- Polad Aslanovun eşq səfəri adı altında xəyanətkar fəaliyyəti
- DTX və Polad Aslanovun cinayət işi üzrə tanınan prosessual şəxslər haqqında qarayaxma kampaniyası aparan Gülmirə Aslanovanın istintaq ifadəsi zamanı Polad Aslanovun əməllərini könüllü olaraq etiraf etməsi
- Azərbaycana qarşı daima irqçi düşmənçilik fəaliyyətilə yadda qalan SƏHƏR-2 kanalına Polad Aslanovun məqsədli müsahibələr verməsi
- Polad Aslanovun mənəviyyatsız əməlinə dəstək verən “mühacir” separatçı Azər Kazımzadənin isterikaya söykənən narahatçılığı və qaralmama kampaniyası
Həqiqət aşkara çıxanda, günah sahiblərinin narahtçılığı və çaşqınlığı diqqətdən yayınmır.Xalqımız əsrlər boyu vətəninə naxələf çıxan xainlərin günahkar əməllərindən əziyyət çəkib. Tarixin bütün dönəmlərində, heç bir ölkədə Vətəninə, xalqına, ölkəsinə, xəyanət edən kəslərəhaqq qazandırılmayıb, heç kim bağışlanmayıb. Odur ki, bu gün kimlərinsə Azərbaycana xəyanət edənlərə haqq qazandırmağa cəhd etməsi, nəinki öz xalqına, eyni zamanda ümumbəşəri dəyərlərə də XƏYANƏTDİR! Başqa cinayətlərdə yüngülləşdirici hallar axtarmaq bəlkə də mümkündür, amma VƏTƏN xainlərinin əməllərində buna cəhd etmək onların əməllərinə ortaq olmaqdan başqa bir şey deyil.Şübhəsiz ki, Vətənə xəyanət edənlərin cəzasız qalması yüzlərlə şəhidin qanı ilə yuyulmuş bu torpağa, şəhid qanı ilə bir daha enməz olan üçrəngli azadlıq bayrağımıza, gerbimizə, himnimizə, suverenliyimizə, xalq olaraq milli idealoji məqsədimizə həqarət olar.
Dövlətə xəyanət maddəsi ilə həbs edilmiş Polad Aslanov haqqında qısa arayış:
“Jurnalist” kimi tanınan Polad Aslanov Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən qonşu İran İslam Respublikasına səfər edərkən, Biləsuvar gömrük sərhəd məntqəsində, dövlət xəyanət etmə əməlilə ötən ilin 13 iyun tarixində həbs edildi. Onun həbsindən sonra dövlətimizə qarşı “insan haqlarının ”, “azad sözün müdafiəsi və jurnalistlərin həbsi” adı altında ideoloji müstəvidə daxilidə və xaricdə anti-milli təbliğatlar başladı. Daxildə cərəyan edən bu təbliğatın mənbəyində duran şəxs-Polad Aslanovun əməllərinin xələfi Gülmirə Aslanova oldu.
Xəyanət yolunun başlanğıcı:
Əsası 1991-cı ildə qoyulmuş Bakı İslam Universitetinin ölkəmizin 4 şəhərində filialı fəaliyyət göstərirdi. Bu universteti filalları da daxil olmaq dini ədəbiyyat və tədris kitabları ilə təchiz etmək işi höccətül-islam İbadulla Ocaqnəjad tərəfindən dəstəklənirdi. Universitetin Sumqayıt filialında təhsil alan tələbələrdən biri də Polad Aslanov olub. Mütəmadi olaraq universitetin fəal tələbələrinin Kərbala, Qum, Hələb və digər dini ziyarətgahlara səfərləri təşkil olunurdu.Tələbələri qeyd edilən məkanlarda “İran İslam İnqilabının Keşikçiləri Korpusu”nun xüsusi kəşfiyyat idarəsi kimi tanınan “SEPAH”ın “Qafqaz büro”sunun əməkdaşları gözləyirdi.
Bu tələbələr arasında aktivliyi ilə seçilən Polad Aslanov da var idi.SEPAH tərəfindən ona həvalə edilən vəzifə dini təşkilatlarla, siyasi partiyalar və vətəndaş cəmiyyəti qurumları ilə bağlantılar qurmaq və nəticə etibarı ilə “Xeberman.com” və “Press-az.com” xəbər portallarının təsisçisi və baş redaktoru sifəti iləverilən tapşırıqları vaxtında yerinə yetirmək idi. Anti-milli və məkirli fəaliyyəti dönəmində Azərbaycana qarşı daima düşmən mövqedə qərarlaşmış SƏHƏR-2 kanalına müsahiblər verməklə ona verilən tapşırıqları maddi və şəxsi maraqlar müqabilində yerinə yetirməkdə həvəsli olan Polad Aslanov, Azərbaycan dövlətinə qarşı anti-milli xəyanətkar fəaliyyətinə uzun müddət sadiq qalmaqla bu mənəviyyatsız fəaliyyətinə başqa-başqa şəxsləri də cəlb etməyə cəhd edib. Lakin, “su səhəngi suda qırıldı”.Polad Aslanov ötən ilin iyun ayının 13-də Dövlət Təhlükəsizlik Xidmətinin apardığı uğurlu əməliyyat-istintaq tədbirləri nəticəsində, İrana keçmək istəyərkən həbs edildi.
