23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

DİN ATƏT-ə cavab verdi

14 Fevral 2020, 15:47
Siyasət
A A
DİN ATƏT-ə cavab verdi

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir dünən, Bakıdakı MSK binasının qarşısında qanunsuz etiraz aksiyası keçirən jurnalistlərə qarşı zorakılıq tətbiq edilməsi və saxlanılması ilə əlaqədar Azərbaycanın hüquq-mühafizə orqanlarını tənqid edib.

Arlem Dezir, hüquq-mühafizə orqanlarının jurnalistlərin azadlıq hüququna hörmət etməli olduqlarını qeyd edərək, insidentin tez bir zamanda araşdırılmasına və günahkarların cəzalandırılmasına çağırıb.

ATƏT nümayəndəsinin bu açıqlamasına münasibət bildirmək üçün virtualaz.org Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidova müraciət edib.

E.Zahidov deyib: “Bildiyiniz kimi, fevralın 11-də Bakıda MSK-nın binası önündə bir qrup şəxsin şəhərin icra orqanları ilə razılaşdırılmamış mitinq keçirmək cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alındı və ictimai asayiş bərpa olundu. Bu zaman xəsarət alan və həbs olunan olmadı.

Lakin ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir təmsil etdiyi ATƏT kimi nüfuzlu bir təşkilatın öhdəlik və missiyasına zidd olaraq həmin hadisə ilə əlaqəli yoxlanılmamış, əsassız və uydurma məlumatlar əsasında polisi jurnalistlərə qarşı amansız rəftarda, həbs və zorakılıqda ittiham edir.

Düşünürəm ki, bu onun ya qeyri-peşəkarlığının, ya da Azərbaycanda, onun paytaxtı Bakı şəhərində ictimai asayişi pozmağa cəhd edən şəxslər müdafiə etməyinin təzahürüdür.

Qeyd edilən qanunsuz hərəkətlərin qarşısı alınarkən onun özünün də yaxşı tanıdığı və bələd olduğu Avropa polisindən fərqli olaraq Azərbaycan polisi həmin gün öz xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlməklə yanaşı, etirazçı qrupun, orada olan mətbuat nümayəndələrinin hər biri ilə qanunauyğun davrandı, yüksək humanistlik və təmkinli davranış sərgilədi. Amma Arlem Dezirin tərəfində durduğu, guya polis şiddətinə məruz qalmış KİV təmsilçiləri nəinki polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olurdu, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, asayiş keşikçilərini təhqir edir, onlara qarşı nalayiq ifadələr işlədirdilər”.

E.Zahidov əlavə edib ki, bütün bunlara baxmayaraq, polis yenə də öz təmkinli davranışını sonadək qoruyub: “Bu cənab İddia edir ki, polis KİV nümayəndələrinə hadisəni işıqlandırmağa imkan verməyib. Əgər onun dediyi kimidirsə, həmin razılaşdırılmamış aksiya başlayandan qarşısı alınanadək bütün sosial şəbəkələrdə paylaşılan o çoxsaylı canlı yayımlar, video və fotoşəkillər necə çəkilmişdir?

Ona görə də, bir daha ATƏT nümayəndəsinin diqqətinə çatdırıram ki, qeyd olunan hadisə zamanı orada olan KİV təmsilçilərinə qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq olmayıb, onların öz vəzifələrini yerinə yetirmələrinə maneçilik yaradılmayıb. Onun jurnalist adlandırdığı və barmağından, üzündən zədə almış birisi varsa, deməli o, KİV nümayəndəsi olmayıb, qanunsuz aksiyanın polisə müqavimət göstərən ən fəal üzvlərindən biri olub.

Ümid edirik ki, bundan sonra Arlem Dezir öz fəaliyyətində, hər hansı məsələyə münasibətində həqiqəti deyəcək, obyektiv olacaq və konkret faktlara istinad edəcək”.

Virtualaz.org

Əvvəlki yazı

Siyavuş Novruzovun medallarının siyahısı

Sonrakı yazı

Vüqar İskəndərov MSK-nı necə aldatdı?

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.