06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İcra nümayəndəsi deputatlığa namizədə görə işdən çıxarılıb?

23 Yanvar 2020, 23:23
Gündəm, Banner
A A
İcra nümayəndəsi deputatlığa namizədə görə işdən çıxarılıb?

Ağköynəklilərin keçmiş deputata etiraz etdiyi, buna görə icra nümayəndəsinin cəzalandırıldığı bildirilir

106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən namizədliyi qeydə alınmış Ülviyyə Ağayeva ilə Qazax rayonunun Ağköynək sakinləri arasında mübahisə yaranıb. Bu barədə Meydan TV-yə məlumat verən kənd sakinlərinin sözlərinə görə, hadisə yanvarın 18-də baş verib. Onlar indiyədək deputat olmuş Ülviyyə Ağayevanın ötən müddət ərzində seçicilərlə görüşməməsi, onlarla maraqlanmaması ilə bağlı narazılıqlarını bildiriblər. Seçicinin yüksək tonla şikayət etməsindən əsəbləşən namizəd ona “mənim tərbiyəm yol vermir ki, bağıra-bağıra danışım. Ona görə sakit danışacam”, – deyə cavab verib. “Belə çıxır biz tərbiyə görməmişik” deyən bir qrup Ağköynəkli sakini Ülviyyə Ağayevanın yenidən deputat seçilməsinə narazılıq edib. Onlar namizədə səs verməyəcəklərini deyiblər və onun kənddən çıxıb getməsini istəyiblər.

Adlarının açıqlanmasını istəməyən kənd sakinlərinin sözlərinə görə, bu hadisədən sonra Ağköynək kənd icra nümayəndəsi Aydın Hacıyev Qazax Rayon İcra Hakimiyyətinə çağırılıb. Onun işdən çıxmasına dair ərizəsi alınıb.

“Ovqat.com” saytı isə yazır ki, icra hakimiyyətində Aydın Hacıyevdən kəndliləri adından Ülviyyə Ağayevadan üzr istəməsi və yenidən görüş təşkil olunması tələb olunub. Əks halda işdən çıxarılacağı deyilib. İcra nümayəndəsi kənd sakinlərini razı sala bilməyəcəyini deyərək, üzr istəməkdən imtina edib. Buna görə də onu vəzifəsindən azad ediblər.

Qazax Rayon İcra Hakimiyyətindən Meydan TV-yə həqiqətən Aydın Hacıyevin məsələ ilə bağlı çağırıldığını təsdiqləsələr də, onun işdən çıxarılıb-çıxarılmadığına aydınlıq gətirməyiblər. “Mən bu suala cavab verəcək adam deyiləm, siz icra başçısı və ya müavini ilə əlaqə saxlayın”, – deyə adını söyləməkdən çəkinən İH əməkdaşı bildirib.

Aydın Hacıyev isə Meydan TV-yə deyib ki, onun işdən çıxarılması ilə bağlı məlumat həqiqətəuyğun deyil. İcra nümayəndəsi başqa suallara cavab vermək istəməyib. Nümayəndəliyin əməkdaşı isə deyib:

“Aydın müəllim bu gün işdə idi. Biz də eşitmişik ki, çıxarılıb, amma özü işə gəlmişdi, ətraflı məlumatımız yoxdur”.

Mərkəzi Seçki Komissiyasından məsələni araşdıracaqlarını bildiriblər. Qanunla icra hakimiyyətinin seçkilərə müdaxiləsi yolverilməzdir və hər hansı bir namizədin xeyirinə təbliğat kampaniyasında iştirak etməməlidir.

Əvvəlki yazı

Biləcəri qəsəbə sakinləri KÖNÜL İSMAYILOVAya problemlərdən danışdı – VİDEO

Sonrakı yazı

Qənirə Paşayeva Tovuzda gün ərzində fərdi şəkildə görüşmək istəyən 100-dən artıq sakini qəbul edib – FOTOLAR

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.