12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezident Tokay Məmmədovun vəfatı ilə bağlı nekroloq imzalayıb

02 May 2018, 19:05
Cəmiyyət
A A
Prezident Tokay Məmmədovun vəfatı ilə bağlı nekroloq imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev xalq rəssamı Tokay Məmmədovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

Mətndə deyilir: “Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Tokay Həbib oğlu Məmmədov 2018-ci il mayın 2-də ömrünün 91-ci ilində vəfat etmişdir.

Tokay Məmmədov 1927-ci il iyul ayının 17-də Bakı şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra o, 1942-1945-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, 1945-1951-ci illərdə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi başlayan Tokay Məmmədov 1958-ci ilədək burada çalışmışdır. O, 1966-1988-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rəsm” kafedrasının müəllimi, 1988-1992-ci illərdə “Heykəltəraşlıq” kafedrasının müdiri, 1992-2001-ci illərdə həmin kafedranın professoru vəzifələrində işləmişdir. Tokay Məmmədov 2001-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” kafedrasının professoru olmuşdur.

Tokay Məmmədov 1952-ci ildən başlayaraq müxtəlif illərdə Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətində məsul vəzifələr tutmuş, 1970-1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmişdir. O, 1975-ci ildən SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü olmuşdur. Azərbaycan təsviri sənətini zənginləşdirən qiymətli əsərləri ilə Tokay Məmmədov milli mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərmişdir. O, müxtəlif janrlarda yaratdığı əsərləri ilə ölkəmizin heykəltəraşlıq tarixinə parlaq səhifələr yazmışdır. Sənətkar Azərbaycanın dahi şəxsiyyətlərinin unudulmaz obrazlarını monumental abidələrə çevirərək mədəniyyət xəzinəmizi daha da zənginləşdirmişdir. Onun sənətin əbədi mövzularını bütün dərinliyi ilə əks etdirən əsərləri Azərbaycan heykəltəraşlığının mükəmməl nümunələridir.

Tokay Məmmədovun yaradıcılığının məhsulu olan, Bakının küçə və meydanlarını bəzəyən əsərlər paytaxtımızın görkəminin ayrılmaz hissəsini təşkil edir. Doğma torpağa, xalqına bağlı olan sənətkar kimi onun müstəqil Azərbaycan mədəniyyətinin çiçəklənməsi naminə verdiyi töhfələr əvəzsizdir. Mahir heykəltəraş hələ gənclik illərindən etibarən öz fitri istedadı sayəsində mütəxəssislərin böyük rəğbətini qazanmış, ölkəmizdə və onun hüdudlarından kənarda tanınmışdır. Sənətkarın dünyanın bir çox ölkələrində nümayiş etdirilən əsərləri Azərbaycan mədəniyyətinin şöhrətini daha da artırmışdır. Tokay Məmmədov heykəltəraşlığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək gənc heykəltəraşlar nəslinin yetişdirilməsi işində əvəzsiz xidmətlər göstərmişdir. Onun zəngin irsi bir çox heykəltəraşın bədii-estetik zövqünün formalaşmasında mühüm rol oynamış, onların peşəkarlığının təşəkkülündə böyük əhəmiyyət kəsb etmişdir. Tokay Məmmədovun 1971-1975-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi ictimai fəaliyyəti də təqdirəlayiq olmuşdur.

Tokay Məmmədovun yaradıcılığı hər zaman diqqət mərkəzində olmuş və daim yüksək qiymətləndirilmişdir. O, bir çox ölkələrin mükafatları ilə təltif edilmişdir. Müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şərəf” və “Şöhrət” ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür. Böyük sənətkar Tokay Həbib oğlu Məmmədovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!”

Nekroloqu həmçinin Birinci vitse-prezident Mehriban Əliyeva, Novruz Məmmədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov, Əbülfəs Qarayev, Ceyhun Bayramov, Fərhad Xəlilov, Tahir Salahov, Ömər Eldarov, Ağəli İbrahimov, Salxab Məmmədov, Altay Hacıyev, Fazil Nəcəfov, Fuad Salayev, Arif Hüseynov, Xanlar Əhmədov, Nazim Bəykişiyev imzalayıblar.

Əvvəlki yazı

Eldar Mahmudovun həbsdəki komandasına mesajı: “Məni satmayın!”

Sonrakı yazı

“ASAN XİDMƏT” MƏRKƏZİNİN DİREKTORU İŞDƏN ÇIXARILDI – Əmr

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

12 Fevral 2026, 15:21
Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

12 Fevral 2026, 15:19
Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

12 Fevral 2026, 15:18
“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

12 Fevral 2026, 14:34
DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12 Fevral 2026, 14:33
Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

12 Fevral 2026, 14:31
Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

12 Fevral 2026, 14:30
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

12 Fevral 2026, 14:28
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

12 Fevral 2026, 14:27
Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.