26-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kəmaləddin Heydərovun Neftçaladakı kadrı niyə qandallandı? -Pərdəarxası…

21 Fevral 2020, 10:34
Araşdırma, Banner
A A
Kəmaləddin Heydərovun Neftçaladakı kadrı niyə qandallandı? -Pərdəarxası…

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Neftçala Rayon İcra Hakimiyyətində (RİH) keçirdiyi əməliyyat, rüşvət faktı ilə bağlı həbslər aparması, ardınca icra başçısı İsmayıl Vəliyevin prezident sərəncamı ilə vəzifəsindən azad olunması seçkilərdən sonra gündəmin ən səs-küylü hadisəsidir. Qeyri-rəsmi xəbərlərə görə, icra başçısı və müavini həbs olunub. Lakin DTX hələ ki İ.Vəliyevin həbs olunmasını təsdiqləməyib.

Neftçala icra başçısının işdən azad olunmasının və İH-də keçirilən əməliyyatın konkret səbəbi açıqlanmayıb. İddialar səslənir ki, Ağstafa və Yevlax İH rəhbərləri kimi Neftçala başçısı da rüşvət alarkən saxlanılıb.

Müşahidəçilərin və ekspertlərin fikrincə, bu, son deyil, korrupsiya ilə mübarizə çərçivəsində bir neçə məmurun baş gedəcək.

Reportyor.info-nun araşdırması zamanı məlum olub ki, İsmayıl Vəliyev İH strukturlarına gömrük sektorundan gəlib. Onun fövqəladə hallar naziri, gömrüyün sabiq şefi Kəmaləddin Heydərovun kadrı olduğu bildirilir.

Elə İ.Vəliyevin bioqrafiyası da ehtimalları gücləndirir. O, 1996-cı ildən 1998-ci ilədək Sumqayıt Gömrükxanasının rəisi, həmin dövrdən 1999-cu ilə qədər Gömrük Komitəsi sədrinin müşaviri işləyib.

O ildən 2001-dək Dövlət Analitik Şöbənin rəisi, 2005-ci ilə kimi Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib.

2005-ci ildən Qobustan İHbaşçısı olub. 2011-ci ildən etibarən Neftçala rayonuna rəhbərlik edirdi. Bu 9 ilə yaxın müddətdə İ.Vəliyev Neftçalanı tar-mar edib, ad həmişə büdcədən rayonun inkişafına ayrılan vəsaitləri talan etməkdə hallanıb, sahibkarları incitməkdə ittiham olunub.

Bu günə qədər Neftçalada bir qarış da abadlıq işi görülməyib, rayonda zərrə qədər inkişaf getməyib. Əksinə, torpaqlar zəbt və peşkəş olunub, icra başçısı və ətrafı özünə güzəran qurmağa başı qarışıb.

Sadəcə, arxasında FHN rəhbəri dayandığına görə İ.Vəliyevə batan olmayıb. Çox maraqlıdır ki, son illərdə dövlət başçısı Neftçalaya səfər etməmişdi.

Görünür, elə o vaxtdan İH rəhbərinin fəaliyyəti prezidenti qane etmirdi. Adi bir fakt: bir müddət əvvəl Neftçaladan olan 18 sahibkar rayonda yaranmış dözülməz şəraitdən ölkə prezidenti İlham Əliyevəmüraciət ünvanlamışdılar. Həmin müraciətə imza atanlardan biri olan sahibkar Nazim Əlihüseynov mətbuata müraciət edərək atdığı imzadan imtina etmişdi.

İmtinaya səbəb İsmayıl Vəliyevin sahibkara birbaşa təzyiqi imiş İsmayıl Vəliyev “Məkan” restoranının sahibi olan Nazim Əlihüseynova açıq şəkildə bildirib ki, ya atdığı imzadan imtina edəcək, ya da restoranını bağlayıb, gedib evində oturacaq. Təbii ki, bu sözlərdən sonra iş adamı ikinci varianta üstünlük verib və atdığı imzadan imtina edib.

Dəfələrlə prezidentə göndərilən şikayət məktublarnda onun rayon ərazisində xeyli torpaq sahələrini özü üçün zəbt etməsi, rayon mərkəzinin çirkab içərisində saxlanması, səhiyyə və təhsil işçilərinin əməklərinin istismar olunması, tikinti qumlarına sahib çıxaraq özü üçün satdırması, çoxmənzilli yaşayış evlərinin dam örtüklərinin dəyişdirilməsinə ayrılmış 3 milyon manat vəsaitin 1 milyon manası mənimsəməsiqeyd olunub.

Yeri gəlmişkən, başçının oğlu Məhərrəm Vəliyev FHN-nin  Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin yüksəkvəzifəli əməkdaşıdır.

Bu da təsdiqləyir ki, Vəliyevlər Heydərova çox yaxın imiş. Amma qanun hamı üçün bərabərdir və “fövqəlnazir”in qüdrəti də kifayət etmədi, Gəncədə olduğu kimi, Neftçalada da Vəliyevlər erası başa çatdı.

K.Heydərovun kadrının bu şəkildə yola salınması nazirin özü üçün də yaxşı hal deyil. Onsuz da əlindəki bütnü imkanları alınan FHN şefinin xeyli vaxtdır ki, vəzifədən azad ediləcəyi deyilir.

Köhnə qvardiyadan qalanlardan biri də elə Heydərovdur və tunel göründü, onun adamı kabinetində yaxalandı…

REPORTYOR.info

Əvvəlki yazı

Çindən gələn tələbələrdə koronavirus aşkarlanmadı

Sonrakı yazı

Ağciyər Xəstəlikləri İnstitundan ittihamlara – Reaksiya

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.