04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Vidadi İsayevi şəhidin dəfnində bitirən çıxış – Video

11 Mart 2020, 10:36
Seçmə
A A
Vidadi İsayevi şəhidin dəfnində bitirən çıxış – Video

 

Bərdə rayonunda bir bu olmamışdı, o da oldu: tarixdə misli görünməmiş odioz “padşah” Vidadi İsayevi şəhidin dəfnində qovmaqdan betər elədilər.

Anaxeber.info-nun təqdim edəcəyi video kadrdan görünür ki, şəhid olmuş sərhədçi əsgər Qarayev Eltunun Bərdədə dəfn mərasimində icra başçısının üzünə və bütövlükdə məmurlara nifrət yağdırılıb.

Videoda məlum olur ki, dəfn mərasimində sərhədçi əsgərlər, komandirlər, Bərdə camaatı və icra başçısı Vidadi İsayev iştirak edir. Həmin an Bərdədən olan başqa bir şəhid övladı icra başçısına üz tutaraq, bəyan edir ki, vətən üçün candan keçməyə həmişə hazırdırlar:

“Mənim atam da şəhid olub. Allah bizə də bu şəhid qardaşımızın ucaldığı zirvəyə qalxmağı qismət eləsin. Ancaq təkcə kasıbın, yetimin balalarına yox, varlıların uşaqlarına da şəhidlik nəsib olsun”.

Bu söz sanki Bərdənin icra başçısı Vidadi İsayevin ürəyinə ox kimi dəyir və dərhal onun çıxışını kəsərək etirazını bildirir. Əlbəttə, xoşuna gəlməz də!

Çünki Vidadi İsayev də həmin varlılardan biridir, övladları dövlətdən oğurlanmış pullar hesabına obyekt, biznes sahibi olublar. Amma məsələyə fərqli prizmadan baxmaq lazımdır.

Əslində, dəfn mərasimində şəhid oğlunun bu çıxışı ümumilikdə Vidadi İsayevin timsalında rüşvətxor, qanunsuzluq edən, vətəndaşları saymayan, şəhid ailələrini qapıdan qovan, onlara hörmət qoymayan məmurlara bir üsyan, nifrət, qəzəb idi.

Təsadüfi deyil ki, V.İsayev dəfələrlə məcburi köçkün, şəhid ailələrinə etdiyi qabalıq, kobud münasibət, onları qovması, təhqir etməsi ilə gündəmə gəlib.

Odur ki, şəhid Eltunun dəfnində iştirak insanlarda ikrah hissi oyadır. Sən vəzifəli şəxs kimi rayondakı şəhid ailələrinin bircə dəfə qapısını döymə, dərdini dinləmə, problemini həll etmə, sonra gəl dəfndə iştirak et, yeməzlər!

O baxımdan video kadrda çıxış edən şəhid balası eyhamla işarə verir ki, qoy, kasıb uşaqları yox, həm də V.İsayev kimi Bərdəni talamış məmurların övladları da əsgərliyə getsinlər, candan keçsinlər.

Xalq yaxşı bilir ki, bu günə qədər nümunə üçün bir şəhid məmur balası yoxdur. Ona görə bu qəzəb, üsyan V.İsayevə yerindəydi. Ümumiyyətlə, Bərdədə qulaqlar Vidadi İsayev adı eşidəndə az qalır ki, “cin atına” minsin.

Amma əhalinin bu nifrətindən nəticə çıxarmayan Bərdənin icra başçısı Vidadi İsayev sanki and içib ki, yolundan dönməyəcək. Hətta Ağstafa, Yevlax, Neftçaladakı həmkarlarının aqibəti də onu qorxutmur.

Anaxeber.info xatırladır ki, Vidadi İsayevin Bərdədə şəhid ailələrinin başına açdığı bütün internet resurslarında yer alıb. O nələr eləməyib – şəhid Dilqəmin qardaşının evini başına uçurdu, şəhidin adının Kəltəparan kəndində əbədləşdirmək üçün atasından 3 min manat rüşvət istədi, şəhid anası Soltan xanım dəfələrlə qəbuluna gəldi, qovdu.

Bu haqsızlığa dözməyən Soltan ana dünyasını dəyişdi. Şəhid xanımı Yasəmən İsmayılovanı nəinki qəbul eləmədi, həbslə təhdid etdi. Bu da yetmədi, Vidadi İsayev Şəhidlər Xiyabanını satışa çıxardı, 20 Yanvar günü isə parka gedərək əlində iki qərənfillə guya bu tarixi yad etdi.

Prezident şəhid analarının əlindən öpür, müavinət problemini həll edir, V.İsayev isə rayondakı şəhid ailələrini saymır, təhqir edir, qapıdan qovur. Məhz bu səbəbdən şəhidin dəfnində ona olan qəzəb ifadə edildi. Açıq şəkildə narazılıq olundu ki, qoy bir dəfə vəzifəlinin övladı şəhid olsun.

V.İsayev isə onun sözünü kəsdi, guya bu sözü deməyin yeri olmadığını bildirdi. Halbuki, tam yerində söylənilmiş bəyanat idi. Vidadi İsayevin fəaliyyətini bu cür davam etdirməsi hakimiyyətin maraqları ilə qətiyyən üst-üstə düşmür.

Hökumət ən müxtəlif layihələrlə sosial narazılığın qarşısını almağa çalışır. Belə şəraitdə Bərdənin “fironu” sosial partlayışı şərtləndirən münbit zəmin yaradır.

Şəhidin dəfnində deyilən söz də göstərdi ki, insanlar onu sevmirlər, tezliklə qara maskalı, ağ otlanın gəlməsini, tarixi Bərdə şəhərinin ağ günə çıxmasını istəyirlər. Bizsə sizə şəhidin dəfnində yaşanan anları təqdim edirik:

https://www.youtube.com/watch?v=jKEKscIhH9I&feature=emb_title

Əvvəlki yazı

ÜST açıqladı: Sağalanlar ölənlərdən çoxdur

Sonrakı yazı

İlham Əliyev Berdiməhəmmədovu qarşıladı

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.