Onun həbsindən sonra istintaqa şahid kimi ilk dəfə ifadə verməklə Polad Aslanovun xəyanətkar əməllərini könüllü şəkildə etiraf edən şəxs- elə Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova idi. Həqiqəti etiraf etməsinə baxmayaraq, bu addımından hazırkı vəziyyətdə peşmançılıq hissi keçirən Gülmirə Aslanova ifadə verərkən hədə-qorxuya məruz qaldığını və saxlanıldığı otağa onun anlaqsız vəziyyətə düşməsi üçün “tüstü” buraxıldığını iddia edir. Absurd iddia ortaya qoyan G.Aslanova bu barədə ətraflı danışmaqdan boyun qaçırır və suallardan yayınır. Çünki yaxşı bilir ki, “yalan ayaq tutar, amma yeriməz”…
Xülasə: Hədə-qorxulara məruz qaldığını iddia edən bu şəxs, necə olur ki, DTX haqqında özünün “facebook” sosial şəbəkəsində qorxmadan, çəkinmədən qaralama kampaniyası aparır?!
Göründüyü kimi, Gülmirə Aslanovanın aydınlıq verməli olduğu məsələ bəsit olsa da, o, bu barədə danışmaqdan qaçır, bu barədə onun şəxsi hesabına yazılan rəyləri, ismarıcları silir və həqiqət baxımından ona sərf etməyən şəxslərin hesabını əngəlləyir.
Xəyanət Zənciri
Qeyd etdiyim kimi Polad Aslanovun həbsindən sonra, Azərbaycan dövlətinə qarşı anti-milli təbliğat prosesi başladı. Daxildə bu prosesin mənbəyində duran Gülmirə Aslanova, eləcə də onun“dostları”dırsa, xaricdən də anti-milli ünsürlərin fəaliyyət timsalında bənzər proses formalaşıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı etnik separatizm təbliğatlarını aparan və bu prosesə rəhbərlik edən, qondarma “TMMH”nin başıyekəsi Əlikram Hümbətova məxsus sayt, eləcə də onun xələfi- mənəviyyatsız “mühacir” Azər Kazımzadə qeyd edilən anti-milli təbliğat və qarayaxma prosesində canfəşanlıq edir.
Son günlər Azər Kazımzadə adlı separatçı ünsür Polad Aslanovun işində adı keçən şəxslərin həqiqəti deməsi səbəbinə görə onların haqqında heç bir faktialoji mənbəyə və sübuta əsaslanmayan böhtan xarakterli iddialar irəli sürür.Diqqət yetirdikdə belə bir qənaətə gəlmək mümkündür ki, doğurdan da bu şəxsin Azərbaycan dövlətinə və onu təmənnasız sevən ölkə vətəndaşlarına qarşı nifrəti və ultura qərəzi var. Yoxsa, heç bir mənbəyə və sübuta əsaslanmayan iddiaların ortaya qoyulmasına, nə zəmin yarada bilər ki?!Əslində heç də təəccüblü deyil.
Azər Kazımzadə uzun müddətdirtalış xalqı adından sui-istifadə edərək Azərbaycan dövləti və xalqı əlehinə ermənilərlə eyni cəbhədə yer alıb. O, Əlikram Hümbətovun Azərbaycan xalqına qarşı yönəlmiş xəyanətlərinin davamçısı rolunda çıxış edərək,anti-Azərbaycan dairələrindən aldığı ianələr hesabına separatizmi təbliğ edir və nəticə etibarı ilə insanlar arasında mənəviyyatsızlığa söykənən qaralama kampaniyası ilə çaşqınlıq yaratmağa çalışır. Təsadüfi deyil ki.ona yaxınlığı ilə seçilən Fəxrəddin Abbaszadə (özünü Faxroddin Abboszoda adlandırır) Polad Aslanov kimi dövlətə xəyanət etmə (CM-274) əməlinə görə həbs edilib. Odur ki, onun mahiyyəti üzrə anti-mill qarayaxma kampaniyası və böhtan xarakterli iddiaları heç də təəccüblü deyil. Bələdçisi qarğa olanın burnu həmişə zibilikdə olar…
Sonda onu qeyd edim ki, Azərbaycan dövlətinə qarşı təxribat tribunlarından çıxış edən bu şəxslər bilməlidirlər ki, dövlətimizin və xalqımızın təhlükəsizliyi, əmin-amanlığı etibarlı əllərdədir.Heç bir anti-milli təbliğat, heç bir təxribat və qaralama kampaniyası Azərbaycan dövlətinin dayaqlarını sarsıda bilməz.Azərbaycan dövlətini sevən, xalqını və Vətənini sevərək əziz tutan hər bir Azərbaycan vətəndaşı – Azərbaycan Dövlətinin Xidmətçisi, onun sarsılmazlığının qarantıdır.Odur ki, istənilən təxribat, istənilən anti-milli təbliğat və qaralama kampaniyası faydasızdır.
DÖVLƏTƏ XƏYANƏT BAĞIŞLANILMAZDIR!
Samir Zeynalov