29-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hafiz Hacıyev: “Onları Milli Məclisə buraxmaq olmaz”

09 Yanvar 2020, 13:58
Siyasət
A A
Hafiz Hacıyev: “Onları Milli Məclisə buraxmaq olmaz”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev gələn ayın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizədliyini irəli sürüb. Artıq partiya sədrinin namizədliyi də qeydə alınıb.
H.Hacıyev “Yeni Müsavat”a açıqlamasında qeydə alındığı dairədəki rəqiblərinin “bostanına daş atdı”:
“Seçki qanunlarına əsasən, hələ ki təbliğat dönəmi başlamayıb. Bizim partiyadan hazırda 7 nəfərin namizədliyi qeydə alınıb. Bu böyük rəqəm də deyil, kiçik də. Bütün variantları nəzərə alıb, düşündük ki, ölkədə yaradılmış demokratik seçki şəraitindən biz də yararlanaq. Partiyanın Siyasi Şurası qərara aldı ki, mən də seçkilərdə iştirak edim. Bu bizim üçün çox vacib məsələdir. Bilirsiniz ki, Göygölün 90%-i qərbi azərbaycanlılardan ibarətdir. Orada bizim qohumlar əksəriyyət təşkil edir. Həmin dairədə daha çox səs qazanmaq imkanlarına malikik. Bu baxımdan namizədliyimi oradakı ağsaqqallar, qərbi azərbaycanlılar irəli sürdülər. Artıq qeydiyyatdan da keçmişəm. Seçki qanunvericiliyi əsasında yanvarın 17-dən etibarən təbliğat-təşviqat kampaniyasına start verəcəyik. Partiya sədri olaraq, ölkədə cərəyan edən proseslərdə mən də məsuliyyət daşıyıram. 4 dəfə prezidentliyə namizəd olan bir şəxs kimi gedən proseslərdə iştirakım vacibdir. Bu seçkilərə çox ciddi şəkildə hazırlaşırıq. Açığı deyim ki, alternativlərim ciddi gücə malik deyillər. Onlar gözükölgəli adamlardır. Vaxtilə Heydər Əliyevə xəyanət edənlərin namizədlikləri irəli sürülüb. Əli İnsanovun vəkillərinin həmin dairədən namizədlikləri qeydə alınır. Bu da çox qorxulu bir haldır. Seçki kampaniyasında onların hamısını ifşa edəcəyəm. Bizim əlimizdə kifayət qədər videolar, səs yazıları var. Əli İnsanova vəkillik edənlər çalışırlar ki, müəyyən yollarla parlamentə daxil olsunlar. Biz çox ayıq-sayıq olmalıyıq. Namizədlərin kimliyi milli təhlükəsizlik orqanları tərəfindən çox ciddi şəkildə araşdırılmalıdır. Hakimiyyətin müəyyən qollarına yaltaqlanaraq mandat əldə etmək istəyənlər var. Dövlətçiliyimizə zərbə vurmaq istəyənləri Milli Məclisə buraxmaq olmaz, o cümlədən Əli İnsanova vaxtilə vəkillik edəni”.
Partiya sədri ad çəkmək istəmədi:
“Bu ərəfədə ad çəkmək istəmirəm. Jurnalistlər araşdırma aparsalar, o şəxsin kimliyini üzə çıxararlar. Mən çox ciddi faktlar bilirəm. Yanvarın 17-dən sonra mənə zəng edin, çox ciddi faktlar açıqlayacam. Heydər Əliyevin Azərbaycana gəlişinə mane olmaq istəyənlərin övladları bu gün necə deputat ola bilərlər? Arxivlərdə çoxlu sübutlar var. Dövlətçiliyi hər zaman qorumuşam və buna görə bəzi hallarda qınaq obyektinə də tuş gəlmişəm. Dövlətə nə qədər xəyanət etmək istəyənlər olubsa, onların qarşısında duran daim mən olmuşam. Onlar hər zaman həyatıma təhlükə olublar. Bunu mətbuat nümayəndələri çox yaxşı bilirlər. Biz Heydər Əliyevə, parlamentdə ölkə rəhbərinə xəyanət edənləri təmizləməklə məşğuluq. Amma buna baxmayaraq, bu cür xoşagəlməz halların zaman-zaman şahidi oluruq. Əli İnsanovun məsələsini Avropa Şurasında qaldıranların yanında olanların bu gün yenidən parlamentə daşınması gözlənilir. Bu çox qorxulu bir haldır. Yanvarın 17-dən sonra bizə verilən bütün imkanlardan istifadə edəcəyik və ölkədə çox ciddi skandala səbəb olacaq faktlar ortaya qoyacağıq”.
H.Hacıyev deputatlığın onun üçün çox xırda bir məsələ olduğunu da qeyd etdi:
“Hafiz Hacıyev nəinki deputat olmağa, böyük dövlətləri idarə etməyə hər an hazırdır. Mənim üçün parlament o qədər də böyük tribuna deyil. 4 dəfə prezidentliyə namizəd olmuşam və kifayət qədər səs toplamışam. Sonuncu dəfə yığdığım səslərin sayı bir milyona yaxın olub. Bu da təxminən 10 deputat yeri deməkdir. Xalq Hafiz Hacıyevi çoxdan deputat seçib. Göygöl və Daşkəsəndə rəy sorğuları keçirsəniz, əhali sizə çox şeyi deyər. Təbliğat dönəmi başlayandan sonra bütün suallara rahat şəkildə cavab verəcəm”.
Əvvəlki yazı

YAP: “ATƏT-in seçki hesabatları əvvəldən yazılır”

Sonrakı yazı

Şamaxıdan prezidentə faktlar – Müraciət/Foto

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.