04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Mümkün qədər az xəbər oxuyun – ÜST

24 Mart 2020, 12:19
Gündəm, Cəmiyyət
A A

Artıq bir neçə müddətdir ki, koronavirus pandemiyası ucbatından dünyada bir qeyri-müəyyənlik hökm sürür, yoluxmalarla bağlı xəbərlərin ardı-arası kəsilmir. Bu vəziyyət insanların, xüsusilə də psixi pozuntulardan əziyyət çəkən şəxslərin psixikasına təsir etməyə bilməz. Bunun qarşısını necə almaq olar?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bununla bağlı tövsiyələrini açıqlayıb, ekspertlər və sosial şəbəkə istifadəçiləri onları bəyənib.

Britaniyanın “AnxietyUK” assosiasiyasının əməkdaşı, həyəcan tutmalarında insanlara kömək edən Niki Lindberq vəziyyətə nəzarəti itirmək qorxusunun bir çox psixi pozuntulara, məsələn, həyəcan hissinin yaranmasına səbəb olduğunu deyir.

“Mind” xeyriyyə təşkilatının nümayəndəsi Rouzi Uiterli də eyni fikirdədir: “Nə baş verəcəyini bilməmək, gələcəklə bağlı qorxuya düşmək və hər an nəsə pis bir şey baş verəcəyini gözləmək insanları həyəcanlandırır. Koronavirusun yayılması belə bir situasiya yaradıb”.

Ekspertlərin sözlərinə görə, psixi pozuntulardan əziyyət çəkən insanların bu günlərdə əlavə yardıma ehtiyacı var, ancaq istisnasız olaraq hamı sağlamlığının qeydinə qalmalıdır.

Mümkün qədər az xəbər oxuyun və ciddi mənbələr seçin

Koronavirusla bağlı xəbərlər Kent qraflığının sakini, iki uşaq atası, xeyli vaxtdır həyəcan hissiylə mübarizə aparan Nikin vəziyyətini daha da pisləşdirib. O, son günlər panika həmlələrindən əziyyət çəkir.

“Həyəcan hissinə qapılanda fikirlərimi idarə edə bilmirəm, mənə elə gəlir ki, tezliklə fəlakət baş verəcək” deyən Nik valideynlərinə və ailəsinin yüksək risk qrupuna aid digər üzvlərinə görə narahatlıq keçirir:

“Adətən, özümü piss hiss etməyə başlayan kimi bu ovqatı yaradan situasiyadan uzaqlaşıram, ancaq indi heç nəyə nəzarət edə bilmirəm”.

İnternetdə və sosial şəbəkələrdə xəbər oxumamaq ona yaxşı təsir edir. Nik “AnxietyUK” təşkilatının onun kimi adamlara yardımını da effektli hesab edir.

Sizə pozitiv təsir etməyən informasiyaları oxumağa və ya onlara baxmağa sərf etdiyiniz vaxtı azaldın. Xəbərlərlə tanış olmaq üçün konkret bir vaxt seçin.

Mediada çox sayda yalan məlumat dərc edildiyini nəzərə alaraq informasiyanı rəsmi mənbələrdən – hökumətin və səhiyyə nazirliklərinin saytlarından əldə edin.

Sosial şəbəkələrdən uzaqlaşın və sizi həyəcanlandıran bütün mənbələri bloklayın

Mançesterli Alisonun 24 yaşı var. O, səhhətiylə bağlı ciddi narahatlıq keçirir və əmindir ki, koronavirus haqqında daha çox şey bilmək üçün xəbərləri mütəmadi izləməlidir. Ancaq Alison sosial şəbəkələrin panika yarada biləcəyindən də xəbərdardır:

“Bir ay əvvəl mən heştəqlər vasitəsilə informasiya axtaranda gördüm ki, şəbəkələr yoxlanılmamış “zibillə” doludur. Həyəcanlanmağa başladım, tam çıxılmazlıq hiss edib ağladım”.

İndi o, mənbə seçimində daha ehtiyatlı davranır, koronavirusla bağlı həştəq xəbərlərini oxumur. Alison müvəqqəti olaraq sosial şəbəkələrdən və televizordan uzaqlaşıb, daha çox kitab oxumağa başlayıb.

