13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Gəncə işi”nin hakimi Elmar Vəliyevin qohumu imiş

17 Fevral 2020, 16:05
Uncategorized
A A
“Gəncə işi”nin hakimi Elmar Vəliyevin qohumu imiş

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsiylə bağlı cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmasına etiraz edilir. Bu məsələni fevralın 17-də məhkəmədə vəkillər qaldırıb.

Sabiq icra başçısını güllələməkdə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev və daha iki hakimi – Məhəmməd Bağırov və Nural Əliyev baxır.

Vəkil Nazim Musayev vəsatət verib ki, bu işə N.Əliyev baxa bilməz, hətta ümumiyyətlə, bu işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxıla bilməz. Vəkil bu fikrini məhkəmədə belə əsaslandırıb:

«Məhkəmənin hazırlıq iclasından sonra məlum oldu ki, hakim Natiq Əliyevlə Elmar Vəliyev qohumdurlar. Bu barədə çox güman ki, məhkəmə tərkibindəki digər hakimlər də məlumatlıdır.

Lakin məhkəmənin hazırlıq iclasında nə sədrlik edən Natiq Əliyev, nə də digər hakimlər bu məsələyə münasibət bildirmədi. Bununla da faktiki prosessual pozuntuya yol verdilər».

N.Musayevin iddiasına görə, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Vəkil deyib ki, N.Əliyev özü olmasa belə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin digər hakimləri də bu işə baxa bilməz. Çünki məhkəmənin sədri N.Əliyevdir, digər hakimlər onun tabeliyində işləyirlər.

Məhkəmə sədrinin sabiq icra başçısının qardaşı, ölkənin hərbi prokuroru Xanlar Vəliyevin qudasının qardaşı (gəlininin dayısı-red.) olduğu bildirilir.

Bundan başqa, bu cinayət işi üzrə təqsirləndirilən 12 nəfərdən ikisi – Ağa Sərxani və Anar Bağırov sağ deyil. Cinayət işinin materiallarında iddia olunur ki, onlar tutularkən hüquq-mühafizə orqanlarının

əməkdaşlarına silahlı müqavimət göstərdiklərinə görə öldürülüb. Hər ikisinə terrorçuluq, qəsdən adam öldürməyə cəhd və s. maddələrlə yanaşı, polisə müqavimət ittihamı da verilib.

Vəkil deyib ki, onların hər ikisinin öldürülməsi Bakıda baş verib: «Cinayət işində bəhs olunan cinayət epizodlarının sonuncusu Bakıda olduğuna görə, işə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır».

Təqsirləndirilən şəxslər də, vəkil həmkarları da N.Musayevlə razılaşıb. Buna prokuror da etiraz etməyib. Deyib ki, vəkilin etirazı Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin və harada baxılması məsələsinə qərar verilsin.

N.Əliyevin özü isə Vəliyevlərlə qohumluq məsələsinə münasibət bildirməyib. O və digər iki hakim qərara alıblar ki, vəkilin etirazı baxılıb qərar verilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

Xatırladaq ki, 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Y.Səfərovun bu iddialara münasibəti məhkəmədə açıqlanacaq.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 18 ilədək həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsi onların bir qisminin cəzasını azaldıb.

Bu hadisələrlə əlaqədar həbs olunanlardan təxminən 10 nəfəri şərti cəzayla azadlığa buraxılıb, 8 və 6 nəfərlik daha iki qrupun apellyasiya şikayətləri üzrə məhkəmələrsə davam edir. Y.Səfərov və daha 11 nəfər məhz icra başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunurlar.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsiylə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub. (azadliq.org)

Əvvəlki yazı

Seçki saxtakarlığına yol verənlərin işi prokurorluğa göndəriləcək – MSK katibi

Sonrakı yazı

MSK bu dairə ilə bağlı qərar verdi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.