Andrey Sipilin Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin edilib.
Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat verilib.
Açıq mənbələrə görə, Andrey Sipilin uzun müddət Pasha Construction-da rəhbər vəzifələr tutub. O, eyni zamanda “Kids Entertainment” MMC və “Caspian Entertainment Company” daxil olmaqla, “Pasha Holding”in bir neçə filialına rəhbərlik edib.