Bu günə olan statistik məlumata görə, artıq ölümcül koronavirus epidemiyası 119 ölkədə yayılıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.
Ümumi yoluxma halı indiyə qədər 119 220 nəfərdə qeydə alınıb. Bu virusa yeni yoluxanların sayı isə 297 nəfərdir. Bu günə qədər koronavirus 4299 nəfərin ölümünə səbəb olub. Sonuncu dəfə 25 nəfər bu epidemiya nəticəsində dünyasını dəyişib.
Virusa yoluxanlar arasında indiyə qədər 66 564 nəfər tamamilə sağalıb. Son sutka ərzində 1400 nəfər tamamilə sağalaraq evə buraxılıb.
ÜST-ün təqdim etdiyi rəsmi rəqəmlərdən də aydın olur ki, son günlər bu virusa yoluxanlar arasında sağalanların sayı ölənlərin sayından qat-qat çoxdur. Bu da epidemiyanın gün keçdikcə öz təhlükəsini itirdiyi fikrini gücləndirir.




















