14-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Elə bir sahə yoxdur ki…” – Prezidentdən nazirə

26 Dekabr 2019, 15:33
Manşet
A A
“Elə bir sahə yoxdur ki…” – Prezidentdən nazirə

Prezident İlham Əliyev dekabrın 26-da Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Qonaqları salamlayan Prezident İlham Əliyev dedi: Xoş gəlmisiniz.

Ruhsar Pekcan: Çox təşəkkür edirik. Çox məmnun olduq. Cənab Prezidentimizin Sizə sevgilərini, salamlarını gətirdik.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

Ruhsar Pekcan: Cənab Prezidentimizin və Sizin uzaqgörənliklə ölkələrimiz arasındakı əməkdaşlığa verdiyiniz önəmə əsaslanaraq biz cənab nazir Cabbarovla birlikdə iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi istiqamətində, inşallah, gözəl işlər görəcəyik. Bu gün onunla da görüşümüz olacaq.

Xatırladım ki, Birgə İqtisadi Komissiyanın toplantısında 147 maddədən ibarət ortaq fəaliyyət planı hazırladıq. Mən cənab Cabbarov ilə birlikdə bu 147 maddədə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini daim nəzarətdə saxlayacağıq. Azərbaycanın Gömrük Komitəsinin sədri ilə Ankara görüşümüzdə Sadələşdirilmiş Gömrük Dəhlizi ilə bağlı anlaşma memorandumu imzalamışıq. Azərbaycan, Gürcüstan, Türkiyə olaraq Sizlərin də dəstəyi ilə, inşallah, həm ortaq biznes forum keçirəcək, həm də ortaq Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında anlaşma memorandumu imzalayaraq ölkələrimiz arasında ticarətin, gömrük-keçid prosedurlarının asanlaşdırılması ilə bağlı birgə addımlar atacağıq. Həmçinin cənab prezidentlərimizin dəstəyi ilə yaxın zamanlarda bizə güzəştli ticarət müqaviləsi imzalamaq qismət olacaq. Zati-alinizin və cənab Prezidentimizin razılığı ilə bu müqaviləni, – 15 maddəlik məhdud bir müqavilədir, – genişləndirib sənədə yeni nəsil azad ticarət razılaşmalarını, xidmətləri, sərmayələri də daxil etmək istəyirik. Azərbaycanın, SOCAR-ın Türkiyədəki sərmayələri bizim üçün son dərəcədə önəmlidir. Biz də bütün dəstəyimiz, təşviqimizlə SOCAR-ın yanındayıq. İnşallah, yeni sərmayələr də gözləyirik. Azərbaycanın investisiya imkanlarının tanıdılması ilə bağlı sentyabrda təqdimat təşkil etməyi nəzərdə tuturduq. Amma, cənab Prezident, indi həmkarlarımızla müzakirələr aparıb fevral ayında Türkiyədə Azərbaycanın investisiya iqlimi ilə bağlı təqdimat təşkil etməyi planlaşdırırıq.

Prezident İlham Əliyev: Çox gözəl, çox təşəkkür edirəm. Xahiş edirəm mənim də səmimi salamlarımı əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana çatdırasınız. İki gün bundan öncə biz telefonla danışdıq, bu il ərzində görülmüş işlərə bir daha nəzər saldıq. Doğrudan da 2019-cu il bizim əlaqələrimiz üçün çox uğurlu il olmuşdur. Bizim çoxsaylı görüşlərimiz, eyni zamanda, nazirlər səviyyəsində keçirilmiş görüşlər, beynəlxalq tədbirlərdə görüşlərimiz birliyimizi daha da gücləndirdi. Bildiyiniz kimi, bu il Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilmişdir. Bu Zirvə Görüşü bir daha türkdilli dövlətlər arasındakı birliyi, həmrəyliyi təsdiq etdi. Əlbəttə, Türkiyə-Azərbaycan əlaqələri xüsusi önəm daşıyır və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Biz siyasi, iqtisadi, sərmayə qoyuluşu, enerji, nəqliyyat, mədəniyyət sahələrində sıx əməkdaşlıq edirik. Elə bir sahə yoxdur ki, biz uğurla əməkdaşlıq etməyək.

