23-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Binəqədidə YAP namizədləri ilə görüş keçirildi

18 Yanvar 2020, 19:39
Cəmiyyət
A A
Binəqədidə YAP namizədləri ilə görüş keçirildi

PİA.az xəbər verir ki, yanvarın 17-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən 9 fevral 2020-ci il tarixdə ölkəmizdə keçiriləcək VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyasına start verildi. Kampaniya çərçivəsində partiyanın millət vəkilliyinə namizədləri – 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə Kübra Əliyarlı, 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə Kamaləddin Qafarov, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə Anar Əliyevin üzərində Yeni Azərbaycan Partiyasının “Daha güclü Azərbaycan naminə” şüarı yazılan təbliğat plakatları müvafiq məntəqə seçki komissiyalarının təbliğat lövhələrinə yerləşdirildi.

Həmin gün YAP Binəqədi rayon təşkilatı tərəfindən partiyanın millət vəkilliyinə irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə ilk görüşü keçirildi. Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, hər 3 dairə seçki komissiyası üzrə seçicilər, partiyanın fəalları iştirak edirdilər.

Görüşü giriş sözü ilə açan Ramiz Göyüşov ölkəmizdə ən məsuliyyətli və ən əlamətdar günlər yaşanıldığını vurğuladı. Bildirdi ki, müstəqil bir ölkə kimi Azərbaycan özünün dinamik inkişafının növbəti mərhələsinə yeniləşən cəmiyyət, qüdrətli iqtisadiyyat və davamlı islahatlarla zəngin yeni mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən səmərəli daxili və xarici siyasət, iqtisadi, siyasi, sosial və hüquqi islahatların şaxələndirilməsi nəticəsində Azərbaycan nəinki regionun, bütövlükdə dünyanın ən stabil inkişaf tempinə malik dövlətləri sırasında yer almaqdadır. Daha sonra o, seçkilərin ölkə tarixindəki mühüm rolunu vurğulayaraq, hər bir namizədə bu məsuliyyətli yolda müvəffəqiyyətlər arzuladı. Hər bir namizəd haqqında məlumat verərək tədbir iştirakçılarını parlament seçkilərində fəal iştirak etməyə, ölkənin əlamətdar tarixində pay sahibi olmağa çağırdı.

Daha sonra 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə namizəd Kamaləddin Qafarov çıxış edərək bildirdi ki, rayonumuzda mövcud olan çətinlik və problemlərin aradan qaldırılması hər birimizdən məsuliyyət, sosial təəssübkeşlik, gələcək ümumi yüksəliş və rifah üçün milli canıyananlıq tələb edir. Rayonumuzda öz həllini gözləyən məsələlər müvafiq dövlət qurumlarının, icra strukturlarının, idarə, müəssisə və təşkilatların, dövlət nümayəndələri ilə bərabər, həm də hər bir Binəqədi sakininin qayğı və probleminə çevrilməlidir. Bu da mənim ən böyük amalımdır. Onun sözlərinə görə, neçə illərdir Binəqədi rayonunda aparılan genişmiqyaslı tikinti-abadlıq işləri, park və xiyabanların salınması, yolların çəkilməsi, müxtəlif infrastrukturların yaradılması, sosial proqramların reallaşdırılması göz önündə baş vermişdir. Bundan sonra bu abadlıq və Binəqədi camaatının rifah halında yaşamasında pay sahibi olacağına görə qürur hissi duyğunu və ona Yeni Azərbaycan Partiyası tərəfindən göstərilən böyük qayğı və yüksək etimadı doğruldacağına söz verdi.

Görüşdə çıxış edən 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə namizəd Kubra Əliyarlı bildirdi ki, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün ölkəmizdə çoxsaylı iqtisadi, sosial, siyasi islahatlar həyata keçirilir, yeni infrastruktur layihələri icra olunur, əhalinin rifahının daha da yüksək səviyyədə təmin edilməsi, ictimai-siyasi sabitliyin davamlı və daha da möhkəm olması istiqamətində mühüm işlər görülür. Seçkilərə YAP deputatlarının hamısı görüləcək işləri nəzərdə tutan geniş platforma ilə gedir. Dövlətə, xalqa xidmət etməyi özünə şərəf bildiyini və bu yolda seçicilərələrə fəxarətlə xidmətin ən müqəddəs missiyası olacağını vurğulayan gənc namizəd seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı.

Daha sonra çıxış edən 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə namizəd Anar Əliyev göstərdi ki, ona göstərilən bu etimad onu daha məsuliyyətli olmağa sövq edir. Bu məsuliyyətli və çətin yolda ona göstərilən etimadı doğrultmaq üçün daha səylə çalışacağını bildirdi.

Görüşün sonunda seçicilər onları maraqlandıran sualları namizədlərə ünvanladılar. Sonda xatirə şəkli çəkildi.

pia.az

Əvvəlki yazı

Qeyri-millətlərdən olan deputatlığa namizədlər… (SİYAHI)

Sonrakı yazı

İş adamı Yavər Camalovun oğluna rəqib oldu -Şirvanda döyüş…

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.