04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İnkişaf meyarı ümumbəşəri dəyərlər olarsa…

01 Mart 2018, 11:16
Köşə
A A
İnkişaf meyarı ümumbəşəri dəyərlər olarsa…

“Səhiyyədə zorakılığın qarşısını almaq mümkün deyil”, “Qadınlara qarşı zorakılıq artıb”, “İdman əxlaqı və zorakılıq problemi”, “Heç bir şəkildə qarşısı alınmayan utanc”, “Üç silahlı hücum daha”…
Başlıqlar tanışdır, inkişaf edib etməməsindən asılı olmayaraq hər bir ölkədə… Vəziyyət o qədər dəhşətlidir ki, zorakılıq mövzusu inkişaf meyarlarına da təsir edəcək səviyyəyə gəlib çatıb.
Səhiyyə və təhsil xidmətlərinin vəziyyəti, işsizlik nisbəti, gəlir bölgüsü ən prioritet inkişaf meyarlarındandır. Adambaşına düşən milli gəlir, regional bərabərsizlik də həmçinin. Son dövrlərdə uzun və sağlam həyat, informasiya əldə etmək imkanı, siyasi azadlıq kimi meyarlar da inkişaf indeksinə daxil edilib. Bəs inkişaf meyarına insan davranışları daxil edilərsə, dünyadakı vəziyyət necə olar?

Bu sualın cavabı çox dəqiqdir. İctimai davranışlar bir çox ölkəni “az inkişaf etmiş” kateqoriyasına daxil edə bilər. Nəqliyyatdakı şiddət, əlillərə təcavüz, silahlı hücumlar, qadınlara zorakılıq, irqçi qətliamlar kimi əxlaqa zidd davranışlar göstərici qəbul edilərsə, bir çox ölkə inkişafda “sinifdə qalacaq”. Dünya Səhiyyə Təşkilatı tərəfindən dərc olunan bir hesabata görə, “zorakılığın olmadığı qitə və ölkə yoxdur. Bundan isə cəmiyyətlərin bir çoxu təsirlənir”.

(http://www.who.int/violence_injury_prevention/violence/world_report/en/summary_en.pdf)
Dünya miqyasında 10 milyonlarla qadın evdən iş həyatına qədər hər yerdə sözlü və ya fiziki təcavüzə məruz qalır, şiddət görür, hətta öldürülür. Qadına şiddət “demokratiyanın beşiyi” kimi tanınan Avropada olduqca geniş yayılıb. Belə ki, hər üç qadından biri fiziki və ya psixoloji zorakılığa məruz qalır. Qadınların 5%-nə təcavüz edilir. Avropa İttifaqının Fundamental Hüquqlar üzrə Agentliyinin (FRA) Avropa İttifaqı ölkələrində apardığı araşdırmaya görə, hər 10 qadından biri 15 yaşından əvvəl cinsi zorakılığa məruz qalır, hər 20 qadından biri isə təcavüzə məruz qalır. Hər 5 qadından biri də ərləri tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalır. (http://fra.europa.eu/en/speech/2014/violence-against-women-across-eu-abuse-home-work-public-and-online)
İnkişaf etmiş ölkələr arasında 10-cu yerdə olan Danimarkada qadınların 52%-i şiddət görür. Danimarkadan sonra 47%-lə Finlandiya, 46%-lə İsveç gəlir. (http://www.bbc.com/news/world-26444655)
Avropa Komissiyasının Türkiyə nümayəndə heyəti maliyyə əməkdaşlığı, koordinasiya və investisiya üzrə sədr müavini Andreas Laggisin bu mövzudakı bir araşdırmasında İngiltərə və dünyanın 4-cü inkişaf etmiş ölkəsi kimi tanınan Hollandiya ilə bağlı təəccüblü nümunələr var.

“Birləşmiş Krallıqda ailədaxili zorakılıq nəticəsində hər 3 gündə 1 qadın ölür. Hollandiyada, bütün qadınların beşdə biri əri və ya keçmiş əri tərəfindən zorakılığa məruz qalır”. (http://www.hurriyet.com.tr/42-percent-of-turk-women-facing-abuse-10991382)

 

Həmin ölkələrdə “demokratiya, insan hüquqları, azadlıq və ədalət” kimi dəyərlərin beynəlxalq sülh və əməkdaşlıq baxımından əhəmiyyəti tez-tez vurğulansa da, həmin dəyərlərə zidd olan zorakılıq hallarında çox artım var. Amerika küçələrində insanlar hər gün silahlı münaqişlərə girir, irqçi davalar, bıçaqlaşmalar olur.

