19-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İlham İsmayıl: “Hamı apreldə küçəyə çıxacaq”

28 Mart 2020, 00:00
Siyasət
A A
İlham İsmayıl: “Hamı apreldə küçəyə çıxacaq”

“Bundan sonra başqa bir aləmdə, fərqli münasibətlərin olduğu bir dünyada yaşayacağıq”.

Reportyor.info-nun yenicag.az-a istinadən xəbərinə görə, bunu koronavirus pandemiyasının dünya miqyasında siyasi-psixoloji təsirlərini dəyərləndirən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl deyib.

Onun sözlərinə görə, hazırda dünyanın hər yerində insanlar ciddi qorxu içindədirlər:

“İnsanlar indiki halda həyatları üçün ciddi təlaş keçirirlər, yaşamaq istəyirlər. İki min ildən çox yaşı olan səmavi dinlərin ehkamlarında insanlara deyilir ki, cəhənnəm var, orada yanacaqsınız. İnsanlar o cəhənnəmi görmədikləri üçün təsəvvür etmirlər, onu ciddiyə almırlar.

Ancaq indi faktik gözünün qarşısında belə böyük miqyasda təhlükə yaranıb, insanlar qırılır. Ona görə də, bu, bir qorxu psixologiyasıdır. Havalar hələ soyuqdur deyə, insanlar pulsuz da olsa, zor-xoş evdə otura bilirlər. Aprelin sonundan sonra nə Azərbaycanda, nə də başqa yerlərdə bu insanların küçəyə çıxmalarının qarşısını almaq mümkün olmayacaq.

Hamı insanlar pul qazanmaq, yemək üçün heç nəyə baxmadan küçəyə çıxacaq. Həyat tədricən əvvəlki axarına dönəcək. Bütün bunlarla yanaşı, insan psixologiyası dəyişəcək. Başqa bir aləmdə, fərqli münasibətlərin olduğu bir dünyada yaşayacağıq.

Bu məsələlərin siyasi təsiri iqtisadiyyatdan doğacaq. Azərbaycan kimi ölkələrdə sağlamlıqla yanaşı, iqtisadiyyatın asılı olduğu neft də zərbə altındadır. O kateqoriyaya aid olan ölkələrdə vəziyyət xeyli dəyişəcək. İnsanlar arasında, siyasi müstəvidə gərginlik artacaq, münasibətlər kəskinləşəcək.

İnsanlar hələ bir müddət qorxu psixologiyasının təsiri altında olacaqlar, amma sonra o qorxunu dəf edəcəklər. Ancaq nə dünyanın siyasi xəritəsi dəyişəcək, nə də anarxiya olacaq. Lakin bu fonda dünya iqtisadiyyatı çökür, iİşsizlik artır. Nəticədə psixoliji, sosioloji və iqtisadi yanaşmalar”.

İlham İsmayıl koronavirus pandemiyasının genişləndiyi bir vaxtda ABŞ-da silah satışının artmasına da münasibət bildirib:

“Hər cəmiyyətin spesifik psixologiyası var. Amerikanlar düşünürlər ki, insanlar yemək-içmək uğrunda bir-birilərini qıra da bilərlər. Yəni ölkədən ölkəyə fərq var.

Koronavirusdan ən çox ölüm hallarının qeydə alındığı İtaliyada heç kim düşünmür ki, qaçım əlimdəki pulu dəyişim. Ancaq bizdə insanlar bir müddət də banklarda növbədə qaldılar.

Azərbaycanda mağazalardan daha çox bankların qarşısında növbələr oldu. Ərzaq istehsalçıları yenə öz işlərini görəcəklər. Əksinə, onların iş həcmi daha da artacaq. Təbii, mənim dediklərim Quran ayəsi deyil. Dediyim məqamlar fərdi planda üzə çıxdığı kimi, cəmiyyət şəklində də təzahür edə bilər”. (Yenicag)

Əvvəlki yazı

İlham Əliyevin köməkçisi: AŞPA məruzəçiləri saxtakarlıqla məşğuldur

Sonrakı yazı

Millimizin qızları karantinə alındı

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.