46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa bitərəf namizəd Ziya Əliyevin seçicilərlə görüşləri davam edir. Reportyor.info-ya verilən xəbərə görə, Z.Əliyev şirvanlı seçicilərin problemlərini öyrənir, onlarla görüşdə seçki platformasını açıqlayır, Milli Məclisə üzv seçiləcəyi halda görəcəyi, qaldıracağı işləri diqqətə çatdırır.
Deputatlığa namizədin görüşləri yüksək səviyyədə keçir və seçicilər ona dəstək olacaqlarını qeyd edirlər. Bu dairədən onun əsas rəqibi mərhum nazir Yavər Camalovun oğlu Rəşad Camalovdur.