bunu da Nazirlər Kabinetində çox doğru olaraq göstərilib ki, hərəkətdə olan işçilərin  arasında media nümayəndələri də var. Ona görə də hesab edirəm ki, “ASAN Xidmət”də bunu dəqiqləşdirməlidirlər.

Çünki belə dolaşıq halda həm nəzarət edənlər, həm də icraçılar müəyyən problemlərlə üzləşə bilərlər. Nazirlər Kabinetinin operativ Qərargahı çox aydın şəkildə yazıb ki, Kütləvi İnformasiya Vasitələrinin əməkdaşları icazə almadan çıxa bilərlər. Ona görə də “ASAN Xidmət”dən verilən yanaşma doğru deyil.

Çünki media işçisi bir gündə müxtəlif xəbərin dalınca gedə bilir, hansısa zəruri məlumatı dəqiqləşdirmək üçün qərargaha, obyektlərə, apteklərə, mağazalara gedə bilər.

Həmçinin, aptek, mağazadan reportaj da hazırlamaq zərurəti yarana bilər. Ona görə də verilən “mağazalara gedəndə icazə alsınlar” şərhi yanlışdır. Belə bir həssas dönəmdə cəmiyyətin informasiya ilə təminatı, şayiələrin qarşısının alınması, maarifləndirmə üçün jurnalistlərin fəaliyyətinə maksimum şərait yaradılmalıdır”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə məsələyə aşağıdakı kimi münasibət bildirib:

“Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyir ki, mətbuat nümayəndələrinin öz aidiyyatı işləri ilə bağlı yaşadığı yeri tərk edən zaman icazə almaqlarına ehtiyac yoxdur, ancaq həmin şəxslər aptek və ya marketə zəruri ehtiyaclarını ödəmək üçün çıxanda icazə almalıdırlar.

Doğrusu, neçə gündür ki, bir çox məsələlərlə bağlı nə baş verdiyini anlamağa çalışıram, amma sağlam məntiq beynimdən keçənləri bloklayır… Maraqlıdır, görəsən hörmətli Ceyhun Salmanov nə dediyinin fərqindədir?

Əgər fərqindədirsə, nə demək istədiyinin hüquqi və məntiqi izahını versin. Əgər media nümayəndəsi öz aidiyyatı işləri ilə bağlı yaşadığı yeri icazəsiz tərk edə bilirsə, o zaman onun yolüstü marketə, yaxud aptekə girməsinə nə mane olur?

Məsələn, təsəvvür edin, bizim redaksiyanın əməkdaşlarından biri marketlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara əməl olunub-olunmaması ilə bağlı reportaj hazırlamaq üçün ərzaq məhsullarının satıldığı super, yaxud hiper ticarət obyektlərindən birinə daxil olur.

Qeydlərini aparır və fürsət var ikən evinə ərzaq məhsulları almaq istəyir. Amma… birdən cənab Ceyhun Salmanovun açıqlamasını xatırlayır və qanunlara əməl edən məsuliyyətli bir vətəndaş kimi dərhal marketdən çıxıb iş yerinə və ya evə qayıdır, 8103-ə SMS yollayır, müsbət cavab aldıqdan sonra yenidən dönür marketə…”

Əvvəlki yazı

Koronavirus və neft: OPEC ölkələrini nə gözləyir? – Analiz

Sonrakı yazı

DİN: Maska və əlcəyə görə cərimə yoxdur

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.