06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

MİLYARDLIQ MÜLKLƏR, MƏNZİLLƏR, TORPAQ SAHƏLƏRİ…- Rusiya Dövlət Teleradio Şirkəti rəhbərinin və “Rostex” sədrinin gizli varidatı

05 Fevral 2020, 09:21
Manşet
A A
MİLYARDLIQ MÜLKLƏR, MƏNZİLLƏR, TORPAQ SAHƏLƏRİ…- Rusiya Dövlət Teleradio Şirkəti rəhbərinin və “Rostex” sədrinin gizli varidatı

Rusiya Dövlət Teleradio Şirkətinin rəhbəri Oleq Dobrodeyevin ailəsi Rublyovo-Uspenski şossesində və Moskva ətrafında ümumi dəyəri 1,7 milyard rubl olan iki torpaq sahəsinə sahibdir.

Bu barədə “Proekt” nəşrinin araşdırmasında bildirilir.

İki torpaq sahəsindən ən böyüyü Dobrodeyevin həyat yoldaşı Marinaya məxsusdur. Xanım Dobrodeyevanın adına qeydiyyatda bir hektardan çox torpaq sahəsi və “Balaton” qəsəbəsində təxminən 2 min kvadratmetrlik sahəsi olan malikanə var. Həmin ərazidə bu tip evlərin qiyməti 830 milyon rubldur.

“Balaton”da Dobrodeyevin həyat yoldaşının əmlakı

Ətrafı şam meşəsi ilə əhatə olunan “Balaton”da cəmi 22 malikanə var. “Sakitlik və təbiətlə harmoniyanı qiymətləndirən uğurlu və işgüzar insanların layiqli seçimi”, – deyə qəsəbənin reklamında qeyd olunub.

Oleq Dobrodeyevin oğlu, “Mail.ru Group”un direktoru Boris Dobrodeyevin də həyat yoldaşı ilə birlikdə “Jukovka 21” kəndində təxminən 865 milyon rubl dəyərində qiymətləndirilən 60 sotluq torpaq sahəsi var. Cütlük bu torpaq sahəsini 2014-cü ildə Aleksandr Ksencuk adlı şəxsdən alıb.

Oleq Dobrodeyev

Araşdırma müəllifi qeyd edir ki, Oleq Dobrodeyevin təxminən 20 ildir rəhbərlik etdiyi dövlət media holdinqi son illərdə ciddi itkilərə məruz qalıb. 2018-ci ildə şirkətin itkisi 25 milyard rubla çatıb. Üstəlik şirkət rəhbərinin gəlirləri ilə bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur.

“Proekt” Rublyovo-Uspenskidə “Rostex” (Yüksək texnoloji sənaye məhsullarının inkişafının, istehsalının və ixracının təşviqi üzrə Dövlət Korporasiyası) rəhbəri Sergey Çemezovun da yaxınlarına məxsus bahalı əmlaklar tapıb.

Bu məlumatlar Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar əsasında üzə çıxıb.

Sergey Çemezov

Çemezovanın 74 yaşlı qayınanası Lyudmila Rukavişnikova 2014-cü ildən Razdorı kəndində 8 hektarlıq sahəyə sahibdir. Peyk görüntülərinə görə bu ərazidə bir ev hələ də tikilməkdədir. Çemezovun qayınanasının qonşuları arasında maliyyə naziri Anton Siluanov, müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov və digər yüksək vəzifəli şəxslər var.

Rukavişnikovaya məxsus torpaq sahəsinin dəyəri təxminən 3 milyard rubldur. Qadının özünün şəxsi biznesi var. Lakin bu biznes az gəlirlidir və məlum əmlaka sahib olmağa imkan vermir.

Çemezovun ikinci həyat yoldaşı olan Yekaterina İqnatova (Rukavişnikovanın qızı) Rublyovo-Uspenski şossesindəki “Jukovka-2” kəndində 47 hektar əraziyə sahibdir. Bu ərazinin dəyəri təxminən 233 milyon rubldur.

Lyudmila Rukavişnikovaya məxsus torpaq sahəsi

İqnatova anası kimi, bizneslə məşğuldur. “Forbes”in məlumatına görə, ötən il “Rostex” rəhbərinin həyat yoldaşının sərvəti 180 milyon dollar olaraq qiymətləndirilib. Jurnalın verdiyi məlumata görə, 2019-cu ildə İqnatova “Rusiyanın ən zəngin 25 qadını” siyahısında yer alıb.

Çemezovun oğlu, 35 yaşlı Alexandr “Jukovka-3” kəndində 29 sotluq torpaq sahəsinə, 690 kvadratmetrlik evə sahibdir. Həmin ərazidə oxşar əmlak 440 milyon rubla satılır.

“Rostex” rəhbərinin oğlu həm də “ZOO Beer & Grill” restoranının sahiblərindən biridir. Əvvəllər onun “KamAZ”ın rəhbəri Sergey Koqoginlə ortaq biznesi olub.

Rublyovkada eyni zamanda Çemezovun birinci həyat yoldaşı Lyubovun da əmlakı var. Onun “Jukovka-3″də 78 sotluq torpaq sahəsi (təxminən 250 milyon rublluq) və təxminən 580 kvadratmetrlik bir evi var.

Rublyovo-Uspenski şossesi

Bundan əvvəl “Open Media” “Rostex” rəhbəri Sergey Çemezovun 5 milyard rubl dəyərində bir mənzilə sahib olduğunu açıqlamışdı. Mənzil “Moskva” otelinin yerində – “Oxotnıy Ryad” küçəsindəki binada yerləşir. Çemezov və həyat yoldaşı həmin binanın 12 və 13-cü mərtəbələrində, ümumi sahəsi 1434 kvadratmetr olan mənzillərə sahibdirlər.

Açıq mənbələrdən alınan məlumata görə, bu binadakı mənzillərdən bir kvadratmetri 3,5 milyon rubldur. Beləliklə, Çemezovun mənzilinin dəyəri ən azı 5 milyard rubldur.

Sonradan RBC-ya verdiyi müsahibədə Çemezov həyat yoldaşının “Oxotnıy Ryad”da mənzilinin olduğunu təsdiqləmişdi. Lakin “Rostex” rəhbəri qeyd etmişdi ki, bu mənzil 5 milyard rubl dəyərində deyil: “Künc-bucaqda pul yığmıram. Mənim yaxtalarım və təyyarələrim yoxdur. Ailəmizlə birlikdə yaşadığımız gözəl, böyük bir ev var. Saraylar tikmək fikrində deyiləm və buna ehtiyac da yoxdur. Sahib olduqlarım mənə kifayətdir “.

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

“Nar” ictimai fəallığı ilə seçilmiş gəncləri təbrik etdi

Sonrakı yazı

“Gold Baku” şefinin oğlu deputata qarşı: Ağcabədidə müəmma…

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.