Dünyanın başqa yerlərində də vəziyyət eynidir. Mərkəzi Afrikadakı silahlı hücumlarda bir gündə 100-150 insan həyatını itirir. Kəşmirdə, Myanmada onlarla insan terror hadisələrində qətlə yetirilir. Yaxın Şərqdə zorakılıq hər gün can alır. Filippin və Tailandda vəhşiliklər səngimək bilmir.

Hər il 1,6 milyondan çox insan zorakılıq nəticəsində həyatını itirir. Zorakılıq dünya miqyasında 15-44 yaş arası insanlarda 14% kişi, 7% qadın olmaqla ən başlıca ölüm səbəblərindəndir. (http://www.who.int/violenceinjuryprevention/violence/worldreport/en/summaryen.pdf) Zorakılıq nəticəsində ölən insanların əksəriyyəti zehni və fiziki baxımdan zərər görən və ciddi sağlamlıq problemləri yaşayan insanlardır.
Dünya miqyasında zorakılığın qarşısını alacaq köklü həll yolları tapmaq əvəzinə şiddəti qismən azaltmağı hədəfləyən, səthi tədbirlərin görülməsi də düşündürücüdür.

Zorakılığın cəmiyyətin sağlamlığına və nəticədə ölkə büdcəsinə yükü də olduqca çoxdur. 2004-cü ildə zorakılığın iqtisadi dəyərinin Tailandda ÜDM-nin (Ümumi Daxili Məhsul) 0,4%, Braziliyada 1,2%, Yamaykada 1,2%-ə bərabər olduğu təxmin edilir. Uşaqlara pis rəftarla bağlı illik iqtisadi yük ABŞ-da 124 milyard dollar təşkil edir. (WHO, Global status report on violençel prevention 2014) (http://www.who.int/violenceinjuryprevention/violence/statusreport/2014/report/report/en/)

Bir insanın heç tanımadığı birini nə üçün bıçaqladığını və ya nə üçün atəş etdiyini anlamaq çox çətindir. Problem qətiyyən bu insanların savadsızlığında deyil. Nəqliyyatda silahlı davaya başlayıb terror aktı törədənlərin, nalayiq rəftar edənlərin çoxu təhsilli və yol hərəkəti qaydalarından xəbərdar olan insanlardır. Dünya öz həyat yoldaşlarına zorakılıq tətbiq edən universitet məzunları ilə doludur.

 

Zorakılıq cəmiyyətin vərdiş etdiyi bir problem olmaqdan çıxarılmalı, köklü analiz etməklə qarşısının alınması üçün tədbirlər görülməlidir. Hər kəsin qəbul etdiyi həqiqətdir ki, zorakılığı yalnız təhlükəsizlik tədbirləri ilə dayandırmaq qeyri-mümkündür. Zorakılığa qarşı yeni üsullar, müxalifət-iqtidar ayrı-seçkiliyi olmadan birgə anlayışlar, qlobal perspektivlər inkişaf etdirmək məcburiyyətindəyik. Siyasətçilər, yazıçılar, pedaqoqlar, aktiv fəaliyyət göstərən QHT-lər, araşdırma mərkəzləri, universitetlər, bir sözlə, cəmiyyətin hər bir qurumu və qrupu .

zorakılığın dayandırılmasına üstünlük verməlidir. Siyasi baxışı, ideologiyası və ya inancı nə olursa olsun, hər kəs bu məsələdə üzərinə düşəni etməlidir.

Mediada zorakılığa baş vurmadan problemləri həll etməyin vacibliyi təlqin edilməli, məktəblərdə bu istiqamətdə maarifləndirmə aparılmalıdır. Gözəl əxlaq, şəfqət, qadına hörmət aşılanmalı, gözəl həyat üçün ictimai davranış qaydalarına riayət edilməsinin zəruriliyi izah edilməli, yaşlı və uşaqların qorunması təşviq edilməlidir. Bunlar görüləcək tədbirlərdən yalnız bir neçəsidir. Unutmayaq ki, zorakılıq ciddi problemdir və həyatın hər sahəsinə təsir edərək heç gözləmədiyimiz bir anda bizim də qarşımıza çıxa bilər.

Adnan Oktar

Əvvəlki yazı

Zemfira İbrahimova maşınla gənci vurdu – Anbaan video

Sonrakı yazı

4-cü sinif şagirdinin özünü asmasının təfərrüatı açıqlanıb

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.