06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Natiq Cəfərlidən Erkin Qədirliyə dəstək

11 Fevral 2020, 12:08
Siyasət
A A
Natiq Cəfərlidən Erkin Qədirliyə dəstək

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli partiyanın parlament seçkilərində qalibib Erkin Qədirlinin mandatdan imtina etməsi haqda sosial şəbəkələrdə irəli sürülən tələblərə reaksiya verib.

Reportyor.info N. Cəfərlinin açıqlamasını təqdim edir:

Erkini 16 ildir tanıyıram, ən yaxın dostlarımdan biridir, adamı çox sevirəm, çünki dürüstdür, merkantil deyil, həyatda öz yolu və düşüncələri olan nadir insanlardır.

Mən ondan çox şey öyrənmişəm, bu gün onu tənqid edən, hətta söyən adamların əksəriyyəti də ondan çox şey öyrəniblər, həmin adamlar Erkinin mühazirələri, fikirləri ilə böyüyüblər.

Erkin heç vaxt gizlətməyib ki, “elitada” onu tanıyırlar, sayırlar, hörmət edirlər, hətta görüşürlər. Ona ilk dəfə 2000-ci ildə deputat olmaq təklif olunub – adam imtina edib və deyib ki, 28 yaşı var, onu heç kəs tanımır, kim ona səs verəcək ki, o da seçilsin?! Təklif verənlər onun saflığına gülsələr də, hörmətləri də artıb.

2000-2005 arası Erkin TV-lərə çıxmağa başladı, forumlarda yazırdı, mətbuata müsahibələr verirdi – 2005-də yenə ona təklif edirlər ki, artıq tanınırsan, gəl deputat ol – Erkin imtina etdi ki, mənə səs verən olmayacaq.

2010-da Erkin REAL-dan namizəd oldu, onun İTV dəki çıxışı səs yaratdı, amma o vaxt Abel fovarit indi, o zaman da Erkinə demişdilər ki, dairəni dəyiş, şans yaradaq – dəyişmədi, dirəşdi.

2015-də Erkin seçkilərə 10 gün qalmış namizədliyini geri götürdü, çünki o zaman İlqar həbsdə idi, ona da həmin gün zəng gəlmişdi ki, sənə mane olmayacaqlar, seçiləcəksən. Adam bu sözü də həzm etmədi – namizədliyini geri götürdü.

Qısası Erkin artıq 4 dəfə (!!!) mandatdan imtina edib – amma bunun nə xeyri olub bizə, cəmiyyətə?!

9 fevral seçkiləri total qanunsuzluqla keçirlib, rəzalət yaşanıb, amma 16-cı dairədə Erkin cəmi 2100 səs yığaraq qalib olub – yəni, Erkin o səsləri halal toplayıb, o dairədə 10 dəfə də seçki olsa Erkin yenə udar.

Hə, sual olur ki, nədən mane olmadılar?! Mən ona görə tarixçəni yazdım ki, ona heç vaxt mane olmaq istəməyiblər – sadəcə bu dəfə ona heç nə demədilər deyə, Erkin sonacan getdi. İstəsəydilər mane olardılarmı – təbii ki, deməli Erkini parlamentdə görmək istədilər. Amma adam öz səsi ilə seçilib.

Erkin 4-düncü dəfə mandatdan imtina etməsinin müsbət tərəfi varmı? Var, facebbok əhli, “molodes, bravo, oğulsan”, deyəcək, 2-3 gün Erkin qəhraman olacaq – vəssalam.

Parlamentə getməsinin xeyri nədir? Adam orda bizim sözümüz ola bilər, biz daha hər dəfə 40 min imza toplamadan onun vasitəsi ilə qanun layihələrini Məclisə təqdim edim ictimai dəstəklə o qanunları müzakirəyə çıxarda bilərik.

Erkinin köməyi ilə parlamentdə müzakirə olunan büdcə zərfimi ala bilərik, ictimai nəzarəti artıra bilərik. Bizlərdən biri həbs olunanda Erkin millət vəkili kimi polisə, məhkəməyə gələ bilər, bu işləri Məclis tribunasına daşıya bilər. Yəni, getməyin üstünlükləri imtinanın pafosundan daha çoxdur. Məncə, Erkinə zaman tanınmalı, o da öz işi ilə bizim üzümüzü ağartmalıdı.

Daha bir detal haqqında: Atamın 73 yaşı var, həyatı boyu seçkiyə getməyib, həyatında ilk dəfə Erkin üçün müşahidəçi olmuşdu. Müşahidəçi olduğu məntəqədə komissiya üzvü axşamüstü atama yaxınlaşıb ki, ağsaqqal, seçici aktivliyi cəmi 2-3%-di, camaat gəlmir seçkiyə, əlavə bir qutu hazırlamışlq, orda hamının adına bülleten var, amma Erkin qabaqdadı, gəlin onu qoyaq əsas qutuların yanına.

Sovet məhsulu olan atam da sevincək mənə zəng etdi ki, belə bir məsələ var, ilk dəfə atamın üstünə qışqırdım, dedim həmən bu işi aktlaşdırın. Elə də oldu, aktlaşdırıldı, o məntəqənin ləğvi ilə bağlı Erkin müraciət edib.

Atamın saf niyyətli, amma bizim prinsiplərdən uzaq olduğunu bilirəm, bu günə qədər üzümə vurmasa da məşğul olduğum işin onun üçün  mənasız olduğunu gözlərindən oxuyurdum. Çünki bu ölkədəki yaşlı nəslin hamısı kimi ideoloji boşluqda formalaşıb, ancaq əyri yollarla məqsədə çatmağın mümkünlüyünü görüb.

O məntəqədə başqa heç nə olmayıb, ləğv də olunacaq, amma atamın bu hərəkəti – mənim davamın nədən ibarət olmadığını bilmədəyinə görə atamdan küsdüm, uzun zaman onunla görüşməyəcəm.

Niyyəti saf ola bilər, amma təklifə həmən sərt reaksiya verməli idi. Onun bu hərəkətinə görə üzr istəyirəm, amma dünəndən bəri bu məsələyə görə məni linç etmək istəyən Stalinin nəvələrinə, Hitlerqafalara da aylb olsun – ancaq stanilizm və hitlerizm qohuma görə adam güllələyirdi…

Əvvəlki yazı

İranda inqilabın 41 ili: mitinq keçirilir

Sonrakı yazı

Rəsmi Moskvadan Qarabağ bəyanatı

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.