07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İqtidar göz yaşlarına inanmır… 4 dairə niyə ləğv oldu?

14 Fevral 2020, 12:00
Gündəm, Manşet
A A
İqtidar göz yaşlarına inanmır… 4 dairə niyə ləğv oldu?

Əlbəttə, hakimiyyət dünyanın gözü qarşısında baş verən bu rüsvayçılıqlarla bağlı tədbir görməliydi. ATƏT-in hesabatı, AŞ PA-nın rəyi, sosial şəbəkələrdə seçki saxtakarlıqlarına dair utanverici video sübutlar… – iqtidar islahat kursu götürübsə, öz adına biabırçılıqları təmizləməliydi.

Necə ola bilirdi ki, Milli Məclisi islahatlara mane olduğu üçün buraxırsan, sonra təzədən Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Çingiz Qənizadə kimi xalq tərəfindən lənətlənən deputatlar yeni parlamentə seçilir? – Nonsens və absurd idi.

Anaxeber.info yazır ki, fevralın 13-də Mərkəzi Seçki Komissiyasının 33, 35, 74 və 80 saylı seçki dairələrində nəticələrin ləğvi qərarı gözlənilən idi.

Prezident İlham Əliyevin MSK-nın qərarından bir gün qabaq verdiyi açıqlamalarından da görünürdü ki, hakimiyyət heç kəsin nazını çəkmək, hoqqabazlıqların, aşkar saxtakarlıqların siyasi məsuliyyətini üzərinə getmək fikrində deyil.
Yəni, ifrat dərəcədə, açıq və total seçki pozuntuları qeydə alınıbsa, həmin dairənin “qalibi”nin göz yaşlarına inanmaq niyyətimiz yoxdur.

Əvvəla, hakimiyyət və yeni siyasi elita özünün yaratmaqda olduğu islahatçı imicini zədələmək istəmir, beynəlxalq təşkilatların tənqidlərini eşitmək arzusunda deyil, ikincisi, əvəzolunmaz siyasətçi yoxdur, Çingiz Qənizadəni və yaxud Hadı Rəcəblini daha layiqli iqtidaryönlü deputatlar əvəzləyə bilər.

Bu nöqteyi-nəzərdən hakimiyyət heç bir onu dəstəkləyən namizədin gözünün yaşına baxmadı, hansı dairədə əndazəni aşan seçki saxtakarlıqları qeydə alınıbsa ləğv elədi.

Üstəlik, cəmiyyətdən gələn sifariş, qınaqlar, etirazlar, “Hadı Rəcəblini yenə seçirdinizsə, parlamenti niyə buraxdınız” tənələri hakimiyyət üçün ağrılı sözlər və iqtidarın xalq qarşısında bərpa etməyə çalışdığı inamının təkrar dəfni idi.
Odur ki, MSK-nın 13 fevral qərarı yerində və real idi. Əslində, analoji qərarlar bir çox dairələrlə bağlı verilməliydi. Çünki seçkilər əksər dairələrdə ciddi pozuntularla keçmişdi. Bunu müşahidəçilərin video çəkilişləri təsdiqləyir.

Amma burada məqsəd bütün dairələri ləğv etmək deyil, cəmiyyətdəki etirazları 4 dairənin ləğvi ilə yatırmaq, hakimiyyətin keçirdiyi seçkilərin azad və şəffaf olduğu görüntüsü yaratmaq, kənar tənqidləri azaltmaq, ən əsası daha çox diqqət və qalmaqal olan dairələrdə təkrar seçkiyə getməkdir.

Anaxeber.info yazır ki, ləğv edilən dairələrdə keçiriləcək təkrar seçkilərdə sensasion nəticələr gözlənilmir. Sadəcə, ilk seçkidə qalib elan edilmişlərin təkrar seçkilərdə mandat qazanmayacağı dəqiqdir. Hakimiyyət həmin dairələrdə neytral, ambisiyasız, qalmaqalsız, iqtidarın təbiətinə uyğun namizədlərin deputat olmalarını istəyir.

Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Çingiz Qənizadə birdəfəlik səhnədən silindilər, 35 saylı Xətai üçüncü seçki dairəsində isə vəziyyət fərqlidir, hadisələrin gedişi, ruhu başqadır.
Ona görə də iqtidar həmin dairədən İqbal Ağazadə və Rauf Arifoğlunun deyil, başqa bir namizədin parlamentə düşməsini arzulaya bilər. Hər şeydən əvvəl isə hakimiyyət Qərbə nümayiş etdirməyə çalışdı ki, hökumətin seçkiyə müdaxiləsi yoxdur.
Digər mühüm detal isə hakimiyyət daxilindəki islahatçılarla köhnə qvardiyanın seki toqquşmasıdır. Bu amili gözardı etmək mümkün deyil. İslahatçı qanad nəticələrdən çox narazıydı.

Köhnə qvardiyaya yaxın olmuş namizədlərin təkrar deputat seçilməsi ciddi müqavimətlə nəticələnmişdi. Elə bu mübarizənin nəticəsiydi ki, MSK 13 fevralda qərarar verdi. Hazırda 42 ən yeni deputat var.

Həmçinin, daha 2 dairədə nəticələrin ləğvi istisna edilmir. Bu halda iqtidar parlamentə 6 ən yeni deputatın mandat qazanması niyyətindədir. Yəni, Milli Məclisin 48-50 üzvü, təxminən yarıbayarısı yeni deputatlardan təşəkkül tapmalıdır ki, balans pozulmasın, qrupların maraqları da təmin edilsin.

Odur ki, Azərbaycanda seçkilər 9 fevralda bitmədi, qarşıda bizi həyəcanlı, maraqlı proseslərlə yadda qalacaq növbəti seçki mərhələsi gözləyir…

Anaxeber.info

Əvvəlki yazı

Çindən gələn daha biri karantinə alındı

Sonrakı yazı

Jalə Əliyevanın qalmaqallı – Videosu

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.