13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rekordçu namizəd: 29 ildir deputat olan Hacı Madərdən şok – Faktlar

12 Yanvar 2020, 23:59
Manşet, Banner
A A
Rekordçu namizəd: 29 ildir deputat olan Hacı Madərdən şok – Faktlar

Prezident yaşı 70-i ötmüş Artur Rasi-zadə, Hacıbala Abutalıbov, Abid Şərifov, Əli Həsənov, Ramiz Mehdiyev, Ramil Usubov kimi məmurlarla vidalaşdı, dövlətə xidmətlərinə görə minnətdarlıq elədi və gəncləri irəli çəkməyə başladı.

Bu, həm hakimiyyətin cavanlaşdırılması, həm mobil, çevik, enerjili bir idarəetmə sistemi, təzən nəfəs, qan gətirilməsi modelinin tətbiqi siyasətidir.

Təbii ki, ictimaiyyət də, xalq da, müxalifət və iqtidar rəsmiləri də prezidentin kadr islahatlarını təqdir etdilər, yüksək postların gənclərə həvalə olunmasını müsbət qiymətlənirdilər.

Reportyor.info-nun xəbərinə görə, bu dəyişikliklərlə daban-dabana zidd olan isə 29 ildir deputat “işləyən” hacı Madər Musayevin yenidən namizədliyini irəli sürməsidir.

1990-cı ildən mandatsız günü olmayan M.Musayev 10 saylı Binəqədi 3-cü seçki dairəsindən deputatlığa namizədliyini elan edib.

Eyni dairədən 5 dəfə təkrar deputat olan hacı Madəri hamı varlı iş adamı kimi tanıyır. 1947-ci il təvəllüdlü biznesmen, rekordsmen deputatın 72 yaşı var.

Hacı Madər 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986-1995-ci illərdə “Bahar” ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.

Hacı Madəri özündən yaxşı tanıdan olmayıb. Onun vaxtilə apa-ya verdiyi müsahibədəki etirafları deputat kimi heç bir fəaliyyəti olmadığını sübut edib.

O, etiraf edib ki, indiyə qədər parlamentə hər hansı qanun layihəsi təqdim etməyib. Sonra boynuna alıb ki, orta məktəbdəyaxşı oxumayıb, həmişə arxa sırada oturub.

Ardınca deyib ki, indiyə kimi bir dəfə də olsun seçicilərimlə görüş keçirməmişəm. Bunu belə izah edib ki, guya Binəqədi camaatı onu tanıyır, gördüyü işlərdən agahdır. Yəqin ki, zarafat edib.

Müsahibəsində bir məqam da var: Ola bilər ki, Milli Məclisdə məni danışan deputat kimi tanımasınlar. Ancaq Azərbaycanda yetərincə tanınıram. Doğrudan da, parlament danışmaq yeridir. Ancaq mənim boş danışıqdan zəhləm gedir.

Sanki kimsə Hacı Madərə təklif edir ki, Milli Məclisdə boş danışsın, yaxud da bu fikri ilə həmkarlarından kimlərəsə eyham vurur, onların boş-boş danışdıqlarına işarə edir.

29 ildir deputat olan Musayev müsahibəsində onu da təsdiqləyib ki, şəhərdə “012” ilə olan avtomobillər ona məxsusdur: “12 rəqəmini 12 imam kimi qəbul etmişəm. Nədənsə həmişə bu rəqəmə meyl etmişəm.

Bəzən aldığım maşın üçün nömrə götürməyə gedəndə heç xahiş etməmiş polislər mənə “012” nömrəsini verirlər. Hərdən mənə elə gəlir ki, başqa nömrə götürsəm, nə isə pis bir şey baş verə bilər”.

Bu qədər absurd açıqlamalardan sonra M.Musayev yenə deputat olmaq istəyir. Onun bir müsahibəsi ilə özünü bitirdiyi göz qabağındadır. Elə yaxşı ki, Milli Məclisdə danışan deputatlardan olmayıb, hər dəfə bir sözlə aləm qata bilərdi. Çünki ötən il Binəqədi şossesində BMW markalı, 10-BB-015 dövlət nömrə nişanlı və “Bentley” markalı 10-DD-012 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri əks istiqamətə çıxı və digər hərəkət iştirakçılarına real təhlükə yaratmışdı. Bu haqda video fakt var.

Bundan sonra sürücülər elə əks istiqamətdə yoluna davam edərək qarşıdan gələn nəqliyyat vasitələrinin önünə çıxır. Məlum olur ki, “Bentley” markalı 10-DD-012 dövlət nömrə nişanlı avtomobilHacı Madər Musayevə məxsusdur.

Hacı Madər isə hadisəyə belə analoqsuz bir reaksiya vermişdi: “Mənə məxsus olsaydı, bunu gizlətməzdim. Lap tutalım ki, mənimdir, həmin mən sürmüşəm. Sonra nə olacaq? Cəriməsi nədirsə ödəyəcəm də!

Məgər Bakıda olan “012” nömrəli maşınların hamısı mənimdir? Məsələyə digər tərəfdən baxaq: lap həmin “012” nömrəli maşın mənimdir, sükan arxasında da mən olmuşam, yolda “protiv” də mən getmişəm. Burada nə böyük qəbahət var?

Tıxacqdır, istənilən tıxaclı yollarda maşınlar belə gedə bilir. Kamera çıəkib, əgər cəriməsi varsa, gedib cəriməsini ödəyəcəm, məsələ bitəcək. Daha bunu nə üçün böyütmək lazımdır? Mən bu cür məsələlərin sosial şəbəkələrdə nə üçün müzakirə olunduğunu anlaya bilmirəm”.

Yəni, şərh vermək mümkün deyil. No comment! 29 ilin deputatı yolun əks istiqamətinə çıxmaqda problem görmür. O, hesab edir ki, “protiv” getmək olar. Anlaşılandır, elə 29 ildir deputatlığı da “protiv” gedir.

Ona görə belə danışıb. Hacı Madər hesablamır ki, yolun əks istiqamətinə çıxan avtomobil hansı qəzanı törədə bilər, kiminsə ailəsini, evini yıxa bilər.

Ancaq pullu, sərvətli, özündənrazı deputatı bu maraqlandırmır, deyir ki, cəriməsi nədirsə ödənəcək. Həyatda hər şey pulla ölçülmür.

Qeyd edək ki, Madər Musayev “Favorit” marketlər şəbəkəsinin rəhbəridir. Seçicilər də M. Musayevin deputat fəaliyyətindən narazıdır: Bu şəxs deputat mandatından ancaq öz biznesini genişləndirmək üçün yararlanıb. Onun çoxlu obyektləri, torpaq sahələri, maşın kolleksiyası, mağazaları olduğu söylənir.

REPORTYOR.info

Əvvəlki yazı

1047 nəfərin deputatlığa namizədliyi qeydə alındı

Sonrakı yazı

Bakıda məktəbli qız itkin düşdü – FOTO

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.