15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sərdar Cəlaloğlu: “Əli Həsənov təklif etdi ki…”

10 Yanvar 2020, 10:54
Siyasət, Seçmə
A A
Sərdar Cəlaloğlu: “Əli Həsənov təklif etdi ki…”

 

Hurriyet.org saytının Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun adından yaydığı “Azərbaycan Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov uzun illər ərzində fəaliyyətimlə bağlı tezislər, tapşırıqlar ötürürdü, tapşırıqları Əli Həsənovdan alırdım” açıqlaması son iki günün ən qalmaqallı hadisələrindən biri oldu.

Hürriyet.org saytının təsisçisi Vüqar Məmmədov bununla bağlı yaydığı bəyanatda bildirib ki, bu, təxribatdır. “Saytımız haker hücumuna məruz qalıb. Sayta kənar müdaxilə ilə bizim adımızdan əleyhimizə materiallar yerləşdirilir. Bir neçə gün əvvəl də saytımızı dağıtmağa cəhd etmişdilər. Bununla bağlı DTX, Baş Prokurorluq və Rabitə Nazirliyinə müraciət olunub”.

Saytın baş redaktoru Anar Həsənli də oxşar bəyanat verərək bildirib ki, sözügedən material redaksiya tərəfindən hazırlanmayıb və sayta kənar müdaxilə ilə yerləşdirilib.

Qeyd edək ki, xəbərin sensasion məzmunu və S.Cəlaloğlunun qardaşı Vüqar Məmmədovun rəhbəri olduğu saytda yayımlanması materialın digər mətbuat orqanlarında yayılmasına səbəb olub.

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, bu hadisə seçki kampaniyasında ADP-nin bütün namizədlərinə qarşı qurulan qara piar idi, həm də seçki prosesində aranı qarışdırmağa hədəflənib: “Haker hücumu təşkil ediblər. Dörd saat ərzində ”Hürriyyət”in moderatoru sayta girə bilməyib ki, həmin saxta yazını oradan çıxarsın. Biz DTX-ya və Rabitə Nazirliyinə müraciət edəndən sonra sayta haker hücumu, bloklama aradan qalxıb. Bundan sonra saytın admini həmin saxta yazını saytdan silə bilib. Yəni faktiki olaraq bu, bizə qarşı təşkil olunmuş aksiya idi. Biz DTX-ya müraciət etmişik ki, bu aksiyanın arxasında kimin, hansı qüvvənin dayandığını araşdırıb tapsınlar”.

Sərdar Cəlaloğlu hesab edir ki, seçki dövründə belə bir təxribatın təşkil edilməsi həm də prezident İlham Əliyevin demokratik seçki keçirmək siyasətinə qarşı bir addım idi: “Son 10 gündə ”Hürriyyət”in saytına 8 dəfə haker hücumu olub. Sonuncu hücum da bu oldu. Belə çıxır ki, bunu edə bilənlər sabah dövlətimizə qarşı da hansısa çox böyük zərbə vuran materialları saytlara yerləşdirə bilərlər. Ona görə də müvafiq dövlət qurumları bu məsələni çox ciddi araşdırmalıdır və tədbir görməlidirlər.

Bizdə məlumat var ki, icra başçılarına, məktəb direktorlarına seçkiyə hər hansı şəkildə müdaxilə etməməklə bağlı tapşırıqlar verilib. Şəxsən bizim imzatoplama kampaniyamıza bir dənə də olsun maneçilik törətməyiblər. Başqa yerlərdən də imzatoplama prosesinə maneələrin olmadığı barədə xəbərlər alırıq. Bu da onu deməyə əsas verir ki, seçkilərə müdaxilə edilməməsi barədə dövlətin rəhbərliyinin iradəsi var. Amma belə görünür ki, hansısa qüvvələr seçki kampaniyasının gedişində saxta yazılar yaymaqla müsbət prosesi pozmağa çalışırlar. Çünki faktiki olaraq bir müxalifət partiyasının, onun liderinin nüfuzuna seçki kampaniyasının gedişində zərbə vuran təxribat həyata keçirilib. Bunu edənlər tapılmalıdır”.

Sərdar Cəlaloğlu onu da qeyd etdi ki, Əli Həsənovla hələ Azərbaycan Demokrat Partiyası təsis edilməmişdən xeyli öncə tanışlığı, yaxşı münasibətləri olub: “Əli Həsənov qardaşım Qurban Məmmədovla tələbə vaxtı bir otaqda qalırdı. Mən onu ilk dəfə orada görmüşəm. Əli Həsənov Moskvada oxuyanda mən oraya getmişdim. O zaman azərbaycanlı tələbələr Azərbaycan nümayəndəliyinə toplaşmışdılar. Mən orada çıxış etdim. Əli Həsənov da tələbə kimi orada idi. 1990-cı ilin əvvəlində isə Əli Həsənov təhsilini başa vurub, Naxçıvana gəldi. Orada görüşdük. Hətta Əli Həsənov bizim mitinqlərdə çıxış eləmək istəyirdi. Yəni onunla bizim təmaslarımız, münasibətlərimiz hələ Azərbaycanın müstəqilliyi bərpa olunmazdan öncələrə qədər gedib çıxır. Bir-birimizə dost, yoldaş kimi hörmətimiz var idi. Heydər Əliyev hakimiyyətə gələndə Əli Həsənov Heydər Əliyevin adından mənə və Qurban Məmmədova hakimiyyətdə təmsilçilik təklifini gətirmişdi. Biz isə təklifə görə təşəkkürümüzü bildirdik və Əbülfəz Elçibəyi müdafiə etdik. Bundan sonra da Əli Həsənovla Qurban Məmmədov dostluq münasibətlərini davam etdiriblər. Əli Həsənovun Prezident Aparatının İctimai-siyasi şöbəsinə vəzifəyə gəlməsindən sonra təkcə mənimlə yox, üzdə olan bütün siyasi partiya liderləri ilə təması, görüşləri, danışıqları olub. Mənimlə də telefon əlaqələri saxlayıb. Bizim təsisçisi olduğumuz media orqanlarında gedən dövlətçiliklə, mühüm siyasi məsələlərə bağlı öz fikirlərini bildirib, yaxud təkzib edib. Bir də əlaqələrimiz olub itqidar-müxalifət dialoqunun təşkili məsələlərində. Əli Həsənovun vəzifəsinin tələbi bu idi ki, siyasi partiyalarla əlaqə qursun.

Əli Həsənovun yaxınları vəfat edəndə yasına getmişəm. Əli Həsənov da mənim qardaşımın oğlu şəhid olanda, qardaşım vəfat edəndə hökumət adından mənə zəng edib başsağlığı verib. Yəni bu cür sıx əlaqələrimiz olub. Bütün bunlar tamamilə normal və təbiidir”.

Əvvəlki yazı

Nərminin qətli haqda şok açıqlama

Sonrakı yazı

Eldar Mahmudovun adamları hərəkətdə – Gizlinlər

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.