Çıxış yollarından biri də sizi müzakirələrə cəlb edə biləcək bildirişləri qapatmaq, istəmədiyiniz mövzulardan yazan profilləri izləmədən çıxarmaqdır.

Sizi həyəcanlanmağa məcbur edən “WhatsApp” qruplarını, “Facebook” statuslarını və digər informasiya mənbələrini bloklayın.

Əllərinizi yuyun, amma şitini çıxarmayın

Psixi pozuntuları olan insanlarda həyəcan hissini artıran daha bir məqam tez-tez təkrarlanan məsləhətlərdir – məsələn, hazırda yaşadığımız pandemiya şəraitində əlləri mütəmadi olaraq yumaq tövsiyəsi kimi.

Obsessiv-kompulsiv pozuntuyla (OKP) keçən həyatdan bəhs edən “Çünki biz pis adamlarıq” kitabının müəllifi Lili Beylidə psixi problemi məhz bu yaradıb – təmizliyə patoloji səviyyədə riayət etmək.

Beyli deyir ki, əlləri yumaqla bağlı məsləhətlərin təkrarlanması öz xəstəliyini müəyyən qədər ram etmiş şəxslərdə əks effekt doğura bilər:

“İndi mən çoxdandır ki, uzaq durduğum şeyə təkrar başlamalıyam. Məsləhətlərə dəqiqliklə əməl edirəm, ancaq sabun və dezinfeksiya vasitələri məndə asılılıq yaradan şeylərdir”.

Onun sözlərinə görə, OKP sindromlu insanların bir çoxu üçün evdən çıxmaq normallaşmaq baxımından vacib şərtdir, özünütəcrid isə daha bir ciddi sınaqdır.

İnsanlarla ünsiyyətdə olun

Təcrid vəziyyətinə düşəcək insanların sayı getdikcə artacaq, ona görə də yaxınlarınızın telefon nömrələrini və elektron ünvanlarını doğru yazıb-yazmadığınızı yoxlayın.

Rouzi Uiterli məsləhət görür ki, “Hər gün bir-birinizlə əlaqə saxlamaq, bir-birinizin vəziyyətini öyrənmək üçün konkret bir vaxt müəyyənləşdirin, yaxınlarınızla əlaqəni kəsməyin”.

Özünütəcrid dövründə ənənəvi rejiminizə əməl edin, ancaq günləri bir-birindən kiçik bir şeylə də olsa, fərqləndirməyə çalışın.

Vaxt azlığına görə kənara qoyduğunuz işlərinizlə məşğul olun, kitab oxuyun. Bu, evdə qaldığınız iki həftəni xeyli məhsuldar keçirməklə nəticələnər.

Əsəblərinizin gərilməsinə imkan verməyin

Pandemiya həftələr və hətta aylarla davam edə bilər. Ona görə də “Mind”in ekspertləri imkan daxilində təbiət qoynunda olmağı və bol günəş şüası qəbul etməyi məsləhət görürlər.

Mütəxəssislər idmanla məşğul olmağı, yaxşı qidalanmağı və bol su içməyi də tövsiyə edirlər.

Bunlarsa “AnxietyUK”-ın tövsiyələridir:

fikirlərinizdə yarana biləcək inamsızlıq və həyəcan vəziyyətini tez fərq etməyə çalışın;

belə vəziyyətdə heç nə etməyin, təlaşa düşməyin. Dayanın və sakit nəfəs alın;

çalışın özünüzü inandırasınız ki, situasiyanı subyektiv qiymətləndirirsiniz, həyəcanınız tezliklə keçib gedəcək; onun artmasına imkan verməyin;

konkret məqama fokuslanın, çünki indi, məhz bu dəqiqədə hər şey yaxşıdır;

diqqətinizi gördüklərinizə, eşitdiklərinizə, hiss etdiyiniz iylərə yönəldin. Sonra həyəcanlandığınız ana qədər nəylə məşğul olduğunu xatırlayıb işinizə davam edin.

Əvvəlki yazı

Koronavirusla bağlı 65 yaş qadağası: Parlamentin bu deputatları… – ADLAR

Sonrakı yazı

Daha bir qurum Fonda ianə etdi

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.