Əlbəttə, bu il də çox önəmli hadisələr birgə qeyd olundu. Onlardan biri də TANAP-ın Avropa sərhədinə çatdırılması layihəsidir. Biz TANAP-ın Türkiyə bazarına çatdırılmasını keçən il qeyd etmişdik. Bu il noyabrın sonunda isə TANAP artıq Avropa sərhədinə çatdırıldı və bu tarixi hadisəni birlikdə qeyd etdik. Əminəm ki, gələn il Cənub Qaz Dəhlizi tam istismara veriləcək və beləliklə, bizim birgə həyata keçirdiyimiz bu nəhəng layihə artıq başa çatacaq.

Qarşılıqlı sərmayə qoyuluşu məsələlərində də çox gözəl nəticələr var. Azərbaycan bu günə qədər Türkiyəyə 17 milyard dollardan çox, Türkiyə isə Azərbaycana 12 milyard dollardan artıq sərmayə qoyub. Qeyd etdiyiniz kimi, SOCAR-ın yeni planları, yeni sərmayə qoyuluşu layihələri var. Onlar da həyata keçdikcə bizim Türkiyəyə yatırdığımız sərmayənin həcmi 20 milyard dollara çatacaq. Bu, bir daha bizim qardaşlığımızı göstərir. Çünki ancaq bir-birinə sıx bağlı olan ölkələr bir-birinin iqtisadiyyatına bu qədər yatırım qoya bilərlər.

Biz çox şadıq ki, Azərbaycanda yüzlərlə Türkiyə şirkəti fəaliyyət göstərir. Onlar bizim üçün çox önəmli layihələrdə – xüsusilə texnoloji baxımdan tutumlu, inşaat və sənaye layihələrində iştirak edirlər. Bakıda bir çox müasir binanın inşaatında, dizaynında və memarlığında Türkiyə şirkətlərinin izi vardır. Burada xarici şirkətlər arasında dövlət xətti ilə gerçəkləşən layihələrdə Türkiyə şirkətləri böyük üstünlük təşkil edir. Bu da təbiidir. Çünki biz hər bir sahədə bir-birimizi dəstəkləyirik, həm siyasi sahədə, həm də iqtisadi və ticarət sahələrində. Qarşılıqlı ticarət dövriyyəsi də artır. Artıq hazır olan preferensianal ticarət anlaşması da imzalanandan sonra ticarət dövriyyəsi daha da artacaq.

Əminəm ki, sizin Azərbaycana bugünkü səfəriniz çox uğurlu olacaq. Bu, bizim ilin sonunda iki ölkə arasındakı əlaqələrə verdiyimiz önəmin gözəl nəticəsi, bir yekunudur. Yekun da çox müsbətdir.

Ruhsar Pekcan: İnşallah, cənab Prezidentim. Azərbaycanın və Türkiyənin beynəlxalq platformalarda hər zaman bir-birinin yanında olması da cənab Prezidentimizin və Zati-alinizin sayəsində bizim ayrı bir xüsusiyyətimizdir. Biz sizlərə təşəkkür edirik. Sizin TANAP-la bağlı mərasimdəki çıxışınızı daim xatırlayıram. Bu, möhtəşəm, ölkələrimizin əlaqələrini çox yaxşı izah edən bir çıxış idi.

Prezident İlham Əliyev: Sağ olun.

Əvvəlki yazı

Bakıda polis öldü, 2 nəfər həbs olundu – Rəsmi

Sonrakı yazı

“Azərbaycanın qonşu dövlətlərlə münasibəti inkişaf tempindədir”

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00
Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar – Video

Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar – Video

14 Avqust 2025, 10:54
Azərbaycanlı şair Kəramətin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Azərbaycanlı şair Kəramətin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

14 Avqust 2025, 10:53
Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub – RƏSMİ

Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub – RƏSMİ

14 Avqust 2025, 10:47
Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

14 Avqust 2025, 10:45
Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.