23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan Avropaya qurbağa ayağı və ilbiz ixracına hazırlaşır

25 Dekabr 2019, 12:21
Dünya, Manşet
A A
Azərbaycan Avropaya qurbağa ayağı və ilbiz ixracına hazırlaşır

Azərbaycan Avropa İttifaqı ölkələrinə qurbağa ayağı və ilbiz kimi ekzotik məhsulların ixracına hazırlaşır. Bu haqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Aİ ölkələrinə heyvan mənşəli qidaların ixracı üçün konkret məhsullar üzrə səlahiyyətləndirmə prosedurundan keçmək lazımdır. Və Azərbaycana məxsus üç məhsul artıq səlahiyyətləndirilib.

“Qida Təhlükəsizliyi Agentliyi səlahiyyətli orqan kimi tanınır. Bundan əvvəl balıq kürüsünü Aİ-na ixrac edə bilirdik. Sahibkarların müraciəti əsasında ilbiz və qurbağa ayaqlarının ixracı ilə bağlı Azərbaycan səlahiyyətli ölkələr sırasına daxil edilib”, – Agentlik rəsmisi qeyd edib.

E.Mikayılov onu da vurğulayıb ki, AQTA sahibkarların müraciətini nəzərə alaraq, daha iki yeni məhsulun Avropa İttifaqına ixracı ilə bağlı danışıqlara başlayıb: “Son illər balın ixracında ciddi artım dinamikası bizə imkan verdi ki, orqanik balı Aİ-na ixrac edək. Sahibkarlar artıq potensial alıcıları müəyyən ediblər. Baldan sonra heyvan mənşəli yun və dərinin Aİ-na ixracı ilə bağlı danışıqlar aparılır. Proseslər başa çatdıqdan sonra bu məhsulların ixracına icazə veriləcək”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitkiçilik mənşəli məhsulların Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı ilə bağlı danışıqlar aparır”.

Mikayılov onu da deyib ki, qeyri-neft məhsullarının ixracında fındıq ön pillələrdə dayanır. Fındıq məhsullarının Aİ-na üzv ölkələrinə ixracına imtina hallarının aradan qaldırılması üçün tədbirlər planı hazırlamışıq. Növbəti illər ərzində sistemli şəkildə həyata keçiriləcək bu tədbirlər hesabına ölkədə istehsal olunan fındığın qablaşdırılması, emalı və daşınması Aİ-nın tələblərinə uyğun olacaq. İmtina hallarında əsas arqumentləri sənədləşmədə və nəqliyyat vasitələrində olan problemlər təşkil edir. “Odur ki, Aİ-na üzv ölkələrə göndərilən fındıq və digər məhsulların tələblərə uyğun şəkildə aparılması üçün tədbirlər görürük. Bu isə imkan verəcək fındıqla yanaşı pomidor, xurma və digər məhsulların Avropaya ixracını asanlaşdıraq”, – o qeyd edib.

E.Mikayılovun sözlərin görə, Azərbaycan  habelə toyuq və giləmeyvə ixracı ilə bağlı potensial bazarlar axtarışındadır. Belə ki, sahibkarların müraciətləri nəzərə alınaraq Koreya və Çin bazarlarına Azərbaycan məhsullarının ixracı ilə bağlı müraciətlər edilib: “Çin bazarına toyuq məhsullarının ixracı ilə bağlı müraciət etmişik. Eyni zamanda Koreya və Çin bazarına gilemeyvələrin də ixracı ilə bağlı danışıqlar gündəmdədir”.

Əvvəlki yazı

Sabir Rüstəmxanlı Arif Rəhimzadənin dairəsinə getdi

Sonrakı yazı

İcra başçısı ətrafını təmizlədi – Müəmma

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.