02-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qənirə Paşayeva Malaziyada Azərbaycanla bağlı geniş məruzə ilə çıxış edib

07 May 2018, 16:27
Cəmiyyət
A A
Qənirə Paşayeva Malaziyada Azərbaycanla bağlı geniş məruzə ilə çıxış edib

Millət vəkili Qənirə Paşayeva Malaziyada Azərbaycanla bağlı geniş məruzə ilə çıxış edib.

Reportyor.info  xəbər verir ki, Malayziya Milli Kitabxanasında Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun və Viktor Andriyanovun həmmüəllifləri olduqları “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitabının malay dilində nəşrinin təqdimat mərasimində çıxış edən Azərbaycan-Malayziya parlamentlərarası işçi qrupunun üzvü Qənirə Paşayeva müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində belə bir mühüm tədbirin təşkilinə görə Malayziya Milli Kitabxanasına və Azərbaycanın Malayziyadakı səfirliyinə minnətdarlığını bildirib.

O, “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitabının Azərbaycanın uğurları və nailiyyətləri ilə tanış olmaq üçün mühüm vasitə olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin dost Malayziya ilə əməkdaşlığın daha da genişləndirilməsinə daim xüsusi diqqət göstərdiyini qeyd edən deputat Milli Məclisin Malayziya parlamenti ilə əməkdaşlığı genişləndirmək əzmində olduğunu diqqətə çatdırıb. Azərbaycanla Malayziya arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu bildirən Q.Paşayeva Prezident İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə işin davam etdiriləcəyinə inamını ifadə edib:”Biz bu gün Azərbaycanın prezidenti, Malaziyanın da dostu olan İlham Əliyevin haqqında yazılmış kitabın təqdimatına toplaşmışıq. Əslində Azərbaycan prezidenti haqqında yazılmış bu kitab eyni zamanda Azərbaycanın keçdiyi yolu, əldə etdiyi uğurları görə bilmək üçün çox önəmli bir vəsaitdir və Malziyadakı bütün dostları bu kitabı oxumağa çağırıram. Azərbaycan prezidenti İlham Əliyev hər zaman dost Malaziya ilə əməkdaşlığın daha da genişlənməsinə xüsusi diqqət yetirib. Azərbaycan prezidenti və xalqı Dağlıq Qarabağ problemi, Azərbaycanın ərazi bütovlüyü, işğal edilmiş torpaqlarınımızın azad edilməsi istiqamətində Malaziyanın Azərbaycana dəstəyini, yəni ədaləti dəstəkəməsini hər zaman yüksək qiymətləndirir və biz inanırıq ki, bu dəstək daha da artacaq. Malaziya ilə ölkəmiz arasında əməkdaşlığın genişlənməsi istqamətində bir çox işlər görülsə də, hələ də bunun üçün böyük potensial var və biz inanırıq ki, prezident İlham Əliyevin rəhbərliyi altında qarşıdakı 7 il ərzində də bu istiqamətdə işlər daha da genişlənəcək. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün istiqamətlərdə böyük uğurlar qazanıb. Azərbaycan bu gün Cənubi Qafqaz regionunun ən inkişaf etmiş ölkəsi olmaqla yanaşı qərblə şərq, qərblə müsəlman dünyası arasında önəmli bir körpü rolunu oynayaraq dünya səviyyəsində mədəniyyətlərarası dialoqa böyük töhfələr verir. Azərbaycan prezidenti və ölkəmizin Birinci vitse-prezidenti, YUNESKO və

İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu gün Azərbaycan mədəniyyətlərarası dialoqun yaşandığı ən gözəl və örnək ölkələrdən biri olmaqla yanaşı çoxlu sayda beynəlxalq tədbirlərə ev sahibliyi edir, təşəbbüslərlə çıxış edir. Azərbaycanın həyata keçirdiyi böyük enerji layihələrində dünyanın nəhəng neft-qaz şirkətləri o cümlədən dost Malayziyanın Petronas şirkəti də fəal çalışır. Azərbaycan Böyük İpək yolu, TRASEKA, Cənub-Şimal nəqliyyat dəhlizi kimi beynəlxalq layihələrdə əsas ölkələrdən biridir və məhz İlham Əliyevin rəhbərliyi sayəsində bu istqamətlərdə də böyük uğurlar əldə edilmişdir. Biz inanırıq ki Azərbaycanla əməkdaşlıq edən Malaziya şirkətlərinin sayı daha da artacaq, çünki bunun üçün geniş imkanlar var. Əziz dostlar,mən Azərbaycan Parlamentində Azərbaycan-Malayziya Paramentlərarası Dostluq Qrupunun üzvüyəm. Bildirmək istəyirəm ki Azərbaycan Parlamenti də dost Malaziya Parlamenti ilə əməkdaşlığı daha da genişləndirir və bu işbirliyinin gələcəyə doğru daha da güclənəcəyinə inanırıq”.

Millət vəkili Q.Paşayeva Azərbaycanın gözəl təbiəti, zəngin tarixi və mədəniyyəti, uğurları və nailiyyətləri ilə tanış olmaq üçün qonaqları ölkəmizə səfərə dəvət edib:”Sizin hamınızı gözəl ölkəmiz Azərbaycana dəvət edirəm. Azərbaycan təbiət gözəlliyi ilə yanaşı böyük mədəniyyətə və gözəl mətbəxə sahib bir ölkədir. Bütün müsəlman şərqində ilk operanın, ilk teatrın, ilk qəzetin çıxdığı ölkəni və bütün müsəlman şərqində ilk dəfə qadınlara seçmək və seçilmək haqqı verən bir ölkəni görmək istəyirsinizsə, sizi Azərbaycana, gözəl ölkəmizə dəvət edirəm. Siz orada bu kitabda oxuduqlarınızı, yəni əldə edilmiş böyük nailiyyətləri də yerində görə biləcəksiniz və mən əminəm ki, Azərbaycanı çox sevəcəksiniz. İnşallah Azərbaycanda görüşərik”

Millət vəkili Q.Paşayeva Malayziya Milli Kitabxanasının rəhbərliyi ilə də görüşüb və əməkdaşlığın genişləndirilməsi istiqamətində maraqlı fikir mübadiləsi olub. Tədbir və görüşlərdə Azərbaycanın fəal qadınlarından ibarət heyət də iştirak edib.

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini aşağıdakı videodan izləyə bilərsiniz:

Qənirə Paşayeva Malaziyada Azərbaycanla bağlı geniş məruzə ilə çıxış edib

Qənirə Paşayeva Malaziyada Azərbaycanla bağlı geniş məruzə ilə çıxış edib

Qənirə Paşayeva Malaziyada Azərbaycanla bağlı geniş məruzə ilə çıxış edib

 

Əvvəlki yazı

YENİ NAZİR BAYTARLIQ XİDMƏTİNİ YOXLATDIRIR – “Ətlik mal-qaranı damazlıq kimi sənədləşdiriblər”

Sonrakı yazı

Qarabağ siyasətində inqilab olsun!

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

29 Yanvar 2026, 16:23
Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

29 Yanvar 2026, 16:22
Əli Əsədov sərəncam imzaladı

Əli Əsədov sərəncam imzaladı

29 Yanvar 2026, 16:20
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

29 Yanvar 2026, 16:18
Rusiya azərbaycanlı blogeri axtarışa verdi

Rusiya azərbaycanlı blogeri axtarışa verdi

28 Yanvar 2026, 17:41
İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

28 Yanvar 2026, 17:39
Xalq rəssamının qızı həbs olundu

Xalq rəssamının qızı həbs olundu

28 Yanvar 2026, 17:36
Rəsul Çunayevə vəzifə verildi

Rəsul Çunayevə vəzifə verildi

28 Yanvar 2026, 17:34
İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

28 Yanvar 2026, 17:32
15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

28 Yanvar 2026, 17:31
İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

28 Yanvar 2026, 17:28
“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

28 Yanvar 2026, 17:25
Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

28 Yanvar 2026, 17:21
Bayramov çinli həmkarı ilə görüşdü

Bayramov çinli həmkarı ilə görüşdü

28 Yanvar 2026, 17:19

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.