04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“SEÇKİDƏN SONRA TƏHSİL NAZİRLİYİ LƏĞV OLUNACAQ!” – “Yeni nazir buna görə təyin olunmur”

01 Mart 2018, 11:30
Seçmə
A A
“SEÇKİDƏN SONRA TƏHSİL NAZİRLİYİ LƏĞV OLUNACAQ!” – “Yeni nazir buna görə təyin olunmur”

Azərbaycanda 3 aya yaxındır ki, təhsil naziri postu boş qalıb. Belə ki, ötən ilin 5 dekabr tarixində prezident İlham Əliyev Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Onun yerinə isə hələ də təyinat olmayıb.

Ötən 3 ay ərzində mətbuatda təhsil naziri postuna namizəd kimi fərqli-fərqli şəxslərin adı çəkilib. Onlar arasında hazırkı müavin və nazirliyi idarə edən şəxs Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Bakı Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun adlarını qeyd edə bilərik. Bu şəxslərin adları çəkilsə də, özləri konkret olaraq məsələ ilə bağlı açıqlama verməyiblər. Yalnız Abel Məhərrəmovun adı mətbuatda təhsil naziri postuna namizəd kimi hallanan zaman Bakı Dövlət Universitetinin mətbuat xidməti məlumat yayaraq, iddiaların yalan olduğunu bildirdi.

Qarşıdan prezident seçkisi gəlir. Bu baxımdan hesab olunur ki, təhsil naziri postuna təyinat, seçkidən sonra yəni aprel ayının sonlarına doğru baş tuta bilər. Nazirliyin bu qədər başsız qalamasının ölkənin təhsil sisteminə hər hansı bir təsirləri varmı?

kamran

“Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov hesab edir ki, bu halın təhsil sisteminə təsiri var: “Posta təyinatın olmaması birinci bu sualı ortaya çıxarır ki, ötən illər ərzində Azərbaycan təhsili özünü idarə edə biləcək kadrı yetişdirməyibmi? Nəzərə alaq ki, Azərbaycanda 54 universitet, 4500 məktəb,170 minə yaxın müəllim kontingenti var. Bütün bunları düşünəndə kifayət qədər böyük auditoriyanın başsız qaldığını görürük. Prezident cənab İlham Əliyevin sərəncamı ilə nazirlər, komitə rəhbərləri regionlarda görüşlər keçirirlər. Ancaq artıq 3 aya yaxındır ki, Təhsil Nazirliyi regionlarda bu görüşü həyata keçirmir və vətəndaşların regionlardakı şikayətləri dinlənilmir. Vətəndaşları qəbul edən nazir müavini də nazir postunu yerinə yetirir və nəticə olaraq onun öz postu da boş qalıb. Bundan başqa da Təhsil Nazirliyində bir çox şəxslər artıq Vergilər Nazirliyinə getdiyi üçün onların da yeri boşdur. Yəni təkcə nazir deyil, nazirlikdə bir sıra vəzifələr idarəçilik baxımından yerində deyil. Düşünürəm ki, bu hal həm dövlətlərarası bir neçə layihələrin həyata keçirilməsini ləngidir, həm də Azərbaycanda hansısa layihəni həyata keçirən xaricilərdə inamsızlıq yaranır. Düşünürəm ki, seçkilərdən sonra Təhsil Nazirliyi ləğv olunacaq və Elm-təhsil və İnnovasiya adlı qurum yaradılacaq. Bir neçə qurum da bunun tabeliyində birləşəcək. Məncə, təyinatın gecikməsinə də səbəb elə budur. İnsanların təhsilə olan inamı yox idi. Düşünürəm ki, boşluğun aradan qaldırılması üçün zaman lazım olacaq. Çünki yeni gələn şəxs təhsili öyrənəcək, təyinatlar həyata keçirəcək ki, bu da zaman alacaq”.

etibar eliyev

Digər təhsil eksperti Etibar Əliyev isə bildirib ki, təhsil nazirinin təyinatı prezident seçkisindən sonraya qaldı: “Təhsil Nazirliyində hələlik işlər qaydasında gedir. Ancaq təhsil sistemi elə bil ki, az tənqid olunur. Mikayıl Cabbarov vergilər naziri təyin olunduqdan sonra tənqidlər səngiyib. Nə baş verdi, 3 aya təhsilin problemləri həll olundu? Deyəsən, Mikayıl müəllimə qarşı tənqidlər idarə olunurdu. Hər halda, bu indi açıq şəkildə görünür. Bilirsiniz, cəmiyyətdə təhsil hansısa xoşagəlməz hallar baş verəndə insanların yadına düşməməlidir. Hadisə baş verməyəndə elə bil ki, hər şey öz məcrasında davam edir. Halbuki insanlar təhsillə yaşamalıdırlar. İndiki dövr daha çox nüfuzlu, ağıllı, qətiyyətli, dünyada gedən təhsil proseslərini anlamaq gücündə olan şəxsin nazir təyin olunmasını tələb edir. Bizim üstünlüyümüz ondadır ki, prezident İlham Əliyev təhsili mükəmməl bilən şəxsdir. Bu bizə onu söyləməyə əsas verir ki, sadaladığım keyfiyyətləri özündə birləşdirən şəxsin təyinatını arzu edə bilərik. Açığını deyim ki, Cabbarov təhsilin bütün pillələrində, xüsusilə orta və peşə təhsili pillələrində inqilabi islahatlara imza atdı. Yalançı professora və təhsil ”bilicilərinin” təkamül nəzəriyyələrini alt-üst etdi… Bu islahatların davamı olmaldır. Mən təhsil nazirinin olmadığı bu kiçik vaxt kəsimini itirilmiş vaxt hesab etmirəm. Geriləmə hiss olunmur. Qısa vaxtda nəyinsə inkişafından danışmaq da yersiz çıxar. O ki qaldı yeni qurumun yaradılması məsələsinə, bu yaxın gələcəkdə mümkün olmayacaq. Azərbaycanda Elm və Təhsil Nazirliyi yaradılsa belə, Azərbaycan Milli Elmlər Akademiyası müstəqil qurum kimi qalacaq. AMEA ölkənin elm siyasətini həyata keçirən və dövlətə gərəkli bir qumdur.İdman və Gənclər Nazirliyinin Təhsil Nazirliyinə birləşdirilməsi də absurddur. Əgər Təhsil və Elm Nazirliyi yaradılacaqsa, burda məqsəd ali məktəblərdəki elmi fəaliyyəti təhsillə çulğalaşdırmaqdan ibarət olacaq”. (Musavat.com)

Əvvəlki yazı

4-cü sinif şagirdinin özünü asmasının təfərrüatı açıqlanıb

Sonrakı yazı

İNTİHAR EDƏN POLKOVNİKİN BÜTÜN ƏMLAKI MÜSADİRƏ OLUNUR – Siyahı

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.