Formula 1 Azərbaycan Qran-Prisinin təxirə salınması nəzərdə tutulmur.
Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Halqası Əməliyyat Komitəsindən bildirilib. Əməliyyat Komitəsindən qeyd edilib ki, hələlik Formula 1 Azərbaycan Qran-Prisinin təxirə salınması müzakirə olunmur:
“Qran-Pri Bakıda 5-7 iyun tarixlərində keçiriləcək. Əgər təxirə salınma ilə bağlı hər hansı qərar olarsa, əlavə açıqlama yayılacaq”.
Xatırladaq ki, martın 13-15-də keçirilməsi planlaşdırılan Formula 1 Avstraliya Qran-Prisi koronavirus pandemiyasına görə təxirə salınıb. Bir müddət əvvəl də Formula 1 Çin Qran-Prisi təxirə salınmışdı.
Həmçnin Bəhreyndəki yürüşlər azarkeşsiz keçiriləcək. Vyetnam Qran-Prisinin təşkili isə sual altındadır.