02-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Oqtay Gülalıyevin səhhətindən xəbər var

18 Yanvar 2020, 12:44
Cəmiyyət
A A
Oqtay Gülalıyevin səhhətindən xəbər var

Ötən il oktyabrın 29-da avtomobil vurması nəticəsində ciddi xəsarət alaraq komaya düşən hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi Türkiyədə davam etdirilir. Komadan ayılmasa da, ailəsinin sözlərinə görə artıq onun vəziyyətində müsbətə doğru dəyişiklik var.

 

Belə ki, “Azadlıq” radiosuna açıqlamasında xanımı Firuzə Gülalıyeva söyləyib ki, bu il yanvarın 10-da Oqtay Gülalıyevin başında aparılan əməliyyatdan sonra indiyədək olan qızdırması artıq iki gündür ki, düşüb: “Həm də artıq Oqtayın reaksiyaları da normallaşır. Belə ki, yanvarın 10-da keçirilmiş əməliyyatdan sonra reaksiyaları zəifləmişdi. Həkimlər bunu əməliyyatla əlaqələndirirdilər. İndi isə artıq gözlərini açır, əllərini əməliyyatdan əvvəlki tempdə hərəkət etdirə bilir”.

 

Onun sözlərinə görə, əməliyyat zamanı beyinə qan sızması və başqa mənfi hallar aşkar edilməyib. F.Gülalıyeva deyib ki, yığılan mayenin axıdılması üçün başın sağ hissəsinə şunt qoyulub: “Amma həkimlər Oqtayda şüur oyanıqlığı baş verməsinin zaman alacağını, gözləməyin lazım gəldiyini deyirlər”.

 

Oğlu Əli Gülalıyev sosial şəbəkədə yazmışdı ki, sonuncu əməliyyat üç saatdan bir az çox çəkib: “Atamın başında kəskin su yığıntısı müəyyən edilib. Həkimlər hesab ediblər ki, həmin suyun baş-beyindən kənarlaşdırılması üçün əməliyyat olunmalıdır. Bu məqsədlə bu əməliyyatı keçiriblər. Həkimlərin dediyinə görə, bu su yığıntısı beynin funksiyasını da yerinə yetirməyə maneçilik törədir, ona görə də əməliyyat zərurətə çevrilib”.

 

“Yeni Müsavat”a açıqlamasında professor Adil Qeybulla da bildirdi ki, Oqtay Gülalıyevin ayılması üçün müəyyən zaman lazımdır. Həkimin sözlərinə görə, ayılmadan sonra onun beyninin nə dərəcədə zərər görməsi məlum olacaq.

 

Bildirək ki, qəza zamanı Oqtay Gülalıyevin beynin sol yarımkürəsi ciddi zərər görüb. Bu hissədən isə insanın yazı yazmaq, danışmaq və digər bu kimi bacarıqları idarə edilir. Ona görə də həkimlər hüquq müdafiəçisinin beyninin nə dərəcədə itkisiz ayılacağını proqnozlaşdıra bilmirlər. Bildirilir ki, Oqtay Gülalıyevin komadan ayılması üçün yavaş-yavaş reaksiyaların əmələ gəlməsi müsbət haldır. İrəli doğru gedişlərin göstəricisidir. Onu da bildirək ki, yanına gedənlərin çəkdikləri videolardan açıq şəkildə görünür ki, Oqtay Gülalıyev gözlərini qırpır, ağzını tərpədir.

 

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

 

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər. Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılıb və orada müalicəsi davam etdirilir.

Əvvəlki yazı

Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib –Dаxili İşlər Nаzirliyi

Sonrakı yazı

İqbal Ağazadə Mehmandarov küçəsinin sakinləri ilə görüşdü – Fotolar

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

29 Yanvar 2026, 16:23
Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

29 Yanvar 2026, 16:22
Əli Əsədov sərəncam imzaladı

Əli Əsədov sərəncam imzaladı

29 Yanvar 2026, 16:20
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

29 Yanvar 2026, 16:18
Rusiya azərbaycanlı blogeri axtarışa verdi

Rusiya azərbaycanlı blogeri axtarışa verdi

28 Yanvar 2026, 17:41
İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

28 Yanvar 2026, 17:39
Xalq rəssamının qızı həbs olundu

Xalq rəssamının qızı həbs olundu

28 Yanvar 2026, 17:36
Rəsul Çunayevə vəzifə verildi

Rəsul Çunayevə vəzifə verildi

28 Yanvar 2026, 17:34
İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

28 Yanvar 2026, 17:32
15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

28 Yanvar 2026, 17:31
İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

28 Yanvar 2026, 17:28
“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

28 Yanvar 2026, 17:25
Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

28 Yanvar 2026, 17:21
Bayramov çinli həmkarı ilə görüşdü

Bayramov çinli həmkarı ilə görüşdü

28 Yanvar 2026, 17:19

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.