09-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Polad Aslanov işinin gizli tərəfləri açılır — Bakıdan Avropaya uzanan ŞƏBƏKƏ

25 Yanvar 2020, 14:26
Seçmə, Banner
A A
Polad Aslanov işinin gizli tərəfləri açılır — Bakıdan Avropaya uzanan ŞƏBƏKƏ

İranın dini-klerikal dairələrinə bağlı olan, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılan Polad Aslanovun müdafiəçiləri arasında bir şəxs xüsusi diqqət çəkir: Azər Kazımzadə. Buna səbəb onun təkcə canfəşanlığı yox, həm də fəaliyyəti, keçmişi və bu günü, xüsusilə hazırda yaşadığı Almaniyada hansı şəbəkənin içində olmasıdır.

Əslində, bu haqda yazmamaq da olardı, lakin Polad Aslanovun həbsindən sonra ortaya çıxan faktlar, Azər Kazımzadənin timsalında müxtəlif şəxslərin müxtəlif iddialarla çıxış etməsi, başqa ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilən bir şəxsin “siyasi məhbus” kimi qələmə verilməsi, ələlxüsus da bunu bölgədəki dini-klerikal dairələrlə üz-üzə dayanmış Qərbdən edilməsi şübhəli suallar yaradır.

Azər Kazımzadə “mühacir” adı altında yaşadığı Almaniyada olduğu halda İranın dini dairələrinə bağlı şəxsi niyə müdafiə edir? Qərb ölkəsində oturub, elə Qərbin teokratik rejim hesab etdiyi qonşu ölkənin maraqlarından çıxış edənlər kimlərdir? Axtarışlar məsələnin köklərini daha dərinə aparır.

A.Kazımzadə Azərbaycanda olarkən “Tolışe Sədo” qəzetinin əməkdaşı olub. Azərbaycanda dinindən, etnik kimliyindən asılı olmayaraq, hər kəs bərabərhüquqlu vətəndaşdır və bu gün hakimiyyətin hər üç qolunda – istər icra, istər qanunverici orqanlarında, istərsə məhkəmə-hüquq sistemində təmsil olunmaq hər bir fərdin şəxsi keyfiyyəti, bilik və bacarığından asılıdır, kimliyindən yox. Ölkədə mövcud olan bu mənzərəni xatırlatmağa Azər Kazımzadənin çalışdığı qəzetin fəaliyyəti fonunda zərurət var. Çünki bu qəzetin bu və ya digər formada separat fəaliyyətlə məşğul olduğu, Polad Aslanovun bağlı olduğu məlum dini dairələrin göstərişləri ilə hərəkət etdiyi haqda kifayət qədər fakt var və məhz buna görə zamanında qanun qarşısında cavab verməli olublar. Azər Kazımzadə isə bu şəbəkənin son qalıqlarından hesab oluna bilər.

Azər Kazımzadə Azərbaycanda dövlətçiliyin əleyhinə fəaliyyəti ilə seçilirdi, daha sonra “məni təqib edirlər” iddiası ilə Gürcüstana, oradan da Almaniyaya qaçdı. Almaniyada “söyüş müxalifəti” kimi tanınan şəbəkənin fəal üzvlərindəndir.

Diqqətçəkən əsas məqam isə budur: Azər Kazımzadə niyə Polad Aslanovun müdafiəsinə qalxır?

Araşdırmalarımız nəticəsində bununla bağlı bir sıra açıq və qapalı olan məqamlar ortaya çıxdı.

Əldə etdiyimiz məlumata görə, Azər Kazımzadə Polad Aslanovun həyat yoldaşı, hazırda sosial şəbəkələrdə onun müdafiəsini aktiv şəkildə təşkil edən, bu mövzuya toxunan hər kəsə hücum edən Gülmirə Aslanovanın istəyi ilə hərəkətə keçib. Onun sosial şəbəkə hesabında yazdıqları da bunu sübut edir.

Misal üçün, o, Polad Aslanovun İranın xüsusi xidmət orqanlarının “tapşırığını” yerinə yetirməkdən boyun qaçıran “Azerbaycanrealligi.com” saytının təsisçisi Dəyanət Babayevi təhdid etməsinə haqq qazandırır və ikincini məsələni ictimaiyyətləşdirdiyi üçün ittiham edir. Həmçinin, müxalif materialları ilə tanınan jurnalist Arifə Əliyeva da Azər Kazımzadənin “hədəf siyahısındadır”. Məlumatlara görə, bu kampaniya Polad Aslanovun həyat yoldaşı ilə paralel şəkildə aparılır.

Azər Kazımzadənin Polad Aslanovun müdafiəsi naminə “aslan kimi kükrəməsi” onların eyni əqidənin daşıyıcı olmasından, yəni, birincinin də ikinci kimi bəlli dairələrə bağlı olmasından qaynaqlanır. Yeganə fərq Polad Aslanovun dini bölücülüklə, Azər Kazımzadənin isə milli bölücülüklə məşğul olmasındadır. Hərçənd, onların iplərini tutan dairələr hər iki istiqamətdən Azərbaycan dövlətçiliyinə qarşı təhlükəli oyunlar qururlar.

Ən nəhayət, Azər Kazımzadə Almaniyadakı təmsil olunduğu şəbəkə hansıdır?

Avropada İrana bağlı müxtəlif şəbəkələrin olduğu haqda məlumatlar Qərb mediasında da zaman-zaman yazılıb. Bu şəbəkələr insan haqları, demokratiya kimi dəyərlər adı altında bağlı olduqları dairələrin maraqlarına xidmət edirlər. Avropa ölkələrində “mühacir” adı altında yaşayan azərbaycanlılardan bəziləri isə “Demokratik Azərbaycanı Seç” (DAS) adlı təşkilatın çətiri altında eyni şəbəkənin maraqlarına xidmət edirlər.

DAS 2018-ci ildə Almaniyada yaradılıb. Məlumatlara görə, Azərbaycanda “şəriət rejimi” qurmaq istəyən, Nardaran və Gəncə hadisələrinin təşkilatçısı olan “Hüseyniyyun” qruplaşmasının Avropa qanadıdır. Təşkilatın əsas işi Avropadakı “söyüş müxalifəti”nin üzvlərini öz ətrafında birləşdirmək və Azərbaycana qarşı “insan haqları” iddiaları üzərindən hücumlar etməkdir. Məqsəd isə İran ətrafında yaranmış gərginliyi Azərbaycanın üzərinə köçürmək, diqqəti rəsmi Bakının üzərində cəmləməkdir. Azər Kazımzadə məhz DAS-ın fəal üzvlərindən biridir.

İndi onun Polad Aslanovun müdafiəsinə qalxması və Azərbaycan dövlətinin maraqlarından çıxış edənlərə hücuma keçməsinin iddia etdiyi kimi “demokratiya” ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, Azər Kazımzadə Azərbaycana doğru uzanan caynaqlarının bir-bir kəsilməsindən narahat olan bəlli dairələrin göstərişi ilə canfəşanlıq edir. Özünü və ətrafını ifşa etməklə…

Vasif Həsənli
Demokrat.az

Əvvəlki yazı

Romanovların 280 il əvvəl rədd etdiyi elçilik:NADİR ŞAH ƏFŞAR HANSI SİYASİ İDEYASI İLƏ PUTİNİ QABAQLAYIB?

Sonrakı yazı

“Polisin qıza təcavüz etməsi iddiası tamamilə əsassız və uydurmadır” — Ehsan Zahidov

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.