Deputatlığa namizədliyini irəli sürən Əliyev Ziya Fəxrəddin oğlunun 46 saylı Şirvan seçki dairəsindən namizədliyi qeydə alınıb.
Bu barədə Reportyor.info-ya verilən məlumatda bildirilib. Z.Əliyev sahibkardır və Şirvanda böyük hörmətə malikdir.
O, uzun müddət özünə qarşı edilmiş haqsızlıqla bağlı hüquqi müstəvidə mübarizə aparıb və məmurlar tərəfindən incidilib. Lakin hüquqlarının bir qismini bərpa etməyə nail olub.
Z.Əliyevlə eyni dairədə mərhum nazir Yavər Camalovun oğlu Rəşad Camalov, YAP-ın irəli sürdüyü Şirvan Gənclər və İdman idarəsinin rəisi Azər Quliyev, Xalqxeber.az saytının baş redaktoru, Ümid Partiyasından Peyman Sadıqov və jurnalist İsmayıl İslmoğlu kimi tanınmış namizədlər deputat mandatı uğrunda mübarizə aparacaqlar.
REPORTYOR.info
Arifə