24-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Nar” 2018-ci ilin ilk rübünün nəticələrini açıqladı

03 May 2018, 12:26
Cəmiyyət
A A
“Nar” 2018-ci ilin ilk rübünün nəticələrini açıqladı

“Azerfon” MMC (“Nar” ticarət nişanı) cari ilin ilk rübünün nəticələrini açıqlayıb. Nəticələrə əsasən, bu dövr ərzində şirkət bir çox göstəricilər üzrə yüksək artım dinamikası nümayiş etdirib. Bu göstərici üzrə təkcə paytaxt ərazisində deyil, həmçinin bölgələrdə də yüksək nəticə əldə edilmişdir ki, bu da mobil operatorun regionlardakı şəbəkəsini gücləndirməsi sayəsində mümkün olmuşdur. Belə ki, “Nar”-ın sərfəli internet paketləri sayəsində ilin ilk rübündə mobil internetdən istifadədə 68% artım olmuşdur. Dünya təcrübəsində mobil zənglərə tələbatın azalma trendinə baxmayaraq, “Nar”-da səsli zənglərin həcmi keçən ilə nisbətdə dəyişməz olaraq qalmışdır.

Cari ilin ilk üç ayı ərzində mobil operator ölkə ərazisində 156 yeni baza stansiyası quraşdırmışdır. Mobil operator Bakı şəhəri və Abşeron yarımadasında  84, Gəncə, Göyçay, Quba, Cəlilabad, Mingəçevir, Salyan, Şəki, Şəmkir, Tovuz, Zaqatala və respublikanın digər bölgələrində isə 63 yeni LTE baza stansiyasını istifadəyə vermişdir. Artıq bölgələrdəki “Nar” abunəçiləri də mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet resurslarından daha səmərəli şəkildə istifadə edirlər.

“Cari ilin ilk rübündə göstərdyimiz nəticələri çox müsbət qiymətləndirirəm. Bu nəticələr “Nar”-ın sərfəli qiymətləri və abunəçi yönümlü strategiyası sayəsində mümkün olmuşdur. Şəbəkə infrastrukturuna yatırdığımız sərmayələr nəticəsində 3G və 4G şəbəkəmizi əhəmiyyətli dərəcədə genişləndirdik”, – deyə “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke nəticələri şərh edərkən bildirib.

Hazırda genişləndirilmiş “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir.

Əvvəlki yazı

“Ermənilərin yararsız hala saldığı “KamAZ” hadisə yerindən çıxarılır” – Müdafiə Nazirliyi

Sonrakı yazı

İmkansız tələbələri şantajla fahişəliyə məcbur edən azərbaycanlı qadın tutulub

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.